24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ermənistanda hakimiyyətlə ordu arasındakı etimadsızlıq hökm sürür”- ekspert

10 İyul 2018, 10:00
Siyasət
A A
“Ermənistanda hakimiyyətlə ordu arasındakı etimadsızlıq hökm sürür”- ekspert

Ehtiyatda olan polkovnik-leytenant: “Ermənistan ordusu hazırda indiyə kimi olmadığı bir bərbad durumdadır”

“Əslinə qalsa, bu gün Qarabağda müharibəni başlamağa və ortaya konkret nəticə qoymağa Azərbaycanın çox gözəl imkanları və şansları var”.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Nikol Paşinyan hökumətinin davranışlarını şərh edən hərbi ekspert Azərbaycanın bütün sahələrdə düşməni üstələdiyini vurğuladı: “Bunu bir neçə amillə əlaqələndirmək istərdim. Faktiki olaraq Ermənistan rəhbərliyində demək olar ki, müharibədən dərin anlayışı olmayan, küçə siyasətçisi Nikol Paşinyan və səriştəsiz, təcrübəsiz komandası ilə qısa bir zaman kəsiyində biz Qarabağla bağlı məsələni çox rahatlıqla həll edə bilərik. İkincisi, Rusiya ilə Ermənistanın hazırkı rəhbərliyi arasında üzdə büruzə verməyə çalışmasalar da, daxildə çox böyük inamsızlıq və fikir ayrılığı mövcuddur. Belə olan təqdirdə, əgər Rusiya müdaxilə etməsə, biz tez bir zamanda məsələni həll etmək iqtidarındayıq”. Ü.Cəfərov indiki situasiyada ortalığa iki ölkənin XİN rəhbərlərinin Brüssel görüşünün atılmasını da məqsədli sayır: “Belə görüşlər mənasız və perspektivsizdir.

Üzeyir Cəfərov ile ilgili görsel sonucu

Biz bir qədər sərt və tələbkar mövqe nümayiş etdirməliyik. Yoxsa, ATƏT-in Minsk Qrupunun tülkülüklə məşğul olan həmsədrləri və onların yanındakılar indi də yeni bir hiyləyə əl atıblar. Hansısa yüksək planlaşdırma qrupundan daha bir fırıldaqçını öz bivec fəaliyyətini pərdələmək üçün qoşublar və guya iş görəcəklər. Kobud ifadəmə görə üzr istəyirəm, başlarına dəysin belə iş prinsipi və fəaliyyəti. Bunlar 20 ildən artıqdır ki, milyonlarla vəsaiti göyə üfürüblər. Odur ki, bu biveclərin nə isə edəcəklərinə mən inanmıram. Vasitəçilərə nəhayət ki, vaxt qoymaq və tələblər irəli sürmək lazımdır. Bunlar özlərinə superkomfort şəraiti və yüksək məvacibli iş yeri aşıb, başlarını girələyirlər. Bunları ağıllandırsa, Azərbaycan Silahlı Qüvvələri ağıllandıracaq”.

Ehtiyatda olan zabit qeyd etdi ki, Ermənistan ordusu hazırda indiyə kimi olmadığı bir bərbad durumdadır: “Məhz ona görə də Paşinyanın özü və başının pozuq dəstəsi iki gündən bir əsgər və zabitlərinə bir balaca dəstək olmaq üçün səngərlərə baş çəkməyə məcburdurlar. Şəxsən mən tez bir zamanda məsələnin həll edilməsi üçün güc amilindən istifadənin tərəfdarıyam. Yoxsa biz sonradan beynəlxalq qüvvələr tərəfindən aldadıldığımızı görəndən sonra özümüzü bağışlaya bilməyəcəyik. Bir qədər sərt diplomatiya və güc amili təcili işə salınmalıdır”.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli isə qəzetimizə açıqlamasında N.Paşinyanın bir neçə gün öncə Ermənistan polisini Qarabağda xidmətə göndərməklə bağlı qərarını xatırlatdı: “Ermənistan rəhbərliyi işğal altında olan Azərbaycan ərazilərində keçirilən aksiyalar genişlənəcəyi təqdirdə daxili qoşunların birləşmələrini həmin ərazilərə göndərəcəyini bəyan edib. Bu barədə konkret qərar yoxdur. Amma faktın özü diqqəti cəlb edir. Çox güman ki, daxili qoşunların hərbi birləşmələrinin Dağlıq Qarabağa göndərilməsi üçün orada keçirilən aksiyaların əsas kimi göstərilməsi bəhanədir. Əsil səbəb Ermənistan ordusunda baş verən problemlər, daxili ziddiyyətlərin dərinləşməsi, klanlararası mübarizənin orduya keçməsi və Paşinyanın orduya etibar etməməsidir. Burada əsgər çatışmazlığı və digər bu kimi köməkçi amillər də rol oynaya bilər. Amma başlıca səbəb hakimiyyətlə ordu arasındakı etimadsızlıqdır”.

E.Mirzəbəyli qeyd etdi ki, əslində Ermənistan polisinin Dağlıq Qarabağa göndərilməsi fakt olaraq yeni deyil: “Onsuz da işğal altında olan ərazilərimizdə mövcud olan bütün qanunsuz qurumların üstündə Ermənistandan təyin olunan şəxslər dayanır. Bunun baş nazir səviyyəsində açıq-aşkar dilə gətirilməsi isə təkcə işğal faktını deyil, həmçinin İrəvanın guya müstəqil qurum kimi fəaliyyət göstərdiklərini iddia etdiyi qanunsuz strukturların Ermənistan tərəfindən formalaşdırıldığının və idarə edildiyinin etirafıdır. Ermənistan polisinin ölkənin sərhədlərindən kənara göndərilməsi işğalçı dövlətin qanunvericiliyinə də ziddir. Rəsmi Bakının bu qərara qarşı ata biləcəyi çoxsaylı addımlar var. Şübhəsiz ki, rəsmi dövlət qurumları nə edəcəklərini daha yaxşı bilirlər. Mənim subyektiv fikirlərimə gəldikdə isə ilk növbədə bu fakt ətrafında ciddi beynəlxalq kampaniya aparılmalı və diqqət Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində polis rejimi yaratmaq cəhdinə yönəldilməlidir”.

Cavid TURAN,
“Yeni Müsavat”

Əvvəlki yazı

Naqif Həmzəyev: “Kişi ona deyirəm ki…”

Sonrakı yazı

Azərbaycan Prezidenti: “Aprel döyüşləri Ermənistanın çürük və laxlamış sütunlarını daha da sarsıtdı”

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.