14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ERMƏNİLƏR O TORPAQLARIN SAHİBİ OLMADIQLARINI ÖZLƏRİ BÜTÜN DÜNYAYA SÜBUT ETDİLƏR

18 İyun 2021, 13:14
Cəmiyyət
A A
ERMƏNİLƏR O TORPAQLARIN SAHİBİ OLMADIQLARINI ÖZLƏRİ BÜTÜN DÜNYAYA SÜBUT ETDİLƏR

 

Azərbaycanın Müzəffər, yenilməz ordusu Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə öz əzəli-əbədi, doğma torpaqlarımızı erməni soyğunçularından təmizləyərək tarixi ədaləti bərpa etdi.
28 il namərd, acgöz, yurdsuz düşmən tapdağı altında qalaraq talan edilib yerlə yeksan edilən vətən torpaqlarımız 44 günlük Vətən müharibəsində işğalçılardan azad edildi.
28 il müddətində bu torpaqlarda heç bir quruculuq işləri görülməmişdi. Əksinə öz yurd-yuvalarından qaçqın düşmüş yerli sakinlərin evləri talan edilib, yerlə yeksan edilmişdi. Azərbaycan xalqının tarixini, etnoqrafiyasını özündə əks etdirən tarixi abidələr uçurulmuş, eksponatlar vandallar tərəfindən mənimsənilmişdir. Yeraltı, yerüstü sərvətləri talan edilmişdir.
Əsası Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri Molla Pənah Vaqifdən başlayaraq ədəbiyyatın mərkəzi olmuşdu. Şuşa dahi bəstəkar Üzeyir Hacıbəyovun, Xurşidbanu Natəvanın, Bülbülün, Rəşid Behbudovun doğulub boya –başa çatdığı doğma diyar olub. Onların heykəlləri belə talançılar tərəfindən güllələnib və oğurlanmışdı.
Ermənilər özləri zəbt etdikləri torpaqlardan çıxarılarkən evləri, meşələri yandırmaqla bütün dünyaya bir daha bu torpaqların həqiqi sahibi olmadıqlarını sübut etdilər.
Ali Baş Komandanımız, Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, müharibəni, haqq ədaləti təkcə silahla deyil, güclü siyasətlə, bacarıqla, insan zehni ilə eyni zamanda dürüstlüklə qazanmaq olar.
Bu müharibə bizə dost olan və əks mövqedə olan qüvvələri üzə çıxartdı, bir daha tanıtdı. Qardaş Türkiyə haqq savaşımızın ilk günündən bizə mənəvi dəstək oldu. Hər an yanımızda olacağını söylədi. Bu dəstək Azərbaycan xalqını daha da ruhlandırdı, Qələbəyə inamını artırdı.
1918-ci ildə erməni daşnaqları zaman-zaman olduğu kimi, öz havadarlarının köməyinə arxalanaraq Azərbaycana hücum etmişdilər. Yüzlərlə dinc sakinə, qadına, uşağa işgəncə verərək qətlə yetirmişlər. Erməni daşnakları Bakını ələ keçirməyə də çalışmışlar.
İyun ayının 4-də Müstəqil Azərbaycan Hökuməti ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalanmışdı. Bu müqavilə əsasında Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.
Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi ilə Bakını işğaldan azad etmişdi. Bakı şəhəri uğrunda gedən döyüşlərdə yüzlərlə 1000-lərlə türk əsgəri və zabiti həlak oldu. Azərbaycan xalqı onları həmişə ehtiramla yad edir.
Bu qırğında 12 mindən artıq türk-azərbaycanlı erməni cinayətkarları tərəfindən qətlə yetirilib.
Bəli, türkün türkdən başqa dostu yoxdur. Türk isə böyük və çoxdur. Türkiyə hökuməti, türk xalqı bu gün də Azərbaycanın yanındadır. Elə 20-ci əsrin əvvələrində Türkiyənin böyük tarixi şəxsiyyəti Mustafa Kamal Atatürkün dediyi kimi: “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”.
Bu gün də bu əbədi dostluq, qardaşlıq davam edir və daim davam edəcək, zamanla daha da güclənəcək, möhkəmlənəcək.
Ümummilli Liderimiz də demişdir ki, biz bir millət, iki dövlətik.
Azərbaycan və Türkiyə bu gün də bir yerdədir, bütün dünya ölkələrinə örnək olaraq bir yerdə yeni, xalqlarımızı işıqlı gələcəyə aparan yeni, sərfəli layihələr üzərində işləyir. Bir yerdə bu iki qardaş ölkə yeni tarix yazır.
Qarşıda duran ən prioritet məsələlərdən biri və ən vacibi də Zəngəzur dəhlizinin açılmasıdır.
Zəngilan dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinə yeni yol əlavə olunacaqdır. Bu region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycana quru yol ilə birbaşa çıxış əldə edəcək. Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Avrasiyaya qapı rolunu oynayacaq. Ankaranın türk dünyası ilə iqtisadi əlaqələri gücləndirməsinə imkan verəcək. Bundan başqa bu gün Türkiyə-Qars-Naxçıvan dəmir yolu layihəsi üzərində çalışılır. Bu layihə Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycanın qərb bölgələri ilə birləşdiriləcək ki, bu da Bakı və Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək.
Zəngilan dəhlizi Rusiya üçün Cənub Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta da çevrilə bilər. Rusiya qatarları Azərbaycan ərazisindən-Zəngilan dəhlizindən keçə, bununla da Ermənistan, Türkiyə, İran və Cənubi Asiya ölkələrinə istiqamətlənə bilər.
Zəngilan dəhlizinin işə düşməsi ilə iqtisadi əlaqələrin genişlənməsi təkcə iqtisadi mənfəətin qazanılması ilə nəticələnməyəcək, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə töhfə verəcək.
Şəhla Ağbulud

Əvvəlki yazı

Nazir Hacı Mazanın oğluna yeni VƏZİFƏ VERDİ

Sonrakı yazı

Şənbə gününün havası açıqlandı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.