Cümə, İyun 2, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Gündəm

Ermənilərin yeni terror təşkilatı: şok xəbərdarlığa Bakıdan reaksiyalar

03 Mart 2021, 11:13
in Gündəm, Manşet
Ermənilərin yeni terror təşkilatı: şok xəbərdarlığa Bakıdan reaksiyalar

ürkiyədə fəaliyyət göstərən ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi)  adlı təşkilatın rəhbəri, dosent Savaş Eğilmez deyib ki, ermənilər qlobal güclərin dəstəyi ilə yeni silahlı terror təşkilatı yaradıb.

“Yeni Müsavat”ın məlumatına görə, “VOMA” adlı terror təşkilatı hazırda fəaliyyətdədir və PKK-dan, “ASALA” nın törəmələrindən ciddi dəstək alır.

ASİMED rəhbəri deyib ki, bu terror təşkilatı Qarabağdakı müharibədə də fəaliyyət göstərib. Onun sözlərinə görə, “VoxjMnaluArvest”, yəni “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülüb, “VOMA” adlanır.

Ermənilər yeni terror təşkilatı yaradıb, intensiv təlim keçirlər...” - Sozcu.az

Eğilmez qeyd edib ki, ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir.

Dosentin iddiasına görə, Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında, xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “VOMA” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçirib. Terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla, bütün xərcləri ödənilir. Məlumatda deyilir ki, “VOMA” üzvlərini Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir.

Дело Монте Мелконяна живет: VOMA вновь открыто вербует боевиков – ФОТО – ВИДЕО | 1news.az | Новости

ASİMED başqanı ermənilərin bu fəaliyyətinin türk düşmənçiliyindən irəli gəldiyini hesab edir. Eğilmezin fikrincə, gələcəkdə bu təşkilatın güclənib Türkiyə və Azərbaycana problem yaratmaması üçün indidən tədbir görmək lazımdır. Çünki ermənilərin terror təşkilatı yaratmaq kimi “ənənələri” var və bu cür təşkilatlara təəəssüf ki, bəzi dövlətlər dəstək də verir. Əslində Qarabağda məğlubiyyətdən sonra belə bir terror təşkilatının yaradılacağı barədə ermənilər tərəfindən də iddialar səslənirdi. Guya partizan kimi dağlarda mübarizə aparacaqdılar, PKK üslubunu mənimsəyəcəkdilər. Hətta istisna deyil ki, Azərbaycanın Hadrutda həyata keçirdiyi antiterror əməliyyat zamanı ələ keçən 62 nəfər erməni diversant elə “VOMA”nın ilk terrorçuları olub.

Təşkilatın rəhbərinin Rusiya vətəndaşı olmasını da nəzərdən qaçırmaq olmaz. Onun şimal qonşumuzda hansı dairələrə bağlantılarının olmasını təsbit etmək, bu istiqamətdə rəsmi Moskvanı məlumatlandırmaq lazımdır.

Ermənistan Dağlıq Qarabağda Yeni Terror Təşkilatı qurdu

Ötən il noyabrın 3-də Azərbaycan Baş Prokurorluğu “VOMA” təşkilatını və onun lideri Vova Vartanovu Qarabağda ermənilərin tərəfində döyüşən terrorçular adlandırıb. Öz növbəsində ermənilər iddia edirlər ki, “VOMA”, sadəcə, gənclərin tərbiyəsi ilə məşğul olan hərbi-vətənpərvərlik birliyidir. 2019-cu ilin fevralında V.Vartanov İrəvanda «Turan» agentliyinə verdiyi müsahibədə öz fəaliyyətinin detallarını, təşkilatının məqsədlərini açıqlamışdı və öz döyüş təcrübəsindən danışmışdı.

“Turan” agentliyi həmin müsahibəyə Vartanovun demədiyi bir şeyi də əlavə edib: o, fevralın 25-26-da Naxçıvanik kəndi ərazisində yerləşən dəstələrdən birinin komandiri olub və azərbaycanlı əhalinin Xocalıdan deportasiyasını izləyib. Belə güman etməyə əsas var ki, onun dəstəsi təkcə Azərbaycan qüvvələrinin əks-hücumunun qarşısını almayıb, hətta yüzlərlə dinc sakinin məhv edilməsində iştirak edib. Hələ o zaman Vartanov açıq şəkildə Azərbaycandakı milli azlıqları Azərbaycan hakimiyyətinə qarşı silahlı üsyana çağırırdı. O həmçinin bəyan edir ki, ermənilər yeni əraziləri tutmalı və Ermənistanın Azərbaycanla yeni sərhədi Kür çayı olmalıdır. O bildirmişdi ki, Kəlbəcəri vermək intihardır: “Bu, bizi bölmək və ayrı-ayrılıqda məhv etmək imkanı əldə etmək deməkdir. Biz bu axmaqlığı etməyəcəyik. Qubadlı, Laçın, Zəngilan da eyni şeydir”.

Ermenistan'ın terörist taburu: 'VoMa'

Vartanov müsahibəsində dediyi sözlərə görə gərək intihar edəydi, artıq Kəlbəcər hərbi kapitulyasiya nəticəsində bir güllə atılmadan erməni işğalından azad edilib, eləcə də Qubadlı, Laçın, Zəngilan, Şuşa tam nəzarətimizdədir.  Amma görünür ki, Vartanov da “VOMA” adlı marginal qruplaşmasını fəallaşdırmaqla revanş haqda düşünənlərdən biridir.

İLHAM İSMAYIL:

İlham İsmayıl

Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, o da bu təşkilat haqda mətbuatda gedən ilkin materiallarla tanışdır. İ.İsmayılın fikrincə, hiss olunur ki, “VOMA” barədə kifayət qədər əhatəli məlumat yoxdur. Onun sözlərinə görə, ermənilərin terrora meyilli olması, terrorçuluq fəaliyyəti 100 ildir dünyaya məlumdur, amma yeni yaranan təşkilat barədə daha çox informasiyaya çıxış imkanımız olmalıdır. “Ermənilərin ən böyük terror təşkilatı ”Asala” olub. Amma onlar 44 günlük müharibədə toplaşdılar, təşkilatlanmaq istədilər, arzuladıqları kimi alınmadı. Görünür, ASALA-nın hazırkı imkanları kifayət etməyib və yeni təşkilat istəyirlər. Amma hazırda “VOMA”ya terror təşkilatı demək üçün əsasımız yoxdur. Düzdür, onlar terrorun atributlarına yaxındırlar. Amma istər diversant qrupu olsun, istər terrorçu təşkilat, ilk nönvbədə bizim kəşfiyyat orqanları məlumatı artırmalıdırlar”, – deyə İ.İsmayıl vurğuladı.

Ekspert hesab edir ki, müxtəlif əməliyyat metodları var, amma daha artıq informasiya əldə etmək vacibdir: “Onların hədəflərini müəyyən etməliyik. Bilməliyik ki, Qarabağda nələr törədə bilərlər, hansı tədbirlər görmək lazımdır. Əvvəlcə Laçın dəhlizində sərhədi bağlamalı, nəhayət, koridora nəzarəti götürməliyik. Əgər Laçın dəhlizinə nəzarəti götürməsək, istənilən şəxs keçib Qarabağda təxribat törədə bilər. Ona görə bu yöndə nə qədər informasiyamız çox olarsa yaxşıdır. Azərbaycan xüsusi xidmət orqanları, sərhəd qoşunları işləməlidirlər. Çünki informasiya müharibəsi dövrüdür, bizim isə yeni yaranan erməni təşkilatı haqda yetərli səviyyədə məlumatımız olmalıdır. Bu anlamda həm Türkiyə xüsusi xidmət orqanları, həm İsrail xüsusi xidmət orqanları ilə xəbər mübadiləsini artırmalıyıq, informasiyanı çoxaltmalıyıq, daha sonra Vartanovla bağlı nəinki vətəndaşı olduğu Rusiyanı, bütün dünyanı məlumatlandırmaq lazım olacaq. Ümumiyyətlə, bir silahlı dəstəni terror təşkilatı elan etmək, fəaliyyətinə qadağa qoymaq üçün kifayət qədər informasiya əldə etməliyik”.

Qulamhüseyn Əlibəyli: İşğal altında olan ərazilərimizin azad edilməsindən sonra Qarabağın dirçəldilməsi mərhələsinə start verilib

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli də “Yeni Müsavat”a qeyd etdi ki, “VOMA”nın Qarabağ ərazisinə keçidinin qarşısını almaq vəzifəsi Laçın dəhlizinə nəzarət edən Rusiya hərbi kontingentinin üzərinə düşür. Onun sözlərinə görə, rus sülhməramlıları bu işlə məşğul olmadığı üçün Azərbaycan Laçın dəhlizinə nəzarəti götürməlidir: “Bizim orada postlarımız qurulmalıdır ki, gəlib keçənlərə təkcə rus hərbçiləri yox, bizimkilər də nəzarət etsinlər. Həmçinin Türkiyə xüsusi xidmət orqanları ilə məlumat mübadiləsi aparmalıyıq. Fikrimcə, Savaş Eğilmezin etdiyi bu xəbərdarlığa diqqətsizlik göstərmək düzgün olmaz. Çünki ermənilər zaman-zaman terror aktları törədiblər, onlarda terrorçuluğun bir ənənəsi var”.

ShareSendTweetShare
Previous Post

Bakıda daha bir məktəb bağlandı

Next Post

“Azəriqaz”ın “qazlama” əməliyyatı – Hüquqşünas açıqladı

Related Posts

Ordumuzun mövqeləri atəşə tutuldu
Cəmiyyət

Ordumuzun mövqeləri atəşə tutuldu

by reportyor info
01 İyun 2023, 15:38
İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində iştirak edir
Manşet

İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində iştirak edir

by reportyor info
01 İyun 2023, 13:01
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Cəmiyyət

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

by reportyor info
01 İyun 2023, 10:00
İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edir
Manşet

İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edir

by reportyor info
31 May 2023, 10:53
Azərbaycan və İsrail prezidentləri mətbuata bəyanatlarla çıxış etdi
Manşet

Azərbaycan və İsrail prezidentləri mətbuata bəyanatlarla çıxış etdi

by reportyor info
30 May 2023, 17:44

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

O, kosmosla salamlaşaraq velosipeddən düşdü... ABŞ prezidenti Bayden yenidən yerdədir!

O, kosmosla salamlaşaraq velosipeddən düşdü… ABŞ prezidenti Bayden yenidən yerdədir!

02 İyun 2023, 01:02
Şəbəkə Sultanları Serbiyanı da məğlub etdi

Şəbəkə Sultanları Serbiyanı da məğlub etdi

01 İyun 2023, 22:55
Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Aİ arasında görüş başa çatıb

Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Aİ arasında görüş başa çatıb

01 İyun 2023, 22:34
ABŞ-ın Sudana sanksiyaları - Dünya Xəbərləri

ABŞ-ın Sudana sanksiyaları – Dünya Xəbərləri

01 İyun 2023, 22:13
Stoltenberq: Müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı razılığa gəliblər

Stoltenberq: Müttəfiqlər Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı razılığa gəliblər

01 İyun 2023, 21:10
Polşadan Moldovaya 6 təyyarə dolusu silah və sursat

Polşadan Moldovaya 6 təyyarə dolusu silah və sursat

01 İyun 2023, 20:49
Abşeron rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir

Abşeron rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir

01 İyun 2023, 20:12
Avropa Parlamentində Macarıstan etirazı!  - Son dəqiqə xəbərləri

Avropa Parlamentində Macarıstan etirazı! – Son dəqiqə xəbərləri

01 İyun 2023, 20:07
Marseldə İqor Tudor şoku!  Rəsmi elan - Futbol

Marseldə İqor Tudor şoku! Rəsmi elan – Futbol

01 İyun 2023, 19:58
Sursat İstehsalına Dəstək Aktının Avropa Parlamentindən təsdiqi

Sursat İstehsalına Dəstək Aktının Avropa Parlamentindən təsdiqi

01 İyun 2023, 19:46
Milli taekvondoçu Nafia Kuş qızıl medal qazanıb

Milli taekvondoçu Nafia Kuş qızıl medal qazanıb

01 İyun 2023, 19:38
Zelenski və Leyen tərəfindən "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" bəyanatı

Zelenski və Leyen tərəfindən “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” bəyanatı

01 İyun 2023, 19:04
ABŞ-Yaponiya təhlükəsizlik əməkdaşlığını artırmaq qərarı

ABŞ-Yaponiya təhlükəsizlik əməkdaşlığını artırmaq qərarı

01 İyun 2023, 18:43
Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb: 2 nəfər yaralanıb

Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb: 2 nəfər yaralanıb

01 İyun 2023, 18:21
Dünya Meteorologiya Təşkilatının yeni rəhbəri Dr.  Əl Mandous oldu

Dünya Meteorologiya Təşkilatının yeni rəhbəri Dr. Əl Mandous oldu

01 İyun 2023, 18:00
Nazir məşhur idmançını rəis təyin etdi

Nazir məşhur idmançını rəis təyin etdi

01 İyun 2023, 17:30
111 il sonra ortaya çıxdı... Budur Titanikin itirilmiş xəzinələri

111 il sonra ortaya çıxdı… Budur Titanikin itirilmiş xəzinələri

01 İyun 2023, 17:18
Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilər

Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilər

01 İyun 2023, 16:55
Osmani: Vuçiç sülh istəyirsə, cinayətkar dəstələrə dəstəyi dayandırmalıdır

Osmani: Vuçiç sülh istəyirsə, cinayətkar dəstələrə dəstəyi dayandırmalıdır

01 İyun 2023, 16:36
Qida zəhərlənməsinin 40 faizi xəstə halda işə gedən işçilərdir

Qida zəhərlənməsinin 40 faizi xəstə halda işə gedən işçilərdir

01 İyun 2023, 16:15
Həbsxana divarları arasında “Uşaq günü”

Həbsxana divarları arasında “Uşaq günü”

01 İyun 2023, 16:06
Beyninizin forması düşüncələrinizi və davranışlarınızı təyin edə bilər.

Beyninizin forması düşüncələrinizi və davranışlarınızı təyin edə bilər.

01 İyun 2023, 15:54
Ordumuzun mövqeləri atəşə tutuldu

Ordumuzun mövqeləri atəşə tutuldu

01 İyun 2023, 15:38
“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər

“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər

01 İyun 2023, 15:15
NATO Xarici İşlər Nazirləri Osloda görüşür

NATO Xarici İşlər Nazirləri Osloda görüşür

01 İyun 2023, 15:12
43 mindən artıq abituriyent qəbul imtahanı verəcək

43 mindən artıq abituriyent qəbul imtahanı verəcək

01 İyun 2023, 14:58
Onları eyni vaxtda idarə edən adamı həbsxanaya göndərib, birlikdə tətilə getdilər!  Dünyanın danışdığı 3 qadın...

Onları eyni vaxtda idarə edən adamı həbsxanaya göndərib, birlikdə tətilə getdilər! Dünyanın danışdığı 3 qadın…

01 İyun 2023, 14:51
Transfer rəsmi olaraq açıqlandı!  Eczacıbaşı Alexa Grey-i rənglərinə bağladı

Transfer rəsmi olaraq açıqlandı! Eczacıbaşı Alexa Grey-i rənglərinə bağladı

01 İyun 2023, 14:51
Ukrayna prezidenti Zelenski Moldovaya səfər edib

Ukrayna prezidenti Zelenski Moldovaya səfər edib

01 İyun 2023, 14:30
MEDİA çap və onlayn media subyektlərinə dəstək layihəsi elan etdi

MEDİA çap və onlayn media subyektlərinə dəstək layihəsi elan etdi

01 İyun 2023, 14:00

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • Maraqlı
  • Özəl
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
« May    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə

© 2022 Reportyor.info