Erməni deputat Tiqran Abramyan Laçında sərhəd-buraxılış məntəqəsindən keçən ermənilərin yoxlanılması və bunun videoya çəkilməsinin məcburi şəkildə edilməsi ilə bağlı iddiaları təkzib edib. T.Abramyan həmin sakinlərin məlumatlı şəkildə könüllü olaraq yoxlamadan keçdiklərini bildirib.
“Ermənistandan Qarabağa gedən yolda Azərbaycanın sərhəd-buraxılış məntəqəsinə kimi ərazidə “artsax” polisləri (separatçı tör-töküntülər – red.) var. Ora qonşu ərazilərə isə Ermənistan sərhədçiləri yerləşdiriliblər. Yəni həmin sadə ermənilər yoxlanılacaqlarını öncədən bilirdilər. Bununla oradakı erməniləri Azərbaycan qanunları ilə yaşamağa hazırlayırlar”.