“Elmar Vəliyev hazırda həkim nəzarəti altında olduğundan onu dindirə bilməmişik. Hadisə ilə bağlı hələlik hər hansı bir versiya üzərində dayanılmır. Dindirmədən sonra bəlli olacaq”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Gəncə şəhər prokuroru Fazil Həsənəliyev icra başçısına sui-qəsd cinayəti barədə danışarkən deyib.
Prokurorun sözlərinə görə, cinayət işi açılıb, əməliyyat istintaq tədbirləri davam edir:“Bu barədə ictimaiyyətə Baş Prokurorluqdan məlumat veriləcək”.