Qarabağda yeni Xankəndi-keçmiş Əsgəran yolunun tikintisinə başlanılıb. Bu barədə Rusiya sülhməramlı kontingentinin Telegram kanalı məlumat yayıb.
“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Rusiya bölmələrinin məsuliyyət zonasından keçən Naxçıvanik-Xankəndi yeni yolunun tikintisinin təhlükəsizliyini təmin edirlər”, – məlumatda deyilir.
Yol keçmiş Əsgəran rayonunun Naxçıvanik kəndini və ona yaxın olan digər kəndləri birbaşa Xankəndiyə birləşdirəcək.