Ermənistanda son gündə 104 koronavirusa yeni yoluxma qeydə alınıb.
Reportyor.info “Armenian News”a istinadla xəbər verir ki, bu barədə Səhiyyə məlumat yayıb.
Ümumən ölkədə 222.513 nəfər koronavirusa yoluxib, 4.443 nəfər müalicə olunur, 212.566 nəfər sağalıb, son gündə 7 nəfər olmaqla, 4.423 xəstə ölüb.
Koronavirusu olan daha 2 nəfər digər xəstəliklər ucbatından vəfat edib. Bu cür hadisələrin ümumi sayı 1.081-dir.
Beləliklə, COVID-19-dan ölümlərin ümumi sayı 5504 nəfərə çatıb.
Discussion about this post