14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ermənistanda panika – “Ölkənin və inqilabın altına mina qoyulub…”

23 May 2019, 11:28
Manşet
A A
Ermənistanda panika – “Ölkənin və inqilabın altına mina qoyulub…”

İşğalçı ölkədə Qarabağ məsələsi yox, Qarabağ klanı önə çıxır, “Moskvanın İrəvana qarşı qəsd planı var” iddiaları artır; sabiq XİN başçısı: “Paşinyan gec-tez devriləcək…”

Ermənistanda “məxməri inqilab”ın 1 ilinin tamamında baş verən olaylar az qala, inqilabın özü qədər şok effekti yaradıb. İlk növbədə də inqilabı edənlər və inqilab müəllifi Nikol Paşinyan üçün.

Söhbət hakimiyyətin iradəsinə rəğmən, məhkəmənin 1 mart 2008-ci il qanlı hadisələrinə görə tutulan eks-prezident Robert Köçəryanın Dağlıq Qarabağdakı separatçı rejimin indiki və keçmiş başçılarının zəmanəti əsasında azadlığa buraxmasından gedir. Bu azmış kimi, ardınca cinayət işi, ümumiyyətlə, dayandırılıb və yekun qərar üçün Konstitusiya Məhkəməsinə yönəldilib.

Faktiki, Paşinyanın başı üzərindən baş verən bu hadisələr işğalçı ölkədə bir il öncəki hakimiyyət dəyişikliyinə rəğmən, məhkəmə-hüquq sistemində keçmiş xunta rejiminin adamlarının hələ də güclü olduğunu ortaya çıxarıb. Təbii ki, prosesdə “Moskva izi” də olmamış deyil. Ən azı, ona görə ki, Robert Köçəryan və onunla birgə saxlanılanlar (onlar da buraxılıb) – keçmiş müdafiə naziri Seyrran Ohanyan, hamısı Moskvaya bağlı və Kremlə sadiq adamlardır.

*****

“Məhkəmənin Köçəryan haqda qərarı və cinayət işinin dayandırılması tərəddüdsüz-filansız, qalmaqallı qərar sayıla bilər. Bu qərarla məhkəmə hakimiyyəti faktiki, əks-inqilaba qoşulub. Hətta iddia eləmək olar ki, bununla köhnə sistemin bərpası işinə yeni nəfəs verilib”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər erməni siyasi şərhçi Sərkis Arsruninin  1 in.am saytındakı dünənki məqaləsində yer alıb.

Müəllif yazır: “Belə bir xain çevriliş planının inqilabdan bir il sonra niyə mümkün olması haqda uzun-uzadı danışmaq olar. Aydındır ki, problem ilk baxışda göründüyündən qat-qat dərindədir. Robert Köçəryan və ya onun məhkəməsi, məhkəmə-hüquq islahatları haqda söhbətlər, hətta Nikol Paşinyanın dünənki (srağagünkü – red.) mübahisəli çağırışı problemin yalnız növbəti təzahürləridir. Dərində isə ölkənin, inqilabın altına mina qoyulub, əsl qəsd yetişir. Hansı qəsdin ki, daxili oyunçuları və çox aydın görünən xarici aktyoru var”.

Nikol Paşinyanı ile ilgili görsel sonucu

Erməni təhlilçiyə görə, problemin ciddiliyini anlamaq üçün 1999-cu il hadisələrini yada salmaq kifayətdir. O zaman parlamentin gülləbaran edilməsi nəticəsində Moskvaya bağlı Köçəryan və onun rejimi əsas rəqibi olan Karen Dəmirçyandan (spiker) və Vazgen Sərkisyandan (baş nazir) qurtulmuşdu.

“O vaxt müstəsna olaraq, legitim hakimiyyət formalaşdıran Dəmirçyan-Sərkisyan tandeminin irəliləməsi elə həmin daxili aktyorların və həmin xarici mərkəzin iştirakı ilə dayandırıldı. Əlbəttə ki, zəmanə dəyişib və eyni ssenarinin mexaniki təkrarlanmasına ehtiyac yoxdur, ələlxüsus elə bir vaxtda ki, şimalda ən yeni texnologiyaları mənimsəyiblər, hətta qəsd planlarını kreativ əsasda reallaşdıra bilərlər. Bütün bunların əlamətləri artıq ortadadır. Və indi mahiyyət etibarilə konkret hakimiyyətin, hətta inqilabın deyil, Ermənistanın suverenliyinin taleyi həll olunur. Paşinyanın va-bank təşəbbüsü məhz bununla bağlı idi”, – deyə müəllif sonda əlavə edib.

*****

İşğalçı ölkədəki son olaylar Paşinyana təbii ki, yaxşı heç nə, ən yaxşı halda ikihakimiyyətlilik vəd edir. Ən pis halda isə keçmiş “səhra komandiri” və Xocalı hərbi canisi R.Köçəryan və dəstəsi tərəfindən növbəti dəfə sui-qəsd planının işə salınması istisna olunmur – təbii ki, 1999-cu ildəki kimi, Moskvanın rüsxəti ilə.

Köçəryan və dəstəsi ile ilgili görsel sonucu

Ermənistan daxillində son yaşananların bu xüsusda nə ilə bitəcəyi ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun proqnozu da maraqlıdır.

“Sözsüz ki, gec və ya tez Paşinyan devriləcək. Çünki Ermənistanın siyasi ənənəsi göstərir ki, onlarda normal siyasi proseslər mümkün deyil. Ya orada kimisə güllələyir, ya devirir, ya da döyürlər. İndiki mərhələdə konkret qarşıdurma kəskinləşir və bunun çıxış yollarını tapmaq üçün onlar hərbi ”kart”a əl ata bilərlər”, – deyə o ehtimal edib. Zülfüqarova görə, biz məsələnin bu hissəsindən ehtiyatlı olmalıyıq. “Ermənistan tərəfindən hərbi provokasiya real görünür. Biz buna hazır olmalıyıq”, – deyə eks-diplomat xəbərdarlıq edib.

*****

Köçəryan və dəstəsi ile ilgili görsel sonucu

Ancaq istər Ermənistan daxilində Moskvanın əli ilə reallaşan və reallaşacaq qəsd və çevriliş ssenariləri olsun, istərsə də Qarabağ cəbhəsində vəziyyəti qarışdırmaq planı – bütün bunlardan erməni xalqının, onun yeni hakimiyyətinin etibarlı slğortalanması üçün tək yol – İrəvanın Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutması, Moskvanın istəyinə rəğmən, Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə anlaşmasıdır. Təəssüf ki, indiki erməni hökuməti Qarabağ məsələsinə yanaşmada köhnə iqtidarlardan fərqli yanaşma sərgiləmədi. Erməni xalqını sülhə deyil, qeyri-müəyyənliyə hazırlamaq xətti götürdü.

“Bu günədək erməni cəmiyyətində Qarabağa dair nizamlama ssenarisi ilə bağlı yekdil mövqe yoxdur. Bir qisim deyir ”bir qarış da torpaq verilə bilməz”, başqaları isə əksinə, kompromisin vacibliyindən danışır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Sputnik Armeniya”ya erməni politoloq Manvel Sərkisyan deyib.

“Ermənistanda hüquq və məsuliyyət haqda olduqca yayğın təsəvvür var. Biz hər şeyi şübhə altına qoymağa və gözdən salmağa o qədər adət eləmişik ki, istənilən sağlam fikir biz tərəfdən süngü ucunda qarşılanır və şübhəyə məruz qoyulur”, – deyə Sərkisyan etirafda bulunub.

Ancaq belə xəstə yanaşmanın sonu bir gün gəlməlidir. Əks halda, Ermənistan adlı simvolik dövlətin sonu gələcək – ya Moskvanın əli ilə, ya da onsuz…

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Əvvəlki yazı

Yanvardan sonra xalqı iqtidara qarşı qaldıran ilk məmur – Yasamal çalxalanır…

Sonrakı yazı

İqbal Ağazadəyə qarşı dələduzluq edən şəxs azadlığa buraxıldı – sabiq deputat onu bağışlamışdı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.