14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elmin İnkişafı Fondu “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu”mövzusunda konfrans keçirir

10 Dekabr 2018, 19:02
Cəmiyyət
A A
Elmin İnkişafı Fondu “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu”mövzusunda konfrans keçirir

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı öz işinə başlayıb. Beynəlxalq konfrans Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsi çərçivəsində (Layihə rəhbəri: Ülviyyə Qəhrəmanlı, “Gənclər Turizmi” İB) keçirilir. Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfransda Azərbaycanla yanaşı, 5 ölkənin (İran, Ukrayna, Gürcüstan, Türkiyə və Belarus) gənc mütəxəssisləri iştirak edir. Konfransın keçirilməsində məqsəd sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimləri, tədqiqatçıları bir araya gətirmək, onların təcrübələrini, yeni ideya və elmi nəticələrini bölüşmək üçün uyğun platforma təqdim etməkdir. Tədbirin açılışında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ölkədə elmin inkişafı istiqamətində görülən işlər, Fond tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Elçin Babayev vurğulayıb ki, bütün dünyada sağlamlıq turizminə maraq ildən-ilə artır. Azərbaycanın bu sahədə böyük potensialının olduğunu deyən icraçı direktor qeyd edib ki, sağlamlıq turizminə dair beynəlxalq təcrübənin və yeni yanaşmaların öyrənilməsi vacibdir. Dünya təcrübəsi ilə yanaşı, yerli özəlliklər də nəzərə alınmalıdır. Elçin Babayev sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimlərin təcrübə mübadiləsinin faydalı olacağına əminliyini bildirib. Konfransda həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, “Abşeron Otel Qrup”un Gəlirlər və Biznesin İdarə edilməsi üzrə qrup direktoru Bahar Qəniyeva, Layihə rəhbəri, “Gənclər Turizmi” İctimai Birliyinin sədri Ülviyyə Qəhrəmanlı, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və Qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov, Türkiyənin SALUSS Sağlamlıq Turizmi Assosiasiyasından Selahittin Ay, “Millennium Tourism” şirkətinin baş icraçı direktoru və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev çıxış ediblər. Konfransda “Sağlamlıq turizmi qeyri-neft sektorunun inkişafında aparıcı istiqamət kimi”, “Dünyanın tibbi və sağlamlıq turizmi, sağlamlıq və müalicə turizmində yeni tendensiyalar”, “Sağlamlıq turizmində xəstəxana və mərkəzlərin rolu”, “Tibbi və sağlamlıq turizmi üçün təyinatlar”, “Sağlamlıq turizmində marketinq strategiyaları: uğur hekayələri”, “Sağlamlıq və müalicə turizmində insan resurslarının problemləri və imkanları”, “Qonaqpərvərlik sənayesində sağlamlıq və müalicə turizminin əhəmiyyəti” mövzularında müzakirələr dinləniləcək. Dekabrın 12-dək davam edəcək konfransın sonuncu günü gənc alimlər Naftalanda təcrübə keçəcəklər.

Əvvəlki yazı

İqtisadçı Rövşən Ağayev:”Son 30 ildə pensiya alanların sayı ən aşağı həddə enib”

Sonrakı yazı

Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə…”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.