19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elmin İnkişafı Fondunun beynəlxalq məktəbi öz işinə başladı

08 Oktyabr 2018, 12:35
Seçmə
A A
Elmin İnkişafı Fondunun beynəlxalq məktəbi öz işinə başladı
 8 oktyabr tarixində Bakı şəhərində “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” (The International Space Weather Initiative (ISWI) School on Space Weather (SW) and Global Navigation Satellite Systems (GNSS)) üzrə Beynəlxalq Məktəb öz işinə başlayıb. 13 oktyabradək davam edəcək Məktəbin məqsədi kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə töhfə verməkdir.

Azərbaycandan, həmçinin Avropa, Asiya və Afrika ölkələrindən olan gənc alim və doktorantların Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi və təcrübi biliklərinin artırılması məqsədilə keçirilən məktəbin iştirakçıları elmi komitə tərəfindən ciddi müsabiqə yolu ilə seçilib. Azərbaycandan olan dinləyicilər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Milli Aviasiya Akademiyası (MAA), Azərkosmos ASC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini təmsil edirlər.
Tədbirin əsas təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, həm-təşkilatçıları Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin (UNOOSA) nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitəsi (ICG), Elm üzrə Beynəlxalq Şuranın nəzdində (İCSU) Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitə (SCOSTEP), Beynəlxalq “Kosmik Hava Təşəbbüsü” Proqramı, “Azərkosmos” ASC və Milli Aviasiya Akademiyasıdır. “Azərsun Holdinq” və Tusi-Bohm Planetarium tədbirin yerli sponsorlarındandır.
Tədbirdə NASA, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzindən, Amerika Katolik Universitetindən, Massaçutes Texnologiya İnstitutunun Haystak Rəsədxanasından (ABŞ), Avstriya, İtaliya, Fransa, Xorvatiya, Rusiya, İngiltərə, Avropa Komissiyasından, həmçinin Azərbaycanın akademik və təhsil qurumlarından (akademik R.Z.Saqdeyev, MAA, AMEA, “AzərKosmos” ASC və b.) tanınmış alim və mütəxəssislər plenar və öyrədici məruzələrlə çıxış edəcək. Mühazirəçi və dinləyicilər sırasında Azərbaycanla yanaşı, dünyanın 22 ölkəsinin nümayəndələri də iştirak edir.
Tədbir üçün Elmin İnkişafı Fondu tərəfindən xüsusi internet səhifəsi də hazırlanıb: http://www.sdf.gov.az/conferences/iswischool2018/.
Bu səviyyəli sonuncu tədbir Azərbaycanda təqribən 10 il bundan qabaq keçirilib.
Tədbir çərçivəsində “Azərkosmos” ASC, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Milli Aviasiya Akademiyasında elmi-təcrübə sessiyaları da keçiriləcək.
“Pullman Bakı” hotelində başlayan tədbiri Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq beynəlxalq məktəbin məqsəd və vəzifələrindən, beynəlxalq əməkdaşlığın perspektivlərindən danışıb, statistik məlumatları səsləndirib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, ABŞ Merilənd Universitetinin fəxri professoru, MAA və ADA universitetinin professoru, akademik Roald Saqdeyev, NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzinin aparıcı alimi, Elm üzrə Beynəlxalq Şuranın (İCSU) nəzdində Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin (SCOSTEP) prezidenti və Beynəlxalq Kosmik Hava Təşəbbüsü Proqramının icraçı direktoru Nat Qopalsvami də çıxış ediblər.

Əvvəlki yazı

Statistika Komitəsi feysbuka etiraz edir – İşsizlik

Sonrakı yazı

Nura Oksanaya savaş açdı – “Siz xəstəsiz?

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.