26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ermənistan Azərbaycanın mövqeyi ilə razılaşmaq məcburiyyətindədir

26 İyul 2023, 14:30
Cəmiyyət
A A
Ermənistan Azərbaycanın mövqeyi ilə razılaşmaq məcburiyyətindədir

 

Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına verdiyi və “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsində diqqətçəkən xeyli məqamlar var. Həmin məqamlardan biri çinli müxbirin ölkəsindəki məşhur atalar sözünü xatırlatması idi: “Ticarət dayananda, müharibələr başlayır”. Ardınca bildirdi ki, ticarət nə qədər çox olarsa, ölkə əhalisi üçün daha çox fürsətlər açılar. Bu deyimlərlə həmrəy olduğunu bildirən dövlətimizin başçısı vurğuladı ki, ticarət sabitliyi, təhlükəsizliyi möhkəmləndirir və müəyyən dərəcədə, sözün yaxşı mənasında, qarşılıqlı bağlılığı artırır: Bu şəraitdə, əlbəttə, sabitlik bərqərar olur.

Məqamlardan biri müxbirin Azərbaycan-Ermənistan münasibətlərinə keçid almasıdır. Çünki hazırda bu münasibətlərin qaydaya salınmaması, normallaşmaması həm də ticarətə zərər vuran, onun qarşısını alan amil rolunda çıxış edir. Söhbət, əlbəttə ki, qlobal ticarətdən gedir. O ticarətdən ki, cənab İlham Əliyev müsahibəsində onun müxtəlif tərəflərindən, mövcud müstəvidə Azərbaycanın oynadığı roldan, ölkəmizin mövqeyindən, maraq və mənafelərindən, kifayət qədər əhatəli söz açdı…

Məlumdur ki, Azərbaycan Vətən müharibəsində məğlub etdiyi Ermənistana əl uzadıb, ölkəni sülhə dəvət edib. İrəvanın Zəngəzur dəhlizi kimi nəhəng layihəyə qoşulmasının mümkünlüyü məsələsini də qabardıb. Amma Ermənistandan adekvat münasibət yoxdur. Əksinə, ölkənin rəhbərliyinin, eləcə də xaricdəki erməni lobbi və diaspor təşkilatlarının reallıqları dəyişmək, avantürist mövqe tutmaq cəhdlərinin şahidiyik. Nəticədə çinli müxbirin də vurğuladığı kimi, atəşkəs mövcuddur, lakin vəziyyət mürəkkəb olaraq qalır. Bu mənada onun dövlətimizin başçısından sülh müqaviləsinin nə zaman imzalanacağını soruşması məntiqidir. Çünki jurnalist təmsil etdiyi ölkənin regiondakı qlobal iqtisadi maraqlarından xəbərdardır. O yaxşı bilir ki, həmin maraqlar Cənubi Qafqazda dayanıqlı sülhün yaranmasını, belə demək mümkünsə, diktəyə çevirib. “China Media Group” media korporasiyasının müxbirinin cənab İlham Əliyevə daha əvvəl ünvanladığı bir suala da nəzər salaq: “Məndə çox maraqlı məlumatlar var ki, Sizinlə bölüşmək istərdim. Oradan görünür ki, Çindən Avropaya göndərilən mallar dənizlə orta hesabla 36 gün çəkir, əgər siyasi məsələlər olmasa, Transsibir marşrutu ilə 20 gün çəkir və Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 gün çəkir”.

Çinli media təmsilçisi, bilavasitə gün məsələsindən söz açdı. O, yaxşı dərk edir ki, genişlənməkdə və şaxələnməkdə olan Çin iqtisadiyyatı üçün satış bazarları önəmli faktordur. Əsas məsələ malların həmin bazarlara, yəni istehlakçılara maksimum tez çatdırılmasıdır. Bir günün itirilməsi isə maliyyənin itirilməsidir. Deməli, çinli müxbirin Prezident İlham Əliyevdən Ermənistanla sülh müqaviləsi haqqında nə düşündüyünü, həmin müqaviləni nə vaxt gözləməyin mümkünlüyünü soruşması adi sual deyil, eyni zamanda Çinin strateji maraqlarından irəli gələn məsələdir.

Prezident İlham Əliyev Ermənistanla sülhə ən yaxın gələcəkdə nail olmağın mümkünlüyünü bildirdi: “Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadrat kilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır”.

Ancaq çinli müxbirin də vurğuladığı kimi, bu xüsusda mürəkkəblik var. Əslində durum, ilk baxışdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üçün müsbət zəminin olmadığından xəbər verir. Onu da nəzərə almalıyıq ki, Ermənistan hakimiyyəti müharibədən ötən müddətdə indi dilə gətirdiklərini deməmək üçün çox çalışıb, ancaq yekunda Azərbaycanın mövqeyi ilə razılaşmaq məcburiyyətində qalıb.

Heç şübhəsiz, ölkə sülh müqaviləsi imzalayacaqsa, bu, Ermənistanın istəyinin nəticəsi deyil. Sülh müqaviləsi imzalanacaqsa, bu, Ermənistan hakimiyyətinin, necə deyərlər, başına-gözünə döyməklə gerçəkləşdiriləcək. Çox güman, çinli müxbir, eləcə də, Çin dövləti bunu bilməmiş deyil. Hər bir halda cənab İlham Əliyev bildirir ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı ölkəmizin mövqeyi həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir: “Biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar”.

Əlbəttə, Azərbaycan Prezidenti Çinin media qurumuna müsahibəsində indiyədək keçilmiş yola, təcrübəyə diqqət yetirərək, sülh müqaviləsinin imzalanmasına maneçilik motivlərini də açıqlayır. Ermənistanın siyasi manevr, prosesi yubatmaq cəhdlərindən söz açır. Ancaq cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, İrəvan gec-tez sülh müqaviləsini imzalamağa məcbur olacaq. Buna görə dövlətimizin başçısı müsahibəsində perspektiv sülh mühitinə baxışını ifadə edir. Azərbaycan Prezidenti bildirir ki, sülh müqaviləsi, həqiqətən, mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar. Qafqazda real sülhün formalaşması bütün kommunikasiyaların açılması anlamı verən hadisədir.

Qeyd etməliyik ki, hazırda Cənubi Qafqazda region ölkələrinin, həmçinin Çinin də maraq və mənafelərindən irəli gələn ab-havanın formalaşması üçün zəmin var. Azərbaycan göstərir ki, mövcud durumun qərarlaşması naminə üzərinə düşən hər şeyi edir, bütün iddiaları cavablandırır, çətinliklərə sinə gərir. Rəsmi Bakı heç bir halda imkan verə bilməz ki, Qarabağda erməni avantürizmi üçün şans yaransın. Buna görə Prezident bildirdi ki, Azərbaycandakı erməni azlığınnın hüquqları və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacağı deyilib. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar.

Səlim MƏMMƏDOV,
Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbin direktoru

Əvvəlki yazı

Azərbaycanlı məşhurlar “Instagram”dan nə qədər qazanır? – QİYMƏTLƏR

Sonrakı yazı

Prezident açılışda iştirak etdi (FOTOLAR)

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.