03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni oliqarxın sirli ölümü:Ayrapetyanın cəsədi soyuducuda çürüyüb, ekspertizaya yararsız olub

15 Noyabr 2018, 11:24
Manşet
A A
Erməni oliqarxın sirli ölümü:Ayrapetyanın cəsədi soyuducuda çürüyüb, ekspertizaya yararsız olub

Rusiyada Mordoviya respublikasının İstintaq İdarəsi 2017-ci ildə həbsxanada ölən erməni milyarder, Dağlıq Qarabağ ermənilərinin baş sponsoru sayılan Levon Ayrapetyanın zəhərlənməsi şübhəsi əsasında cinayət işi qaldırmaqdan imtina edib.

“Rosbalt” Aegentliyi xəbər verir ki, milyarderin qohumları onun həbsxanada zəhərlənə biləcəyini iddia edirdi və cinayət işinin qaldırılmasını istəyirdi. Amma Ayrapetyanın cəsədindən götürülmüş nümunələr müəmmalı şəkildə soyuducuda korlanıb. Nəticədə analiz üçün yararsız hala düşüb. Bunu Ayrapetyanın vəkili müstəntiqlərlə şifahi söhbətinə əsasən deyib.

Levon Ayrapetyan Rusiyanın ən varlı adamlarından və dünyanın ən varlı ermənilərindən biri olub. “Qazprom” da daxil olmaqla bir çox şirkətlərin səhmlərinə, çoxsaylı aktivlərə, o cümlədən Parisdə, Nyu-Uorkda, Monakoda malikanələrə, Azərbaycanın işğal altındakı ərazilərində zavodlara malik idi. O, “Başneft” şirkətinin səhmlərinin alqı-satqısı zamanı qurulmuş maxinasiyaya görə həbs edilmişdi. Həbsxanada olarkən Ayrapetyan öz əmlakını və aktivlərini idarə etmək üçün bir sıra şəxslərə etibarnamə verib, amma onun aktivlərinin əhəmiyyətli hissəsi ələ keçirilib. İstintaq zamanı aydınlaşıb ki, Ayrapetyana borcu olan xeyli adamlar var və azadlıqda olanda həmin şəxslərdən iri məbləğlərdə borclarını toplamaq üçün çalışıb.

Qohumları erməni milyarderin ölümünü müəmmalı hesab ediblər. Mordoviyadakı 12 saylı həbsxanada cəza çəkən Ayrapetyanın işinə ötən il oktyabrın 17-də Mordoviyanın Ali məhkəməsi baxmalı idi. Və gözlənilirdi ki, səhhətinə görə onu cəzasının davamını çəkməkdən azad edəcəklər. Ayrapetyanın xərçəng xəstəsi olduğu məlum idi.

Lakin qohumlarının iddiasına görə həmin ərəfədə iki naməlum şəxs Ayrapetyana tibbi bağlama göndərir. Bu bağlamanın içində milyarderin istifadə etdiyi dərmanlar yer alırdı. Levon dərmanlardan qəbul edir, amma qəfildən vəziyyəti pisləşir. Oktyabrın 18-də huşunu itirir. Özünə gələndə kamera yoldaşının telefonu ilə qardaşına və dostuna zəng vurur. “Məni zəhərlədilər. Səhərə sağ çıxmayacam. Meyitimi yarmadan məni dəfn etməyin”-deyir.

Biznesmen ölür və onun cəsədindən nümunələr, o cümlədən daxili orqanları götürülür. Qohumları ekspertiza aparılmasını tələb edir. Nəhayət bu günlərdə İstintaq İdarəsi bu qənaətə gəlir ki, Ayrapetyana iki naməlum şəxsin bağlama göndərdiyini təsdiq etmək mümkün olmayıb, xəstəxananın həkimləri müəyyən səhvə yol veriblər. Amma bu səhv onun ölümünə səbəb ola bilməzdi. Nəticədə cinayət işinin qaldırılmasından imtina edilir.

Milyarderin vəkili Karen Nersisyan isə deyir ki, müstəntiqlər şifahi qaydada ona tibb müəssisəsinin soyuducu avadanlığının xarab olduğunu, nəticədə Ayrapetyanın cəsəd nümunlərinin və daxili orqanlarının çürüdüyünü, ekspertiza üçün yararsız hala düşdüyünü deyiblər. Vəkilin fikrincə bütün bunlar çox şübhəlidir və indi onlar məsələnin Moskvada araşdırılmasını tələb edəcəklər.

Nersisyan bildirir ki, Ayrapetyan oktyabrın 19-da azadlığa çıxıb biznesində qayda yaratmağı, çoxsaylı aktivlərinin hara yoxa çıxdığını aydınlaşdırmağı, habelə borclularından pullarını almağı planlaşdırırdı. (virtualaz.org)

Əvvəlki yazı

“DOĞUŞUN SAYI İL ƏRZİNDƏ 170 MİNDƏN 103 MİNƏ DÜŞÜB” – Deputatdan ŞOK statistika

Sonrakı yazı

MTN soyğunçularının “Koçak Gold” işi…

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.