25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Erkin Qədirlinin sözündə hakimiyyətə dəstək mesajı yoxdur” – Müsahibə

11 Oktyabr 2018, 14:01
Seçmə
A A
“Erkin Qədirlinin sözündə hakimiyyətə dəstək mesajı yoxdur” – Müsahibə

 

REAL partiyası idarə heyətinin üzvü Erkin Qədirlinin Meydan TV rəhbəri Emin Milli ilə Praqada ayaqüstü müsahibəsində “hakimiyyət bir müddət qalmalıdır, bizim idarəçilik təcrübəmiz, yoxdur” sözü sosial şəbəkələrin baş mövzusuna çevrilib.

Bunu REAL-ın mövqeyinə xələl gətirilməsi kimi qiymətləndirənlər də var, E.Qədirlinin sətiraltı iqtidara mesaj verdiyini düşünənlər də…Hazırda feysbuk gündəmində E.Qədirlinin həmin sözü müzakirə olunur.

Mövzu ilə bağlı partiyanın icraçı katibi Natiq Cəfərli AzEuroNews.com-un suallarını cavablandırıb:

– Natiq bəy, indi feysbukda fəallar Erkin Qədirlinin çıxışını müzakirə edirlər. Onun məlum fikrini partiya bölüşürmü yoxsa subyektiv fikridir?

–  Erkin Qədirlinin fikirləri ciddi müzakirələrə səbəb oldu. Bu, özü-özlüyündə pozitiv haldır ki, hər dəfə onun fikirləri insanları düşünməyə, müzakirə etməyə sövq edir.

Ancaq onun fikirləri çox zaman şəxsi təcrübəsindən, dünyagörüşündən irəli gəlir. Bu da normaldır. Bu günə qədər həm həyat, həm müəllim təcrübəsi fikirlərinin formalaşmasında rol oynayıb.

Hər bir idarə heyəti üzvünün şəxsi düşüncəsi ola bilər. Amma bununla bağlı partiya tərəfindən yekdilliklə hər hansı sənəd qəbul olunmursa, təbii ki, REAL-ın mövqeyi sayıla bilməz.


“Kimsə qərəzli olmaq istəyirsə, fikirləri kontekstdən çıxara bilər”


 

– Sizcə Erkin bəyin vaxtaşırı bu cür fikirləri partiyanın ümumi siyasətinə, fəaliyyətinə xələl gətirmir ki? Çünki bir qrup hesab edir ki, əslində bu açıqlamalar sətiraltı olaraq hakimiyyətə dəstək mesajlarıdır…

– Bu mesajda hakimiyyətə heç bir dəstək fikri yoxdur. Tamamilə yanlış təsəvvürlər formalaşıb. Əksinə, hakimiyyəti düşünməyə çağırış var, müxalifət daha ciddi, hazırlıqlı olmalıdır, hakimiyyət uğrunda mübarizədə daha yenilikçi olaraq qalib çıxmalıdır.

Mesajın mahiyyəti ondan ibarətdir. Doğru düşünənlər, qərəzli olmayanlar üçün aydın mesajdır. Kimsə qərəzli olmaq istəyirsə, fikirləri kontekstdən çıxara bilər. Amma fikirləri kontekstdən çıxarmaq yox, hədəfə baxmaq lazımdır.

Hədəf budur ki, seçkiləri udub hakimiyyətə gəlmək lazımdır. Hazırlaşmadan hər hansı iş görmək təşkilatlar üçün xeyirli ola bilməz. Ona görə də Erkin Qədirlinin cümləsində qeyri-adi nəsə axtarmaq lazım deyil.


“Hakimiyyət dəyişsə 920 min adam işsiz qalmalıdır?”


 

 –  Siz hazırkı vəziyyətdə müxalifətin kadr potensialını necə qiymətləndirirsiniz? Və ümumiyyətlə, yeni hökumət qurulursa, indiki iqtidarın kadrlarından istifadəyə necə baxırsınız?

–  Əslində, həmişə düşüncəmiz belə olub, partiya proqramının sənədlərində də bu punkt var ki, dövlətdə məmuriyyət siyasətdən kənarda olmalıdır. Siyasi hakimiyyət dəyişəndə onlar öz vəzifələrində qalaraq işləməlidirlər.

Siyasi hakimiyyət seçki ilə formalaşır, üst vəzifələrdə yeni komanda olur, siyasət müəyyənləşdirikir. Yəni, iqtidara gələn siyasi qüvvə bu rolu üzərinə götürür.

Ona görə də bu mövqedə olmuşuq ki, orta və aşağı təbəqədə heç bir siyasi partiya üzvü olmayan, proseslərdə iştirak etməyən peşəkarlar yerində qalıb işlərini görməlidirlər. Bu gün müxtəlif nazirliklərdə, komitələrdə orta və aşağı vəzifələrdə işləyən peşəkarlar var. Onlardan istifadə olunmalıdır.

Ümumiyyətlə biləsiniz ki, büdcədən maliyyələşən təşkilatlarda 920 min nəfər işləyir. İndi siyasi hakimiyyət dəyişəndə həmin 920 min adam işsiz qalmalıdır və kadrlar dəyişdirilməlidir? Bu çox məntiqsiz yanaşma olar axı?!

O baxımdan müxalifət hökumət olmaq yolunda kadr potensialını genişləndirməli, kifayət qədər olan resursdan istifadə etməli, onu mobilizasiya etməyi bacarmalıdır. Həmçinin də dövlətdə kiçik və orta məmurlardan istifadə çox vacibdir. Bu qədər aydın və sadə…

Əvvəlki yazı

Kolbasa şirkətlərində nöqsanlar aşkarlanıb – Rəsmi

Sonrakı yazı

İlham Əliyevin nəvəsi müsahibə verib

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.