01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni deputat: “Azərbaycanlılardan çox razıyıq” – MÜSAHİBƏ

18 Oktyabr 2018, 16:13
Siyasət, Dünya
A A
Erməni deputat: “Azərbaycanlılardan çox razıyıq” – MÜSAHİBƏ

 

Gürcüstan parlamentinin erməni əsilli deputatı, “Gürcü Arzusu” partiyasının üzvü Samvel Manukyan Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 

–  Cənab Manukyan, oktyabrın 28-də Gürcüstanda növbəti prezident seçkiləri keçiriləcək. Siz və təmsil etdiyiniz erməni icması hansı namizədi dəstəkləyəcəksiniz?

 

–  Müstəqil namizəd Salome Zurabişvilinin qalib gəlməsini dəstəkləyirəm. Onun təmsil etdiyim Axalkalaki rayonunda qalib gəlməsi üçün çalışıram. Çox təcrübəli, mütaliəli və uzun illər diplomat işləmiş qadındır. Gürcüstanın bütün problemlərini bilir və həlli yollarını da göstərə bilər.

 

–  Sizcə, Gürcüstan erməniləri də bu qərarı dəstəkləyəcək?

 

–  Ümid edirəm ki, bəli, dəstəkləyəcəklər. Bütün erməni icmasının yığışaraq, konkret namizədə səs verməsi müzakirə olunmur. Amma Cavaxetiyada görüşdüyüm insanlar Salomeyə səs verəcəklərini deyiblər. İnanıram ki, o qalib gələcək.

 

–  Gürcüstanda yaşayan ermənilər və azərbaycanlılar arasında münasibətlər necədir?

 

– Münasibətlər çox yaxşıdır. İstər deputatlar, istər sədə insanlar, istərsə də vətəndaş hərəkatları arasında heç bir problem yoxdur. Və əgər deputatlar öz səylərini davam etdirsə, bundan da yaxşı olacaq. Özümün çoxlu azərbaycanlı tanışlarım var. Hər şey yüksək səviyyədədir. Bu vaxta qədər milli zəmində bir dənə artıq söhbətin şahidi olmamışam. Əhalisinin 95%-ni ermənilərin təşkil etdiyi Axalkalakidə bazarda Marneuli azərbaycanlıları alver edir və onlardan çox razıyıq. Ümid edirəm ki, bizim dost münasibətlərimiz böyük vətənlərimiz – Azərbaycan və Ermənistan üçün də nümunə olacaq.

 

– Gürcüstan parlamentindəki azərbaycanlı həmkarlarınızla da münasibətləriniz istidir?

 

–  Bəli, heç şübhəsiz. Mən bilmirəm sizə hansı məlumatı veriblər, amma azərbaycanlı həmkarlarımla həmişə salamlaşıram, müəyyən məsələlər üzrə sıx təmasda da oluruq. Bəyəm azərbaycanlı deputatlar aramızda hər şeyin yaxşı olduğunu demirlər? Parlamentdə 4 azərbaycanlı deputat var ki, onlardan 3-ü iqtidar, 1-i isə müxalifət fraksiyasına mənsubdur. Müxalifətçi deputatı tez-tez görə bilməsəm də, fürsət düşəndə salamlaşıram və məni maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıram.

 

–  Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasında normal qonşuluq münasibətlərinin qurulmasına ciddi maneədir. Gürcüstan parlamentinin erməni deputatı olaraq, münaqişənin həllini necə görürsünüz?

 

–  Mən bu suala cavab verə bilmərəm. Çünki mən nə Ermənistan, nə də Azərbaycan hökumətinin üzvü, yaxud rəsmisiyəm. Mən Gürcüstan parlamentinin üzvüyəm və yalnız bu ölkəyə aid məsələ olsaydı, bəlkə bir söz deyərdim. Sadəcə, deyim ki, Qarabağ münaqişəsi hər iki ölkənin razılığı ilə həll olunmalıdır. Tək istəyim hərbi əməliyyatların başlamamasıdır. Başqa bir söz deyə bilmərəm.

 

–   Gürcüstan, ərazi bütövlüyünün bərpası uğrunda çalışır. Azərbaycanın da ərazi bütövlüyünü tanıyır. Siz, cənab Manukyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınızmı?

 

–  Mən Gürcüstanın ərazi bütövlüyünü tanıyıram, amma orada tamam başqa situasiyadır. Məndə olan informasiyaya görə… Bu haqda sizinlə danışa bilmərəm. Sizə deputat kimi cavab versəm, bunu səhv başa düşərsiniz və Gürcüstan dövlətinin rəsmi mövqeyi kimi verə bilərsiniz. Buna sadə Gürcüstan vətəndaşı kimi cavabım ola bilər. Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm.

 

–  Yaxşı, onda sadə Gürcüstan vətəndaşı kimi Samvel Manukyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı?

 

–  Gəlin belə danışaq. Nə vaxt ki, mənim deputat mandatımın müddəti başa çatacaq, həmin vaxt da sizə şəxsən Gürcüstan vətəndaşı və bir erməni kimi bu sualın cavabını açıqlayacam. Razılaşdıq?

 

–  Növbəti sualım Cavaxetiya bölgəsində yerləşən Kumxudo kəndində polislə yerli erməni sakinlər arasında baş verən toqquşma ilə bağlıdır. Bölgədə hər hansı gərginlik var?

 

– Bəli, belə bir insident olub. Amma bu, sizi niyə belə maraqlandırır? Sualınıza cavab verəcəm, amma bunun nəyi sizə maraqlıdır?

 

– Çünki Gürcüstanda yarım milyon azərbaycanlı yaşayır və bu ölkədə milli zəmində baş verən istənilən gərginlik narahatlıq doğurur.

 

– Cavaxetiyada heç bir gərginlik yoxdur. Hamı öz işi ilə məşğuldur. Kumxudo kəndində isə bir qrup insanın maraqları xalqın maraqları ilə üst-üstə düşmürdü və bu kiçik problem yaratdı. Danışıqlar aparıldı və hər şey həll olundu. Problem yoxdur.

 

– Cənab Manukyan, siz cavaxetiyalı fəal Vaaqn Çaxalyanla görüşürsünüzmü?

 

-Bəli. Mənə müraciət edən istənilən şəxslə, o cümlədən Çaxalyanla da görüşürəm. Mənlə ünsiyyət qurmaq istəyən erməniylə də, azərbaycanlıyla da, gürcü ilə də danışmağa hazıram. Siz də danışmaq istədiniz, ona görə sizinlə də məmnuniyyətlə danışıram.

 

– Səhv etmirəmsə, ötən il sizin avtomobilinizi Axalkalakidə yandırmışdılar. Hadisəni törədənlər tutuldu? Kimdən şübhələnirsiniz?

 

– Təəssüf ki, işin üstü açılmadı. Ərazidə heç bir müşahidə kamerası olmayıb. Yəqin ki, bunu da aranı qatmaq istəyən şəxslər siyasi sifariş əsasında törədib. Ümid edirəm ki, belə hadisələr heç bir deputatın, ümumiyyətlə, vətəndaşın başına gəlməz.

 

Sonda sizdən xahiş edirəm ki, bir KİV nümayəndəsi, jurnalist kimi xalqların bir-birinə yaxınlaşmasına xidmət edin. Çünki gedəcək yerimiz yoxdur, qonşuyuq. Nə olur-olsun ermənilər, gürcülər və azərbaycanlılar daim ünsiyyətdə olmalıdır. Sözlərimi o yan-bu yan edə bilərsiniz, amma xahiş edirəm doğru olanı yazın. Sizin üçün kəskin bir başlıq çıxarmaq maraqlı ola bilər, amma unutmayaq ki, bu iki xalq arasında münasibətlərə təsir göstərə bilər. Siz xalqlarımızın yaxınlaşmasında KİV olaraq vacib rol oynaya bilərsiniz.

Əvvəlki yazı

“Deputat, qardaşı və qaynı pulumu yeyib” – iş adamı

Sonrakı yazı

Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.