03-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu

20 İyun 2019, 21:47
Cəmiyyət
A A
“Erməni zindanında səkkiz gün” kitabı təqdim olundu

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, kitabın rus dilində versiyası Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının rəhbəri Leyla Əliyevanın dəstəyi ilə nəşr olunub və Moskvada təqdimatı keçirilib. Türk dilində versiyası isə İHH təşkilatı tərəfindən qardaş Türkiyədə nəşr edilib və geniş təqdimatı keçirilib. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) və “Regional Hüquqi və İqtisadi Ma­arif­lən­dirmə” İctimai Birliyinin (RHİMİB), “TransEvroKom” telekommunikasiya şirkəti, iş adamları Vüqar Abbasov və Nəcəməddin Taşbağın dəstəyi ilə kitabın Azərbaycan dili versiyasının nəşri və təqdimat mərasimi təşkil olunub.

Tədbirdə millət vəkilləri, dövlət və ictimai sektor təmsilçiləri, Xocalı sakinləri, QHT və KİV nümayəndələri, gənc yazarlar və b. iştirak edib. Təqdimat mərasimini giriş sözü ilə açan Millət vəkili, ABAİB prezidenti dos.dr. Qənirə Paşayeva Dürdanə Ağayevanın kitabını, Xocalı soyqırımına ədalətli cavab arayışı istiqamətində görülən məq­sədyönlü işlərdən biri kimi qiymətləndirib. Xanım millət vəkili qeyd edib ki, “Soyqırım gecəsi erməni vandalları tərəfindən 366-cı motoatıcı alayın bilavasitə hərbi-texniki dəstəyi ilə dinc əhaliyə qarşı baş vermiş amansızlığın bir şahidin dilindən duyurulması, əlbəttə, təsirlidir. Bununla belə, kitab yalnız bir Azərbaycan qadınının harayı deyil, bütün əsirlikdə olan qadınların harayıdır. Kitabın müəllifi Dürdanə xanıma cəsarəti üçün təşəkkür edirik. Bu gün, başda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları, ölkənin birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olmaqla, ədalətin təntənəsi üçün uluslararası miqyasda önəmli tədbirlər təşkil edilir. “Xocalıya ədalət!” uluslararası kampaniyasının ayrı-ayrı ölkələrdəki nümayəndələri faciənin tərəqqipərvər insanlar arasında yayılması, yeni ünvanalr qazanması məqsədi ilə ardıcıl layihələr həyata keçirir. Dürdanə xanımın qələmə aldığı əsər də, Xocalının haqq səsinin duyurulmasında özünəməxsus bir addımdır. Bu kitabla bağlı ziyalıların, Xocalı sakinlərinin fiki və təkliflərini Dürdanə xanıma çatdırması xahiş olunur, çünki bir neçə gün sonra kitabın daha böyük tirajla çap olunaraq, universitetlərimizə, kitabxanalarımıza, məktəblərimizə, Gənclər Mərkəzlərimizə paylanması nəzərdə tutulub. İnanırıq ki, gənclərimizin tariximizi daha dərindən öyrənməsinə bu kitab da bir vəsilə olacaqdır.

Mən bir Millət vəkili, bir Azərbaycan vətəndaşı olaraq, “Erməni zindanında səkkiz gün” kitabının araya-ərsəyə gəlməsində əməyi olan bütün qardaş-bacılarıma, könül dostlarına təşəkkür edir, ehtiramımı yetirirəm. Ümidvaram ki, bu kitabın daha başqa dillərə çevrilib, nəşr edilməsi də, Xocalı həqiqətləri dünyaya yayılması işinin xeyrinə olacaq. Nəsib olsun, növbəti təqdimatları Dürdanə xanımın doğma yurdu Xocalıda keçirək”.

Sonra Millət vəkilləri Adil Əliyev, Aqil Abbas, Flora Qasımova, Aydın Hüseynov, Sahib Alıyev, “Azər­bay­can Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın sədri Tural Gən­cəliyev, professor Elçin Əhmədov, Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, “TransEvroKom” telekommunikasiya şirkətinin direktoru Qismət İbrahimov, RHİMİB sədri Arzu Bağırova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və Xocalıdan olan ziyalılar çıxış edib. Çıxışlarda bildirilib ki, Dürdanə Ağayevanın əsirlikdə yaşadığı dəhşətlərdən bəhs edən kitabının nəşrində məqsəd bütün tərəq­qi­pərvər insanların, konstruktiv mövqeli qurum və quruluşların erməni vəhşiliklərindən, erməni yalanlarından agah olmasına, ədalətsizliyə qarşı mübarizəyə töhfə verməkdir.

Çıxışlarda vurğulanıb ki, düşmən təb­li­ğa­tına qarşı Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” uluslararası kampaniyası ilbəil genişlən­məkdədir. Soyqırımın canlı şahidi Dürdanə xanımın öz xatirələrini qələmə alması bu kampaniyaya böyük dəstəkdir. Kitabda Xocalı soyqırımı zamanı Azərbaycan qızının, qadınının, ümumən bir insanın başına gətirilən dəhşətlərdən faktlarla söhbət açılmaqla, əsər ermənilərin iç üzünü, qəsbkarlığını, qəddarlığını bir daha açıb göstərir. Bu kitab bugün olduğu kimi, gələcəkdə də, Xocalıda günahsız azərbaycanlılara qarşı törədilmiş soyırım aktını duyuracaq, yayacaq. Duyuracaq və yayacaq ki, insanlıq bir də belə faciələr yaşamasın. Çıxışlarda, “Erməni zindanında səkkiz gün” kitabının Xocalı soyqırımının unudulmaması, yenidən yaşanmaması məqsədi ilə həyata keçirilən önəmli layihələrdən biri olduğu qeyd edilib.

Belə bir ortaq fikir səsləndirilib ki, biz Azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin, onların havadarlarının amansızlığına məruz qalmasını 27 ilə sığışdıra bilmərik. Soyqırım siyasəti on illər öncənin zəhərli beyin məhsulu olub, ötən yüzillik boyunca və təəssüf ki, yeni yüzillikdə də bitməyən bir bəşəri problemdir, adı üstündə “erməni xəstəliyi”, “erməni sindromu”dur.  Cinayətkarların cəzasız qalmaması üçün hər bir azərbaycanlı daha da çox çalışmalı, Ali Baş Komandanın ətrafında daha sıx birləşməli, “Xocalıya ədalət” kampaniyasına daha çox dəstək verməliyik. Bu istiqamətda daha yeni kitabların yazılmasına, filmlərin çəkilməsinə və xarici ölkələrdə onların təbliğat və təqdimatlarının genişlənməsinə böyük ehtiyac var. İş adamlarımız da bu istiqamətdə daha çox dəstək verməyə çağrılıb.

Heydər Əliyev Fondunun əməkdaşı Cavid Məmmədzadə çıxış edərək, Leyla xanımın “Xocalıya ədalət” kampaniysı çərçivəsində görülən işlər, əldə olunan nəticələr, Fondun xarici ölkələrdə həyata keçirdiyi önəmli layihələr barədə məlumat verib və bildirib ki, Xocalı soyqırımı həqiqətlərinin bütün dünyada geniş yayılması, tanıdılmasına nail olunması istiqamətində işlər daha intensiv xarakter alıb. O, Xocalı soyırımının şahidləri tərəfindən yazılan bu cür kitabların əhəmiyyətini xüsusi vurğulayaraq, belə nəşrlərin artmasının vacibliyini qeyd edib.

Sonda kitabın müəllifi Dürdanə Ağayeva çıxış edərək, ürək sözlərini bölüşüb,  həmyerlilərini, soyqırım dəhşətlərini yaşayanları acı da olsa, öz xatirələrini qələmə almağa çağırıb. Müəllif bildirib ki, şəxsən onu bu acı hekayətlərlə dolu kitabı yazmağa vadar edən, işğalçıə Ermənistan tərəfindən törədilən bu dəhşətli cinayətləri dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü dünyaya daha geniş duyurmaq istəyidir. Eyni zamanda böyüyən nəsillərin o günləri heç bir zaman unutmamasına çağırışdır.

 

Əvvəlki yazı

RAMİL USUBOV NAZİR VƏZİFƏSİNDƏN AZAD OLUNDU – Yeni vəzifəyə təyin edildi

Sonrakı yazı

Azərbaycanın yeni daxili işlər naziri kimdir? – Dosye

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.