Ermənistan parlamentinin binası qarşısındakı polis əməkdaşlarının sayı artırılıb.
APA-nın “azatutyun.am”a istinadən xəbərinə görə, buna səbəbin “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan və tərəfdarlarının burada etiraz aksiyası keçirəcəyi ilə bağlı məlumatın olduğu göstərilir.
Səhər saatlarından etibarən bina əllərində rezin dəyənəklər olan polis nəfərləri tərəfindən mühasirəyə alınıb.