05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni prokuror “Skripal işi”nə görə öldürülüb?

05 Oktyabr 2018, 13:30
Dünya, Seçmə
A A
Erməni prokuror “Skripal işi”nə görə öldürülüb?

Rusiya baş prokurorunun müavini, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Saak Karapetyanın “AS-350” helikopterinin qəzaya uğraması nəticəsində ölməsi təsadüfi deyil. Ona qarşı sui-qəsd edilməsi ehtimalı çox böyükdür.

Bu barədə Rusiyanın sabiq hərbi kəşfiyyatçısı Sergey Skripalın qardaşı qızı Viktoriya Skripal “Milli Xəbər Xidməti” agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, “Skripalların işi” ilə məşğul olan Karapetyanın ölümü Solsberidəki zəhərlənmə ilə əlaqəlidir.

“Mən təsadüflərə inanmıram. Əvvəlcə biz avtomobil qəzasına düşürük. Üstündən düz bir həftə keçir və indi də bu hadisə… Belə şeylər də ola bilər”, – Viktoriya deyib.

Karapetyanın fəaliyyətinə yaxından bələd olan mənbə “İnterfax”a bildirib ki, o, 2016-cı ildə baş prokurorun müavini təyin edildikdən sonra ən qalmaqallı cinayət işlərinə, o cümlədən də, “Skripalların işi”nə birbaşa nəzarəti həyata keçirib. Xüsusən də, Solsberidəki zəhərlənmə hadisəsi ilə bağlı Böyük Britaniya hökuməti və xüsusi xidmət orqanlarına sorğular hazırlamaqla məşğul olub.

Qeyd edək ki, Rusiya baş prokurorunun erməni əsilli müavini Saak Karapetyan oktyabrın 3-ü axşam saatlarında Kostroma əyalətinin Vonşevo kəndində “AS-350” helikopterinin yerə çırpılması nəticəsində ölüb. Onunla yanaşı, helikopterdə olan daha 2 nəfər – kəndin erməni sakini Arek Aratyunyan və pilot Mixnov da ölüblər. İnsidentlə bağlı cinayət işi açılıb. Məlum olub ki, Karapetyanın olduğu “AS-350” helikopteri icazəsiz uçuş həyata keçirib.

Onu da xatırladaq ki, martın 5-də Rusiyanın sabiq hərbi kəşfiyyatçısı olmuş, lakin daha sonra Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal və qızı Britaniyanın Solsberi şəhərində Noviçok kimyəvi maddəsindən zəhərlənərək beyin iflici keçiriblər. Diplomatik qalmaqala səbəb olan hadisəni sui-qəsd adlandıran London baş verənlərdə Rusiyanın, konkret olaraq isə prezident Vladimir Putinin əlinin olduğunu iddia edib. Kreml isə ittihamları rədd edib. Britaniya hadisə ilə əlaqədar 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Analoji cavab tədbirləri görən Moskva isə Sankt-Peterburqdakı Britaniya baş konsulluğunu bağlamaq və Rusiyada 20 ildən artıq fəaliyyət göstərən “Britaniya Şurası” ictimai təşkilatının işini dayandırmaq qərarına gəlib.(azvision.az)

Əvvəlki yazı

“SOCAR Polymer”in məhsullarının ixracı Azərbaycanın qeyri-neft ixracını 16% artıracaq

Sonrakı yazı

Deputat: “Ehtiyatlı olmalıyıq”

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.