11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Eldar Mahmudovun qardaşı ilə bağlı 400 minlik qalmaqal: Nə baş verib? (TƏFƏRRÜAT)

17 İyun 2023, 14:56
Cəmiyyət
A A
Bu cərimə iki yüz manatdan dörd yüz manatadək artırılır: Mayın 1-dən qüvvəyə minəcək

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qardaşı Oqtay Mahmudov əczaçılıq fəaliyyəti ilə məşğul olan Məlahət Quliyevanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

Qaynarinfo-nun məşlumatına görə, Oqtay Mahmudovun iddiasında qeyd olunur ki, Məlahət Quliyeva ona böhtan atıb, eyni zamanda şərəf və ləyaqətini alçaldıb. Keçmiş nazirin qardaşı məhkəmədən Məlahət Quliyevanın Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmasını istəyib.

Məsələnin kökündə Məlahət Quliyevanın hüquq-mühafizə orqanlarına Oqtay Mahmudov barəsində etdiyi müraciətlər dayanır.

Məlahət Quliyeva bildirib ki, Oqtay Mahmudov ona qarşı dələduzluq edib, həmçinin MTN-nin keçmiş idarə rəisi Akif Çovdarov vasitəsi ilə ondan rüşvət alıb. Məlahət Quliyeva bildirib ki, bununla kifayətlənməyən Oqtay Mahmudov onu və iki övladını öldürəcəyini deyib:

“Oqtay Mahmudov mənə hədə-qorxu gəlirdi ki, ya mənim olmalısan, yada qara torpağın. Mənimlə münasibət qurmalısan, yoxsa səni və uşaqlarını öldürəcəm. Oqtay qardaşı ilə əlbir olaraq mənə məxsus aptekə MTN əməkdaşlarını yoxlama aparmaq adı altında göndərib. Sonra məni MTN-ə aparıb. Orada məni Akif Çovdarov qəbul edib bildirdi ki, səni tutduracam. Oqtay və Eldar mahmudovlar dedilər ki, Akif Çovdarov 15000 ABŞ dollar tələb edir, əks təqdirdə səni həbs edəcəklər. Məcbur olub həmin pulu Eldar Mahmudova verdim. Bundan sonra qara günlərim başladı. Onlar mənə bildirdilər ki, hər 6 aydan bir 15000 ABŞ dolları Akif Çovdarova pul verməlisən. Akif Çovdarov tutulana qədər hər 6 aydan bir 15000 ABŞ dolları Oqtay və Eldara pul vermək məcburiyyətində qaldım. Beləliklə, Oqtay və Eldar mahmudovlar məkrli niyyətlərini həyata keçirməklə mənə 400 000 ABŞ dolları ziyan vurublar. Oqtay və Eldarın məni aldatdıqlarını hiss edib, pulların qaytarılmasını tələb etdim. Məni və övladlarımı öldürməklə hədələdilər. Hazırda mənim və övladlarımın həyatı təhlükədə olduğu üçün sizdən xahiş edirəm ki, bizim ailəni nəzarətdə saxlayasınız. Mənə dəymiş ziyanın ödənilməsində və canımı bu dələduzlardan qurtarmaqda köməklik edəsiniz”.

Məlahət Quliyev hüquq-mühafizə orqanlarına müraciət ünvanlamaqla kifayətlənməyərək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib. Toplanmış materiallar 19-cu bölməyə göndərilib. Şikayət araşdırıldıqdan sonra cinayət işinin başlanması rədd edilib. Məlahət Quliyeva prokurorluğa şikayət edib. Prokuroluq iş materiallarını əlavə yoxlama aparılması üçün yenidən 19-cu bölməsinə göndərib. Bölmə bu dəfə də cinayət işinin başlanmasını rədd edib. Məlahət Quliyeva növbəti dəfə prokurorluğa müraciət edib. Prokurorluq da bu dəfə işi Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərib. İstintaq Şöbəsinin müstəntiqi Ramal Şahmarov müvafiq araşdırma apardıqdan sonra cinayət işinin başlanılması rədd edilib.

Bütün bunlar Oqtay Mahmudovu məhkəməyə müraciət məcburiyyətində qoyub. Çünki Məlahət Quliyevanın iddialarını böhtan hesab edir.
O, Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında ərizə ilə müraciət edib.

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılıb. Elməddin Hüseynovun qərarı ilə Oqtay Mahmudovun xüsusi ittiham qaydasında şikayətinə baxılmasından imtina edilib. Qərarda qeyd olunub ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.

Hakim qərarını Məlahət Quliyevanın yaşadığı ünvanın Nizami Rayon Məhkəməsinin yurisdiksiyasında olması ilə əsaslandırıb.

Əvvəlki yazı

Narkokuryerlik edən “Uber” və “Bolt” sürücüləri saxlanıldı

Sonrakı yazı

Tarixi Zəfərimiz gələcəyimizə işıq saçır və bütün Türk dünyasına sirayət edir

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.