Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında yerli idmançıya qalib gəlib.
54 kq çəki dərəcəsində mübarizə aparan Nəbiyev ilk döyüşündə Canik Sahakyanı 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi bu Avropa çempionatında iştirak etmir.