Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Xəbəri “Armen Press” nəşri yayıb.
Qarabağda qondarma rejimin “müdafiə naziri” Karem Abramyanla görüşən Tonoyan şimal və şərq bölgələrindəki mövqelərə baş çəkib. Tonoyan həmçinin Qarabağda qondarma rejimin ordu rəhbərliyi və hərbi qulluqçularla da bir sıra görüşlər keçirib.