Erməni iş adamları İrana getmək üçün azərbaycanlılara gömrük rüsumu ödəyirlər. Reportyor.info xəbər verir ki, bu barədə məlumatı ermənilərin “Joğovurd” qəzeti yazıb.
Məlumata görə, İrana yük aparan erməni iş adamları Gorus-Qafan yolundan istifadə edərkən Azərbaycana məxsus gömrük məntəqəsindən də keçməyə məcbur olurlar. Bu zaman erməni iş adamlarının mallarını daşıyan TIR-ların fars mənşəli sürücüləri Gorus-Qafan yolundakı Azərbaycana məxsus gömrük məntəqəsində 130 dollar rüsum ödəməli olurlar. “Joğovurd” qəzeti gömrük məntəqəsindən sürücülərə verilən çekin şəklini də dərc edib.