Ermənistanın Tavuş vilayətindəki kəndlərin birində hərbi qulluqçu intihar edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan informasiya yayıb.
Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçunun tövlədə özünü asdığı qeyd edilib. Hadisənin təfərrüatları araşdırılır.