Bu gün Əməkdar artist Elza Seyidcahan “Hər şey daxil” verilişinin qonağı olub.
Reportyor.info xəbər verir ki, ifaçı bu yaxınlarda “Xalq artisti” adı alan Röya Ayxanı təbrik edib:
“Röya xanımı bir daha ad alması ilə bağlı təbrik edirəm. Mənim bir şüarım var: At kimi işlədi, it kimi yaşadı. Röya da o silsilədəndir, at kimi işlədi, it kimi yaşadı. O qədər yoruluruq ki, biz heç dincəlmirik. İnsan bir gün, iki gün işləyər, bir gün dincələr amma bizdə dincəlmək yoxdur”.