14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elman Rüstəmovdan manatla bağlı açıqlama: “Pula olan tələb…”

26 Yanvar 2019, 23:18
Cəmiyyət
A A
Elman Rüstəmovdan manatla bağlı açıqlama: “Pula olan tələb…”

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2018-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.

XəzərXəbər bu barədə AMB-yə istinadən xəbər yayıb.

Məlumata görə, qurumun struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqitisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair qaldırdığı məsələləri çıxışında önə çəkən E.Rüstəmov bildirib ki, Möhtərəm Prezidentin rəhbərliyi altında 2018-ci ildə ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. İnflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşmiş, iqtisadi artım davam etmiş, milli valyutanın məzənnəsi dayanıqlı olub, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.

E.Rüstəmov qeyd edib ki, AMB-nin 2018-ci ilin yekunlarına həsr olunmuş toplantısının əsas məqsədi həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə cənab Prezidentin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirməkdir. O, vurğulayıb ki, 2018-ci ildə AMB-nin həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlib. 2018-ci ildə inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib. 2018-ci ildə in orta illik inflyasiya 2,3% təşkil edib. Dövr ərzində inflyasiyaya azaldıcı təsir edən başlıca amillər manatın məzənnəsinin dayanıqlığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması olub. Həyata keçirilən effektiv pul-məzənnə siyasəti ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin, habelə bəzi inzibati qiymətlərin yüksəldilməsinin qiymətlərə artırıcı təsirini neytrallaşdırıb.

2018-ci ildə makroiqtisadi sabitlik ölkədə iqtisadi artıma şərait yaradıb. İqtisadi artım pozitiv zonada qalmaqda davam edib. Ümumi Daxili Məhsul (ÜDM) real olaraq 1,4%, o cümlədən qeyri-neft sektorunda 1,8% artıb. Qeyr-neft sənayesi daha yüksək artım nümayiş etdirib ki, bu da ölkədə sənayeləşmənin sürətləndiyini, qeyri-neft sektorunun artımında ticari sektorun rolunun artdığını göstərir. İqtisadi artım xarici tələb və daxili tələbin istehlak və dövlət tələbi komponentləri ilə dəstəklənib.

2018-ci ilin 9 ayında cari əməliyyatlar balansında 5,1 mlrd. ABŞ dolları və yaxud ÜDM-in 15%-i səviyyəsində profisit yaranıb ki, bu da kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtmüş və ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb.

2018-ci ilin əvvəlinə nəzərən strateji valyuta ehtiyatları 6,5% artaraq ilin sonuna 45 mlrd. ABŞ dollarına yaxın olub, AMB-nin rəsmi valyuta ehtiyatları isə 5,5% artaraq 5,6 mlrd. ABŞ dolları təşkil edib.

Manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Valyuta bazarında təklif kanallarının artmasını şərtləndirən mühüm amil Prezidentin müəyyən etdiyi iqtisadi inkişaf kursuna uyğun olaraq ölkədə qeyri-neft sektorunun şaxələnməsi, ixracat potensialının artırılması olub.

Ümumilkdə xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edib.

2018-ci ildə pul təklifinin dəyişimi makroiqtisadi sabitlik hədəflərinin reallaşdırılması ilə iqtisadiyyatın likvidliyə olan tələbinin ödənilməsi arasında optimal balansı təmin edib. Manatla pul bazası 11,7% artmışdır. Pul təklifinin de-dollarlaşması prosesi davam edib.

E.Rüstəmov çıxışında qeyd edib ki, pul siyasəti alətləri inflyasiya, inflyasiya gözləntiləri, pul təklifi üzrə hədəflər, maliyyə bazarlarında proseslər, habelə pul siyasətinin transmissiyasının xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib.

AMB 2018-ci ildə son makroiqtisadi prosesləri və yenilənmiş proqnozları nəzərə almaqla özünün likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrlərinə zəruri korreksiyalar edib. İlin əvvəlindən faiz dəhlizinin parametrləri bir neçə dəfə dəyişdirilib uçot dərəcəsi mərhələlərlə 15%-dən 9,75%-ə endirilib.

Dövr ərzində iqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə AMB müxtəlif müddətli açıq bazar əməliyyatlarını aktivləşdirib.

Həmçinin bildirilib ki, monetar idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilən pul siyasətinin effektiv kommunikasiyası xüsusi diqqətdə saxlanılıb. AMB-nin hər bir siyasət qərarı ilə bağlı press-relizlər müvafiq analitik şərhlərlə dərc edilib, eyni zamanda media üçün geniş mətbuat konfransları keçirilib. Qeyd olunub ki, faiz dəhlizinin parametrlərinə dair qrafik əsaslı pul siyasəti qərarlarının verilməsi, eyni zamanda geniş mətbuat konfransları, eləcə də müasir kommunikasiya kanalları vasitəsilə həmin qərarların ictimaiyyətə açıqlanan təqvim əsasında kommunikasiyasının təşkili rejiminə keçilib.

Sonra E.Rüstəmov vurğulayıb ki, AMB öz fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş digər funksional istiqamətlərində də vəzifələrin yerinə yetirilməsini təmin etməklə ölkəmizin hərtərəfli inkişafına zəruri dəstək verib.

İclasda daha sonra AMB-nin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Müzakirələrdə qeyd edilib ki, AMB-nin fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılıb, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilib, AMB-nin məqsəd və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılıb, monetar idarəetmə, onun statistik bazası daha da təkmilləşdirilib, institusional inkişaf prosesi sürətlənib, müasir elektron infrastruktura əsaslanan, fasiləsizlik prinsipi ilə işləyən və daim təkmilləşən ödəniş sistemləri fəaliyyət göstərib, kiber təhlükəsizliyin gücləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib, bütün informasiya təhlükəsizliyi sistemləri müasir virtualizasiya infrastrukturuna miqrasiya edilib.

İqtisadiyyatın nağd pula tələbatı tam təmin edilib, yeni pul nişanı və xatirə pul nişanları tədavülə buraxılıb, nağd pul dövriyyəsinin idarə olunması daha da təkmilləşib, insan resurslarının inkişafına diqqət artırılıb, cəmiyyətdə iqtisadi maarifləndirmə üzrə geniş iş aparılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.

Hesabat ilində bütün istiqamətlər üzrə vəzifələrin mütərəqqi beynəlxalq təcrübəyə uyğun reallaşması üçün AMB-də xarici əlaqələr və beynəlxalq əməkdaşlıq gücləndirilib, texniki yardım imkanları aktiv dəyərləndirilib, prioritet əsaslı texniki yardım cəlb edilib.

Əvvəlki yazı

Eldar Əzizovla Vüsal Kərimlinin parkinq DAVASI – Qanunları pozan KİMDİR?..

Sonrakı yazı

Bu şəxslərə ŞAD XƏBƏR – Maaşlar 50 faiz artırılır – SƏRƏNCAM

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.