02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni Apostol Kilsəsi Xankəndidə qanunsuz nümayəndəlik AÇDI

03 Oktyabr 2022, 11:29
Seçmə
A A
Erməni Apostol Kilsəsi Xankəndidə qanunsuz nümayəndəlik AÇDI

Erməni Apostol Kilsəsi Azərbaycanın Xankəndi şəhərində – separatçıların nəzarətində olan ərazidə qanunsuz olaraq nümayəndəlik açıb. “Erməni Apostol Kilsəsinin Artsax Yeparxiyası” adlı dini qurum Rusiyadan Qarabağa köçmüş erməni milyarder Ruben Vardanyanın himayəsilə fəaliyyətə başlayıb.

Açılış mərasimində “Artsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi”nin təsisçisi kimi təqdim olunan Ruben Vardanyan şəxsən iştirak edib. Vardanyan bu barədə məlumatı özünün sosial şəbəkə hesabında da paylaşıb.

“Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyası”nın “rəhbəri” yepiskop Vrtanes Abramyan təyin edilib.

“Biz Vrtanes Abramyanla mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsillərə ötürülməsində kilsənin mühüm rolundan danışdıq. Müasir dünyada bəşəriyyət də şəxsiyyət böhranı yaşayır. Və bu reallıqlar və çağırışlar kilsəmiz sayəsində davamlı olan mənəvi və əxlaqi dəyərlər ətrafında birləşməyi daha da vacib edir”,-deyə R.Vardanyan qeyd edib.

Qeyd edək ki, kilsə uzun müddət dövlətçiliyi olmayan ermənilərin sıx birləşməsində xüsus rol oynayıb. Erməni kilsəsi tək dini məsələlərlə qənaətlənməyib, həm də siyasi məsələlərlə məşğul olub.
Hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir – Erməni Qriqoryan Kilsəsi və Erməni Apostol Kilsəsi. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Kilikiya kilsəsində əyləşir.

Erməni Qriqoryan Kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna və digər keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir.

Kilikiya kilsəsinə isə katalikos I Aram rəhbərlik edir. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdəki erməni yeparxiyasını idarə edir. Bəzi məlumatlara görə, Eçmiədzindəki katolikosla Kilikiyada katalikos arasında ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur.

Bunlardan əlavə, erməni kilsəsinin daha iki muxtar patriarxatı da mövcuddur ki, bunlar İstanbul və Qüdsdə yerləşir.

Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxlığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.

Qeyd edək ki, “erməni dövləti” fikirini ortaya atanlar məhz erməni kilsəsi və erməni ruhanilər olub.

Kilsə xadimləri siyasi təbliğat aparır, əhalidən müxtəlif siyasi və hərbi güclərə dəstək vermələrini istəyir, bu məqsədlə ianə toplayırlar. Həmçinin erməni kilsəsi aparıcı erməni partiyaları və təşkilatları ilə sıx əlaqəyə malikdir. Kilsə xadimlərinin səyi nəticəsində müxtəlif ölkələrdə bir çox erməni məktəbi açılıb.

Bir çox erməni kilsə xadimləri ermənilərin terror fəaliyyətini qınamaq əvəzinə, ona bəraət qazandırır.

Əvvəlki yazı

Bolqarıstan və Azərbaycan strateji əlaqələrə malikdir

Sonrakı yazı

Simonyan Solovyovu “vurdu” – Liman sarsıntısı…

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.