12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Elmar Məmmədyarov danışanda adama elə gəlir ki, ermənilərin yanında gözükölgəliyi var” – İTTİHAM

15 Avqust 2019, 13:59
Cəmiyyət
A A
“Elmar Məmmədyarov danışanda adama elə gəlir ki, ermənilərin yanında gözükölgəliyi var” – İTTİHAM

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Rusiyaya nota verib. Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb . Forum çərçivəsində Ermənistanın Rusiyadakı Səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib .

Bununla bağlı Sabir Rüstəmov Səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və Səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, Səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlayıb. Bundan əlavə, Səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

Bu barədə fikirlərini Günpress.az-la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, bu gün Azərbaycanın xarici siyasətinin başında duran şəxs dişsiz, bacarıqsız bir adamdır. Onun sözlərinə görə, bu səriştəsizlik nəticəsində xarici siyasətimiz də bərbad gündədir:
“Elmar Məmmədyarov təyyarədə kofe içə-içə bu ölkədən o ölkəyə uçur. Ona heç maraqlı da deyil ki, Qarabağın taleyi necə olacaq. Elmar Məmmədyarov, Hikmət Hacıyev danışanda adama elə gəlir ki, bunların ermənilərin yanında gözükölgəliyi var. Belə olan halda, onların sığındıqları, ordan, medal aldıqları Rusiya da Azərbaycana qarşı bu cür mövqe sərgiləyəcək. Azərbaycanın torpaqlarını alıb ermənilərə veriblər. Ermənilər də Rusiyanın razılığı ilə təxribat edir. Paşinyan özbaşına demir ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir. Bütün bunlar ona görə baş verir ki, Azərbaycanın xarici siyasəti ölü vəziyyətdədir. Digər tərəfdən, Azərbaycan xalqının hər şeyə biganəliyi, etinasızlığı belə bir vəziyyətin davam etməsinə imkan verir. Adlarını müxalifət qoyanlar – Əli Kərimli, Cəmil Həsənli, Arıf Hacılı kimilərin isə səsi çıxmır. Çünki xaricdəki havadarlarından öhdəçilik götürüblər. Azərbaycana qarşı bu qədər haqsızlıq olur, niyə səsləri çıxmır? Bunun bir səbəbi var. Bu adamlar şəxsi maraqlarını güdürlər. Avropadan tapşırıq gəlməyənə qədər hərəkətə keçmirlər”.

Müsahibimiz onu da vurğulayıb ki, bu gün Rusiya açıq-aşkar Azərbaycana xəyanət edir. Onun sözlərinə görə, Rusiya indiyə qədər Azərbaycan rəhbərliyinə yalançı məhəbbət göstərib:
“Bu dövlər ərzində Rusiya Azərbaycanı həqiqi müttəfiq bilsəydi, Qarabağ məsələsi bir günə həll olunardı. Hesab edirəm ki, Azərbaycan xalqının iradəsi ortada olmalıdır. Ermənilər də görməlidir ki, xalq ayağa qalxıb öz torpağını azad etmək istəyir. Ordumuz da güclüdür, iradə olsa, Ermənistanı məğlub edərik. Bunun üçün milli qüvvələr bir araya gəlməlidir. Hər kəs vahid mövqe ifadə etməlidir, Ali Baş Komandanla bir yerdə olmalıdır. Biz gücümüzü ortaya qoysaq, nəyəsə nail ola biləcəyik. Yox əgər yenə də pərən-pərən düşsək, itkilərimiz çox olacaq. 26 ildir aparılan danışıqlar nəticəsidir. Deməli, bir yol qalıb, onu seçib torpaqlarımız azad etməliyik” -deyə H.Hacıyev fikrini tamamlayıb.

Əvvəlki yazı

Cavid Qurbanovun müavini Çexiyadakı şirkətini bağladı – Fakt

Sonrakı yazı

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb –Təhsil naziri əmr imzaladı

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.