Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.
Bu barədə Reportyor.info-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.
“Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd olunub.