Bu gündən etibarən icaze.e-gov.az portalından alınan bütün elektron icazələr silinib.
“Reportyor.info” xəbər verir ki, fəaliyyətinə icazə verilmiş bir sıra sahələrdə çalışan insanlar portaldan qeydiyyatdan keçmək istəsələr də, problemlə üzləşiblər. Onların iddiasına görə, sistem daxil edilən məlumatları tanımır.
Bu da, əsaslı şəkildə ciddi narazılıqlara gətirib çıxardıb.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bildirib ki, bununla bağlı onlara çoxlu sayda müraciətlər olub:
“Hansı icazənin qalması, hansının ləğv olunması məsələsinə İqtisadiyyat Nazirliyi baxır. Bizdə sistem ancaq İT məsələsini tənzimləyir”.