08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni terrorçular Azərbaycan xalqından üzr istədilər

07 İyul 2021, 14:23
Cəmiyyət, Manşet
A A
Erməni terrorçular Azərbaycan xalqından üzr istədilər

 

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Modern.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Lüdvik Mkrtiçyan suallara cavab verib.

O bildirib ki, 1993-cü ildə Qarabağda Ağdərənin kəndində olub, amma həmin vaxt müharibə olmayıb:

“Bir ay həmin ərazidə olmuşam. Sonra Hadrutda olmuşam. Həmin vaxt müalicə olunmuşam. 1994-cü ildə Suqovuşana gəlmişəm. Səngər qazarkən mərmi yanımıza düşdü və kontuziya aldım. Mən o vaxt erməni silahlı birləşməsinin tərkibində olmuşam. Silahlı birləşmə Ermənistan yaratmışdı. Mən də həmin dəstə ilə Qarabağa gəlmişəm. Müharibə idi, nə deyirdilər, onu da edirdik. Döyüşlərdən sonra mən Ermənistanı tərk edib xaricə getmişəm”.

Lüdvik Mktiçyan qeyd edib ki, Aprel döyüşlərinə təşkilat vasitəsilə könüllü gəlib:

“Həmin təşkilat xaricdə yaşayan ermənilər tərəfindən maliyyələşir. Onlar da Aprel döyüşlərində məni ora cəlb etdilər. Məcburiyyətdən qoşulmuşam döyüşlərə. Bilirdim ki, Qarabağı ermənilər işğal edib. 2020-ci il oktyabrında tanımadığım adamlarla birlikdə Hadruta gəldim və müdafiəyə qoşuldum. Bilirdim ki, həqiqətən Hadrut Azərbaycan ərazisidir. Amma orda ermənilər yaşayırdı”.

Təqsirləndirilən şəxs oktyabrın 20-də Hadrutun adını bilmədiyi kəndində saxlandığını deyib:

“O zaman biz hərbiçilər geri çəkilirdik, meşələrdə gizlənirdik. Komandirimiz yoxa çıxdı, onun hara getdiyini bilmədim. Orada 120 nəfər əsgər var idi. Biz meşəlik ərazidə gizləndik. Bu zaman iki tərəfli istiqamətdən atışma başladı. Biz quyu kimi yerdə dayandıq. Hava qaralandan sonra dağ istiqamətində getməyə başladıq. Səhəri Azərbaycan ordusu tərəfindən əsir götürüldüm. Azərbaycanlı hərbi qulluqçuları özümə düşmən bilmirəm. Kaş belə bir müharibə olmayaydı”.

O, hakimin sualına cavab olaraq bildirib ki, döyüşlərdə iştirakına görə 5 medalla təltif edilib: “Hamısı yubiley medallarıdır. Lakin onlar qiymətli medallar deyil”.

Lüdvik Mkrtiçyan sonda Azərbaycandan, Azərbaycan xalqından elədiklərinə görə üzr istəyib:

“İnsanıq, hər birimiz səhv edə bilərik”.

Prosesdə Alyoşa Xosrovyan da prokurorun suallarına cavab olaraq bildirib ki, Birinci Qarabağ müharibəsində iki ölkə arasında sərhəddə olub:

“Həmin vaxt mən mülki şəxs kimi orda iştirak etmişəm. Səmimiyyətlə demək istəyirəm ki, mən müharibədə könüllü olmamışam. Azyaşlı uşağım var idi, pul qazanmaq məqsədilə döyüşlərə getmişəm. Özümü yalnız Azərbaycan sərhədlərini pozduğum üçün günahkar bilirəm. Mən də sizdən, xalqdan, hamıdan üzr istəyirəm”.

Prosesdə təqsirləndirilən şəxslərin yalan danışdığını deyən zərərçəkmiş Famil Əliyev isə bildirib ki, Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan müharibə bitəndən sonra da erməni hərbi birləşməsinin tərkibində olub və azərbaycanlı əsirlərə işgəncələr verib:

“1995-ci ilin may ayında ermənilər döyüşdə çox itki vermişdi, onların meyitlərini Şuşa həbsxanasına gətirdilər. Mkrtçyan da orda idi. Onda bizi amansızlıqla döydülər. İyun ayında Şuşada erməni zabitin toyu idi, bu da hərbçi kimi orda iştirak edirdi. Bunlara ermənilərin “ASALA”sı deyirdilər. Bunlar azərbaycanlılara xüsusi işgəncə verən kimi hörmətli hərbçilər idi”.

Zərərəçəkmiş Cavid Hüseyn isə deyib ki, 1995-ci ilin mart ayının 21-də Şuşa türməsində onun gözünün çıxarılması prosesində Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan iştirak ediblər:

“Qarik mənim gözümü çıxaranda əllərimi divara Mkrtçyan və Xosrovyan bağlayıb. Həmin vaxt bunlar ikisi də türmədə bizə işgəncə verirdilər”.

Prosesdə sənədlərin tədqiqi mərhələsinə keçid edilib.

Məhkəmə prosesi iyulun 14-də davam etdirləcək. Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.

Əvvəlki yazı

Sabah yağış yağacaq – Hava proqnozu

Sonrakı yazı

Vilyam Hacıyevdən xəbər var

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.