Azərbaycan ilə Rusiya arasında münasibətlərin qurulmasından 30 il keçib. İki dövlət arasında bu müddət ərzində 200-dən çox sənəd imzalanıb. Artıq bu münasibətlər müttəfiqlik səviyyəsinə çatıb. Dövlətlər arasında imzalanmış Bəyannamə uzun illər boyu aparılan çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan tərəfindən ticarət, iqtisadiyyat, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə səkkiz yol xəritəsi həyata keçirilmək üzrədir.
Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması üçün artıq ilk addımlar atılıb. KTMT-nın demək olar ki, bütün üzvləri ilə Azərbaycanın yaxın, dostluq münasibəti vardır. Onların arasında yalnız Ermənistan respublikası yoxdur. Azərbaycan Ermənistan tərəfi ilə də dostluq, əməkdaşlıq istiqamətində işlər görməyə hazırdır. Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq arzusundadır. Lakin rəsmi İrəvan hələ də bu razılığa gəlmir.
Azərbaycan həmişə çoxmillətli respublika olub. Azərbaycanda yaşayan etnik qruplar burada əsrlərdən bəri heç bir ayrı seçkilik görmədən yaşayıblar. Ermənilər də Azərbaycanda heç vaxt təzyiqə məruz qalmayıblar, baxmayaraq ki, illərlə Azərbaycana, azərbaycanlılara qarşı təcavüz aktları törədiblər. Torpaq iddiasıyla dinc əhalini qəddarcasına qətlə yetiriblər.
Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlayaraq iqtisadi əlaqələr yaratmaq niyyətindədir. Bu yol hər iki xalq üçün ən doğru yoldur.
Azərbaycan etnik prinsipə görə respublikaya girişə qadağa qoymayıb. Bu eyni zamanda ermənilərə də aiddir. Ermənistan nümayəndələri bu müddət ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Ermənistandan olan idmançılar Azərbaycanda keçirilən Avropa oyunları idman tədbirlərində iştirak ediblər. Hətta Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə etnik ermənilər də iştirak edirlər. Baxmayaraq ki, Ermənistanda bu bir nəfər belə azərbaycanlı yoxdur, Azərbaycanda isə hal-hazırda minlərlə erməni yaşayır və yaşayışlarından olduqca razıdırlar.
Ermənilər Azərbaycanın öz torpaqlarında – işğal etdikləri ərazilərdə belə, bir məscid, dini abidə qoymamış, dini inanc yerlərimizi təhqir etmiş, dağıdıb yerlə-yeksan etmişlər.
Bir neçə il əvvəl Katalikos Qaregin Azərbaycana səfər etmişdi. Katalikos Bakının mərkəzində, ən görkəmli yerdə yerləşən, indiyə qədər olduğu kimi qalan erməni kilsəsində olmuşdu. O şəxən öz gözləri ilə buranın necə qorunub saxlanıldığını və bu kilsədə 5 mindən artıq erməni dilində kitabın yüksək səviyyədə qaldığının şahidi olmuşdur.
Azərbaycanda rus dilinə olduqca maraq var və önəm verilir. Burada rus dilində təhsil almaq üçün hər bir imkan və şərait yaradılıb. Burada olan 340 rus məktəbində 15 mindən, Ali məktəblərin rus bölmələrində isə 140 mindən çox uşaq təhsil alır. Təhsil alan şagirdlərin arasında minlərlə ruslar və digər etnik qrupların üzvləri də vardır.
Azərbaycana gələn turistlər burada yüksək səviyyədə qarşılanır. Onların Azərbaycanda özlərini sərbəst, öz evlərindəki kimi hiss etmələri üçün hər bir şərait yaradılır. Pandemiyadan əvvəl burada Rusiyanın bir milyon vətəndaşı səfərdə olub. Azərbaycanda rus dilinə önəm verildiyinə görə onlar özlərini çox rahat hiss ediblər. Odur ki, pandemiyaya qədər burada 15-20 faiz turist artımı müşahidə olunurdu.
Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsindən sonra, 30 il həsrətdən sonra işğaldan azad edilən Şuşa şəhərində 2021-ci il iyun ayının 15-də müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanmışdı.
Müharibə dövründə Azərbaycana mənəvi dəstək olan və Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk dövlət də məhz Türkiyə olmuşdur. Türkiyə ilə Azərbaycanın mədəni, dil, entik, din yaxınlıqları var. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi “Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir”.
İkinci Qarabağ müharibəsi başlanan gündən Türkiyə Prezidenti Ərdoğan bəyanatla çıxış etdi. Sonra Azərbaycanın haqq işində onu dəstəkləyən bəyanatlar verdi. Bu gün də Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə azərbaycanlı iş adamları ilə çiyin-çiyinə işləyir, abadlıq-quruculuq işləri aparırlar.
Lakin artıq müharibənin başa çatmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan tərəfi basdırdıqları minaların xəritəsini qarşı tərəfə təqdim etmir. Təqdim etdiyi xəritələrin dəqiqliyi isə cəmi 25 faiz təşkil edir. Bu bir cinayət olduğu qədər də vaxt keçdikcə insan həyatına son qoyur. İndiyə qədər mina partlamasından həlak olanların və əlil olanların sayı 200-ü ötüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ötən il bərpa işləri üçün 1 milyard 300 milyon dollar ayrılmışdır. Artıq Ağdam, Füzuli, Şuşa şəhərlərinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcək. “Yaşıl enerji” prinsipi əsas götürüləcək. Qarabağ və Şərqi Zəngəzurun bütün zonası “yaşıl enerji” zonası və “ağıllı kəndlər” konsepsiyası olacaq”.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfi azad edilmiş ərazilərdən 1700-dən artıq həlak olmuş erməni hərbi qulluqçusunun cəsədini tapıb Ermənistana təhvil verib.
Müharibə dövründə 3800 azərbaycanlı, o cümlədən 200 uşaq itkin düşüb. Bildiyimiz kimi ermənilər minlərlə azərbaycanlını qətlə yetirərək kütləvi məzarlıqlarda basdırmışlar. Onlar bu məzarlıqların yerini Azərbaycan tərəfinə demir. Lakin Azərbaycan tərəfi bu məzarlıqların yerini mütləq tapacaq. Və ermənilərin törətdikləri bu ağır cinayətlərinin üstü açılacaq. Onlar etdikləri hər cinayətə görə cavab verəcəklər.
Şəhla Ağbulud