13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“ELMAN RÜSTƏMOVUN ÇIXIŞLARINI O YAZIRDI, SONRA…” – Aslanlının maraqlı keçmişi

11 Yanvar 2019, 20:47
Uncategorized
A A
“ELMAN RÜSTƏMOVUN ÇIXIŞLARINI O YAZIRDI, SONRA…” – Aslanlının maraqlı keçmişi

“Rüfət Aslanlının rəhbərlik etdiyi departament ən yağlı yer hesab olunurdu”

Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində ölkə mətbuatında məlumatlar bir-birini əvəz etməkdədir. Son yayılan məlumatda Rüfət Aslanlının barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət olunduğu yer alır. Türkiyə Respublikasının “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan iddia edir ki, Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada quraşdırılmış avadanlıqlara görə yaranmış borcunu vermir.

Rüfət Aslanlının “qara zolağa” çıxaran səbəblərlə bağlı vaxtilə onunla Mərkəzi Bankda çalışmış Əkrəm Həsənovla söhbətləşdik.

Ə.Həsənov musavat.com-a deyib ki, sabiq sədr olduqca savadlı, öz işini bilən, səriştəli kadrdır: “Onun milyonçu qohumları, valideynləri olmayıb. Hamı bilir ki, kasıbçılıqdan gəlib öz savadı ilə qalxanlardandır. Rüfət Aslanlı əmək fəaliyyətinə 90-cı illərdə bank sektorunda başlayıb. Sonra Mərkəzi Bankda işə götürülüb. Onu adi mütəxəssis kimi işə götürüblər. Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentində adi bir mütəxəssis kimi işə başlayıb, tədricən şöbə müdiri, çalışdığı departamentin direktoru oldu. 2001-ci ildə Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilib”.

rufet aƏ.Həsənov deyib ki, Rüfət Aslanlıya vəzifə irəliləyişində dəstək verən olmayıb: “Rüfət Aslanlı Azərbaycanda bank-maliyyə sahəsində olan ən savadlı kadrlardan biridir. 2000-ci ilin əvvəllərində Mərkəzi Bankda çalışanların əksəriyyəti qeyri-rəsmi deyirdi ki, Rüfət Aslanlı gələcək sədrdir. Elman Rüstəmovun sağ əli idi, onun biliyi, savadı, çox yaxşı yazı, əsaslandırma qabiliyyəti vardı. 2007-ci ilə qədər Mərkəzi Bankda çalışdı, həmin dövrdə bankın bütün vacib sənədləri, bəyanatları, tədqiqatları, Elman Rüstəmovun çıxışlarını da o yazırdı. Rüfət Aslanlı Mərkəzi Bankdan gedəndən sonra orada iş keyfiyyəti aşağı düşdü. Həmin il Rüfət Aslanlı Qiymətli Kağızlar Komitəsinin sədri vəzifəsinə təyinat aldı. Formal olaraq yüksəlişə getdi. Amma haradasa Elman Rüstəmov da maraqlı idi onun gedişində. Çünki onu özünə güclü rəqib görürdü. Rüfət Aslanlının ambisiyaları çox böyük idi. Biz Mərkəzi Bankda çalışanda o, bankın Tender Komissiyasının sədri, mən katibi idim. Mərkəzi Bank üçün nə alınırdısa, həmin komissiyadan keçirdi. Ədalətli idi, korrupsiyaya yol vermirdi. 2004-cü ildə Mərkəzi Bankın binasının sığortalanmasına dair tender oldu. Hər il binanı ”Başak İnam” sığorta şirkəti sığortalayırdı. Çünki həmin şirkət rəhbərliyi ilə Elman Rüstəmovun yaxınlığı vardı. Həmin il tenderdə bir neçə şirkət iştirak etmişdi. Komissiya tenderdə iştirak etmiş şirkətlərin təklifləri olan konvertləri açanda məlum oldu ki, ən aşağı qiyməti elə “Başak İnam” sığorta şirkəti təklif edib. Amma sığortalama ilə bağlı tenderin bütün şərtlərinə “Başak İnam” riayət etməmişdi. Qiymətə görə 2-ci yerdə isə “M-bask” sığorta şirkəti idi. “Başak İnam”a dedik ki, sizin şərtlər tam deyil, siz həmin şərtləri təsdiqləyirsiz? Özlərindən razı halda dedilər ki, təsdiqləyirik. Düşünürdülər ki, qalibdirlər. Rüfət Aslanlı ədalətli qərar verdi və “M-bask”ı qalib elan etdi. Yəni o vaxt Rüfət Aslanlı faktiki olaraq Elman Rüstəmovla kəllə-kəlləyə gəldi. Onun Qiymətli Kağızlar Komitəsinə getməyini şərtləndirən belə məsələlər idi”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Ə.Həsənovdan Rüfət Aslanlı Mərkəzi Bankda çalışan illərdə əmək haqqının nə qədər olduğunu da xəbər aldıq. Cavabı belə oldu: “O dövrdə İdarə Heyəti üzvləri maksimum 3 min manat alırdılar. Sonradan 5-6 min manata qədər artdı. Qiymətli Kağızlar Komitəsində isə sədrin əmək haqqı maksimum 1500 manat olardı. 2007-ci ildən 2016-cı ilə qədər Rüfət Aslanlı orada çalışdı. Həmin il Qiymətli Kağızlar Komitəsinin bazasında Maliyyə Bazarlarına Nəzarət Palatası yarandı və oranın rəhbəri oldu. Həmin vəzifədə 1 il qaldı və 65 min manat əmək haqqını da həmin 1 il ərzində aldı. Ümumilikdə o vəzifədə 2 il yarım işlədi”.

Ə.Həsənov Rüfət Aslanlının biznesi haqda suala belə cavab verib: “Münasibətimiz rəsmi idi, amma o vaxtlar hamı deyirdi ki, kifayət qədər imkanlı insandır. Həmişə bahalı avtomobillərdə gəzir, bahalı kostyumlar geyinirdi. Mərkəzi Bankda ən çox işləyən də o idi. Amma bununla belə, rəsmi gəlirlərlə mətbuatda yazıldığı kimi villa, hotel, qəsr almaq əlbəttə ki, mümkün deyil. Onun biznesi də olmamış deyil. Onun qardaşı Fuad Aslanlı Avrasiya Bankının rəhbəridir. Hətta deyirdilər ki, həmin bank da onundur”.

Müsahibimiz dedi ki, Qiymətli Kağızlar Komitəsində korrupsiya üçün elə bir şərait olmayıb: “Komitədə xırda-xuruş nəsə ola bilərdi, amma orada böyük, ciddi korrupsiyaya şərait yox idi. Rüfət Aslanlı həmişə maraqlı idi ki, komitə maliyyə nəzarəti orqanına çevrilsin. 2016-cı ildə belə də oldu, Rüfət Aslanlı dar çərçivədən çıxa bildi, amma korrupsiyaya qurban getdi. Rüfət Aslanlının ambisiyaları böyükdür və bunu gizlətmir. O var-dövlətini gözə soxmağı xoşlayır”.

Ə.Həsənov dedi ki, Rüfət Aslanlının son iş yerində korrupsiya imkanları bəs deyincədir: “Mərkəzi Bankda həmişə yüksək əmək haqqı olub və aşağı səviyyədə, məişət korrupsiyası olmayıb. Orada Hüquq Departamentində şöbə müdiri işləmişəm. Həmin illərdə əksəriyyət kredit təşkilatlarının fəaliyyətinə nəzarət edən departamentdə işləməyə can atırdı. Çünki Rüfət Aslanlının rəhbərlik etdiyi departament ən yağlı yer hesab olunurdu. Bayramlarda departamentin adi işçilərinə belə banklardan hədiyyələr, paketlər və s. gəlirdi. Bu söhbətlər vardı. Hamı deyirdi ki, heyf deyil həmin departament. Təkcə banklar deyildi, bank olmayan kredit təşkilatları, sığorta təşkilatlarına nəzarət də həmin departamentdə idi. Rüfət Aslanlının ”vurulması”nın kökündə hesab edirəm ki, dayanan əsas amil onun ambisiyalarıdır”.

Əvvəlki yazı

Əsgərlikdən təzə gələn gənci qanına qəltan etdilər – Bakıda cinayət

Sonrakı yazı

Prezident 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.