03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ELMAN RÜSTƏMOVUN BİZNESİ NİYƏ “ÇAT VERİR”? – “Bank Respublika” almanlardan 10 milyon istəyir…

15 May 2018, 09:31
Araşdırma
A A
ELMAN RÜSTƏMOVUN BİZNESİ NİYƏ “ÇAT VERİR”? – “Bank Respublika” almanlardan 10 milyon istəyir…

İqtisadiyyatımızın heç cür sabit relslər üzərinə düşə bilməməsi, inhisarçılığın hələ də tüğyan etməsi və digər neqativ tendensiyaların mövcudluğu ölkədəki məmur oliqarxiyasının “uğurları” siyahısına daxildir. Strateji pozisiyalardan olan bank sektoru da bu eybəcər mühitin “əsərlərindən” sayıla bilər. Hansı bankı tərpətsəniz, arxasından hamımızın tanıdığı simalar çıxacaq. Ancaq rəsmi olaraq, bu bankların həmin məmurlarla hər hansı bağlantısını tapmaq çox vaxt mümkünsüz olur. Necə ki, “Bank Respublika”nın Elman Rüstəmova aid olduğu barədə uzun müddət mətbuatda yazılar getsə də, bunun rəsmi təsdiqi yoxdur…

Əldə etdiyimiz məlumata görə, “Bank Respublika” da ümumilikdə bank sektorunu bürümüş tənəzzüldən kənarda qala bilməyib və bankın təcili olaraq, 20 milyon manata ehtiyacı yaranıb ki, bu da nizamnamə kapitalının artırılması ilə bağlıdır. Bankın E.Rüstəmova aid olduğuna çoxlarının şübhəsi olmasa da, rəsmi olaraq, onun səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləri sayılır.

 Almanlarla xeyli müddətdir davam edən danışıqlar bir nəticə vermir

1483618779_respublika333

Siyahıdan göründüyü kimi, səhmdarlar arasında alman şirkəti də var və bizdə olan məlumata görə, sözügedən məbləğin 10 milyonu bankın gerçək “xozeyin”i tərəfindən tapılsa da, qalan 10 milyonu üçün almanlara müraciət edilib. Ancaq nədənsə alman şirkəti həmin məbləği ödəməkdə tərəddüd edir və bank rəhbərliyi heç cür avropalılardan müsbət cavab  ala bilmir. Bu isə “Bank Respublika”nı qeyri-müəyyən, onun sahibini isə diskomfort duruma salıb. Almanlarla xeyli müddətdir davam edən danışıqlar bir nəticə vermir və bu da onsuz da durumu birmənalı olmayan bankı daha da çətinə salır.

Yeri gəlmişkən qeyd edək ki, bir müddət əvvəl bankın idarəçiliyində kadr dəyişiklikləri olub  və rəhbərliyə əvvəllər “AccesBank”da çalışmış mütəxəssislər gətirilib. Nəticədə personal sayı və əmək haqları da artırılıb ki, bu da bankın xərclərini biraz da artırıb. Ancaq bizdə olan məlumata görə, buna baxmayaraq, sözügedən bank ilin birinci rübünü gəlirlə qapada bilib. Lakin gəlirliliyi davamlı etmək üçün yuxarıda deyildiyi kimi, ən azı əlavə 20 milyona mütləq ehtiyac var.

“Bank Respublika” ilə “Rabitəbank”ın sevdası niyə baş tutmur?

Bank sektorundakı mənbələrimiz deyir ki, vəziyyətdən çıxış yolu kimi, “Bank Respublika”nın “Rabitəbank”la birləşməsi variantı da nəzərdən keçirilir. Lakin burada da kompromisə gəlmək müşkül görünür. Belə ki, “Rabitəbank” maliyyə baxımından kifayət qədər dayanıqlı olsa da, müştəri və əməliyyat sayı sarıdan “Bank Respublika”nın daha üstün olduğu bildirilir. Deməli, pul  “Rabitəbank”da, gəlirli bank əməliyyatları isə “Bank Respublika”dadır. Deyilənə görə, elə razılığa gəlməyən də baş bankirin olduğu iddia edilən bankdır. Nəticədə sözügedən bank müstəqilliyini saxlamaq istəyindən və əməliyyatlardan daxil olan gəlirləri bölüşməmək fikrindən vaz keçmək istəməsə də, pul tapmaqda çətinlik çəkir.

Məntiqlə patronu baş bankir olduğu deyilən bir bank üçün 20 milyon böyük məbləğ sayılmamalıdır. Lakin son zamanlar mətbuatda E.Rüstəmov barədə yazılanlara diqqət yetirsək, maliyyə sıxıntısının səbəbləri aydınlaşar. Belə ki, hələ birinci devalvasiyadan bir neçə həftə öncə E.Rüstəmovun Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyduğu iddia edilir ki, bu da o vaxtkı məzənnə ilə təxminən 1 milyard dollar təşkil edir. Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün “Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. İndi ola bilməz ki, bu vəsaitin hesabı sorulmasın…

rabitebank

Bundan əlavə, yenə mətbuatda E.Rüstəmova aid olduğu deyilən  “Subaru”, “Honda”, “Mitsubishi” kimi nəhənglərin Azərbaycanda təmsilçiliyi, eləcə də “Səba” ASC, Bakı İnvest Holdinq”, “Bakı Sığorta” kimi şirkətlərin də durumu o qədər ürəkaçan deyil. Bütün bunları üst-üstə gəldikdə maddi sıxıntının səbəbləri barədə müəyyən təsəvvür yaranar.

Digər bir iddiaya görə isə E.Rüstəmovun Gürcüstandakı tikinti biznesinə Neft Fondunun rəhbəri Şahmar Mövsumovun qardaşı Şahin Mövsumov da şərikdir.Bildirilir ki, E.Rüstəmovun kadrı sayılan Ş.Mövsumovun qardaşı ortaqlıq üçün ortaya 100 milyon dollar qoyub. Bu vəsait isə artıq ləğv olunan “Bank Standard”dan girovsuz (!) götürülüb və geri qaytarılmayıb. Və maraqlıdır ki,  bütün bu 100 milyonlarla dollarlıq iddialarla bağlı sözügedən şəxslər tərəfindən heç bir rəsmi açıqlama verilmir.

208636_src

Göründüyü kimi, bir-bir müflisləşən və zərəri dövlətə ödətdirilən bankların yüz milyonları havada uçuşur. Bank sektorunun vəziyyəti isə düzəlmir ki, düzəlmir və hətta baş bankirin belə adı müxtəlif çirkli maxinasiyalarda hallanırsa, bu gedişlə düzələn də deyil…

Cəlal
AzPolitika.info

Əvvəlki yazı

Prezident İlham Əliyevin bacısı oğluna vəzifə verildi

Sonrakı yazı

Sumqayıtda ağır qəza – Yol polisi ölüb, daha iki nəfər yaralanıb

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.