Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfəri kifayət qədər uğursuz keçib. Virtualaz.org xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi ABŞ-da işgüzar səfərdə olub. Nəşrin qeyd etdiyi kimi, Ermənistan XİN və səfirliyinin səylərinə baxmayaraq, səfər çərçivəsində ciddi görüşlər keçirmək mümkün olmayıb.
Bundan əlavə, məqalədə deyilir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Qriqoryanı qəbul etmək istəməyib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Boltonun ofisinin nümayəndəsi ilə görüşlə kifayətlənməli olub.
Qəzetin iddiasına əsasən, bundan öncə Yerevana səfəri zamanı Bolton Qriqoryanla üzbəüz görüşməmişdi.
Qeyd edək ki, ABŞ-a səfərdən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getmək niyyətindədir. Qriqoryanın səfəri 17-20 iyun tarixlərinə nəzərdə tutulub.