Reportyor.info Interfaks-a istinadla xəbər verir ki, bunu parlament spikerinin mətbuat katibi Nelli Qulyan bildirib.
Onun sözlərinə görə, Ermənistan KTMT PA bəyanata qoşulmaq təklifi alıb. “Biz KTMT-yə üzvlüyümüz dondurulduğuna görə bəyanata qoşulmadıq”, – deyə Qulyan izah edib.
Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan “Krokus Siti Holl”da baş verən terror aktından bir neçə saat sonra Rusiya prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərib.