Ötən gün vəfat edən tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımovun dəfn yeri bəlli olub.
Reportyor.info xəbər verir ki, bu barədə yaxınları İTV-yə danışıb. Qeyd edilib ki, vida mərasiminin isə bu gün saat 11:00-da “Azərbaycanfilm” kinostudiyasının həyətində olacağı bildirilir.
Əməkdar artist Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn ediləcək.
Xatırladaq ki, aktyor, rejissor Samir Qasımov 2005-ci ildə ağır avtomobil qəzası zamanı dünyasını dəyişib.