12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elina dərsliyi: femidanı “zorlayan” hakim kimləri məmnun etdi?

28 Oktyabr 2019, 00:36
Manşet, Banner
A A
Elina dərsliyi: femidanı “zorlayan” hakim kimləri məmnun etdi?

 

Bu hakimin üzünü yaddaşınızın bir yerində saxlayın. O, Azər Tağıyevdir. Səbayel Rayon Məhkəməsinin hakimidir. 1981 təvəllüddür. Çox güman ki, həm də gənc atadır.

Reportyor.info xəbər verir ki, A.Tağıyev ötən həftə femidanı hamının və tarixin gözü qarşısında açıq şəkildə “zorladı”, qanunun aliliyinə ən ali zirvədən tüpürdü.

Bəli, cənab hakim ədalətdən uzaq, ətalətə yaxın qərar verdi: O, məsum qızcığaz, günahsız bir mələk, yaşı boyda olan arzuları özü ilə dəfn edilən məktəbli Elina Hacıyevanın intihar işi üzrə 162 saylı orta məktəbin hadisədən sonra qovulan, təhsilə aidiyyatı olmayan direktoru Sevinc Abbasovaya cəmi 2 il, 2 ay, 14 gün azadlığın məhdudlaşdırılması cəzası verdi. Bu, həbs deyildi, azadlığın məhdudlaşdırılmasıydı.

Dərsliyə salınacaq bu tarixi məhkəmə hökmünə çoxları şərik oldu: nə başçı müavini Xalidə Bayramova barədə ölçü götürüldü, nə S.Abbasovaya layiqli cəza verildi…

S.Abbasova Elinanın pozğun ailənin uşağı adlandırmışdı. X.Bayramova isə o vəziyyətdə uşağın ifadəsini alaraq videoya çəkmişdi. Hər ikisi ana olan bu şəxslər Elinanın ölüm işi üzrə ata olan bir hakimin sayəsində xilas oldular.

Bəli, Elinanın problemləri olub. Hətta başqa şagirdlərdən fərqlənə, seçilə də bilər. Ailəsində hansısa nöqsanlar, övlada qarşı diqqətsizlik, nəvaziş azlığı da ola bilər. Bütün bunlar əsas vermirdi ki, Elinanı intihara təhrik edəcək vəziyyətə qədər biganəlik göstərilsin.

Məktəb rəhbərliyi bu problemləri həll etməyib. Hətta qız həyatının son dəqiqələrində də qayğı görməyib. Bu nə dərəcədə insanlığa, mənəviyyata sığır?

Sanki direktor ona nifrət edirmiş. Üstəlik, X.Bayramovanın həmin an orada nə işi varıydı? Niyə təcili yardım olunmayıb? Video çəkiliş daha vacib idi yoxsa Elinanı həyata qaytarmaq?

Bütün bu suallar açıq qaldı, başçı müavini cəzalandırılmadı, direktora isə onu məmnun edən hökm oxundu.

S.Abbasova özü də hökmdən razı qaldığını bildirmişdi. Əlbəttə razı qalacaq, A.Tağıyev onun ürəyincə olan şəkildə işə baxdı.

Burada söhbət qanundan, ədalətdən, məhkəmənin obyektivliyindən gedir, Elinanın şəxsi keyfiyyətlərindən, ailəsindəki problemlərdən getmir.

Bu hadisə Azərbaycan məhkəmələrinin müstəqil olmadığını bir daha sübut etdi. Bir daha cəmiyyətə nümayiş etdirildi ki, vətəndaşlar müdafiəsizdirlər, hakimlər sifarişli qərarlar çıxarmaqdan imtina etmək cəsarətinə malik deyillər.

Hətta balaca qızcığaz Elinanın ölüm işində belə ədalətli ola bilmədilər. Hətta bir məktəb direktorunu və başçı müavinini cəzalandıra bilmədilər.

Hətta, hətta, hətta…

Elinanın anası Sevil Hüseynova deyir ki, qızının incidilməsiylə bağlı dəfələrlə məktəb direktoruna şikayət edib, amma ölçü götürməyib.

Və buyurun – Elina divanda uzanıb, üstünə alabəzək bir örtük atılıb. Kadr arxasındakı qadın səsi soruşur:

“Sən 162 saylı məktəbdə oxumusan. Ordakı vəziyyət, sinfiniz, direktorunuz necəydilər?”

Elina güc-bəlayla cavab verir: “Direktor mənimlə pis davranmırdı. Amma uşaqlar…”

Bu video cəmi bir neçə saniyə çəkir. Sonra məlum olacaq ki, bu çəkilişi ərazinin yeniyetmələrlə iş komissiyasının sədri Xalidə Bayramova reallaşdırıb.

Bundan cəmiyyət növbəti dərsi götürdü: məhkəmələr azad deyil, qanunlar maraqlara xidmət edir, cinayət yüngül hökmlə ört-basdır edilir. Faciənin sonu!!!

 

İlqar Mətin, Reportyor.info üçün…

Əvvəlki yazı

“Ovçular” kolbasası haqda iddialar səhv çıxdı

Sonrakı yazı

Gömrükdə 10 gündür toxumluq kartof buraxılmır – Video

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.