13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ermənistan Qarabağda 20-dən çox post itirib – Detallar

21 Avqust 2020, 12:39
Gündəm, Manşet
A A
Ermənistan Qarabağda 20-dən çox post itirib – Detallar

Ermənistanda eks-prezident Serj Sərkisyanın xüsusi mətbuat konfransı çağırıb 2016-cı ilin aprel müharibəsində erməni ordusunun “qalib gəldiyi” barədə danışmasından sonra ona hakim partiyadan ifşaedici cavab verilib.

Virtualaz.org xəbər verir ki, baş nazir Paşinyanın “Mənim addımım” partiyasından deputat, aprel müharibəsini araşdıran parlament komissiyasının üzvü Armen Xaçatryan bu “qələbə” nəticəsində erməni işğalçı qüvvələrinin Qarabağda 20-dən çox postu itirdiyini bildirib.

“Bu faktdır ki, 2016-cı ilin aprel müharibəsində erməni tərəfi 20-dən çox mövqeni itirib, bunu müdafiə sferasındakı keçmiş və indiki məmurlar parlament istintaq komissiyasına təsdiq ediblər”,-Armen Xaçatryan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib.

Serj Sərkisyan 3 saata yaxın çəkən mətbuat konfransında həmin istintaq komissiyasının rəhbəri Andranik Köçəryanın erməni qüvvələrinin aprel müharibəsində 20-dən çox mövqe itirdiyinə dair dediklərini inkar etmişdi. Amma neçə mövqe itirildiyini dəqiqləşdirməmişdi.

“Parlament komissiyasının sədri Andranik Köçəryan 20-dən çox mövqenin itirilməsi barədə keçmiş və indiki hərbçilərin ifadələrinə əsasən danışıb. Yəni o, həmin rəqəmi elə-belə səsləndirməyib, bu haqda komissiyaya dəvət olunmuş adamlar danışıblar, komissiyanın işinin nəticəsində həmin rəqəm ortaya çıxıb.

Bəli, mən də təsdiq edirəm ki, 20-dən çox mövqe düşmənin əlində qalıb, həmin mövqelər arasında elələri var ki, strateji əhəmiyyət daşıyır. Hərçənd mövqe mövqedir, lakin elə mövqe var ki, stratejidir və onlar düşmənin əlində qalıb, və onların sayı 20-dən çoxdur”,-Xaçatryan belə deyib.

İstintaq komissiyasının digər üzvü, müxalif “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Rubik Stepanyan da təsdiq edir ki, erməni tərəfi aprel müharibəsində 20-dən çox mövqe itirib, amma Serj Sərkisyanın bunu niyə inkar etdiyini anlamır.

“Əslində  biz həmin mövqeləri itirmişik, həmin mühüm mövqeni də itirmişik, amma o niyə bunu inkar edir, anlamıram”,-Stepanyan deyib. O, dəqiqləşdirib ki, itirilən mövqelərin sayının 20-dən çox olduğunu aprel komissiyası təsdiqləyib.

Rubik Stepanyan Serj Sərkisyanın aprel müharibəsinin Ermənistanın “qələbəsi” olduğu haqda Serj Sərkisyanın dediklərinə belə münasibət bildirib: “Bunu qələbə adlandırmaq olarmı ki, biz təkcə mövqelərdə onlarla adam itirmişik, üstəlik ərazi itirmişik və nəticədə Talış kəndi Azərbaycan ordusunun hədəfinə çevrilib?”

“Mənim addımım” fraksiyasından Armen Xaçatryan da bu deyilənlərlə razılaşır: “Burada birmənalı şəkildə demək ki, biz qalib gəlmişik…mən bununla heç də razı deyiləm. Düzgün mövqe budur ki, əgər biz daha bir neçə qələbə əldə eləsək Stepanakerti (Xankəndi,-red.) itirəcəyik. Əgər hər qələbəni biz ərazi itkiləri hesabına əldə eləsək deməli düzgün istiqamətdə deyilik”.

Armen Xaçatryan onu da deyib ki, həmin döyüşlərin dayandırılmasına dair Moskvada baş qərargah rəisi Yuri Xaçaturovun apardığı danışıqlara dair heç bir rəsmi protokol mövcud deyil. “Xaçaturov Moskvaya gedib və ölkənin təhlükəsizliyi ilə bağlı ciddi danışıqlar aparıb, amma  biz hələ də həmin danışıqlara dair hansısa hesabat, arayış, protokol axtarırıq”,-deputat deyib.

Əvvəlki yazı

Prezident “Qobu”nun tikintisi ilə tanış olub

Sonrakı yazı

QMİ: “Məscidlərin bu gecə açılacağı yalandır”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.