12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Eldar Mahmudovun oğlunun Rusiyadan pul transferi: ABŞ kəşfiyyatı izində…

21 Sentyabr 2020, 09:48
Seçmə, Manşet
A A
Eldar Mahmudovun oğlunun Rusiyadan pul transferi: ABŞ kəşfiyyatı izində…

ABŞ Maliyyə Nazirliyinin ən qapalı strukturlarından biri olan maliyyə cinayətləri ilə mübarizə bölməsi FinCEN Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova bağlı firmaya Rusiyadan şübhəli pul köçürmələrini aşkar edib.

Virtualaz.org xəbər verir ki, söhbət milyonlarla dollardan gedir. Bu haqda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) və “BuzzFeed News” nəşrinin birgə araşdırmasında deyilir.

Jurnalistlər FinCEN-in məxfi sənədlərinə çıxış əldə ediblər və məlum olub ki, ABŞ Maliyyə kəşfiyyatı Rusiyada prezident Vladimir Putinə yaxın adamlara biznesmenlər və şirkətlər tərəfindən şübhəli pul köçürmələri edilib. İri Rusiya şirkətləri, o cümlədən dövlət şirkətləri isə xarici ölkələrin liderlərinə, yaxın adamlara pullar köçürüblər.

FinCEN sənədlərindən birinə əsasən, ABŞ Maliyyə kəşfiyyatı Eldar Mahmudovun oğluna bağlı olan offşor firmanın Rusiyanın mobil rabitə operatoru MTS-dən 2014-2015-ci illərdə milyonlarla dollar aldığını göstərir.

Araşdırmada deyilir ki, Eldar Mahmudovun ailə üzvləri onun vəzifədə olduğu dövrdə nəhəng sərvətlər əldə ediblər. Onun övladları Böyük Britaniyada, İspaniyada, İsveçrədə çoxsaylı daşınmaz əmlaka, habelə bir sıra ölkələrdə biznes aktivlərinə malikdir. Mahmudovun ailə üzvlərinin biznesi Cayman National Bankın sənədlərinin araşdırmaçı jurnalistlərin əlinə keçməsi nəticəsində üzə çıxmışdı.

Qəfildən varlanan ailənin başçısı – Eldar Mahmudov 2015-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Böyük cinayət təhqiqatı aparılıb və nəticədə onun oğlunun yaxın dostu, eyni zamanda işgüzar partnyoru barəsində beynəlxalq axtarış elan edilib. Keçmiş Milli Təhlükəsizlik nazirinin oğlunun dostu və ortağı Ayaz Kərimov “Caspian Telecommunication Ltd” adlı offşor şirkətin rəhbəri idi. Həmin şirkət Britaniya Vircin adalarında qeydiyyatdan keçib, barəsində heç bir məlumat olmasa da, tezliklə Azərbaycanın telekommunikasiya bazarında iri oyunçuya çevrilib.

Jurnalistlər araşdırıblar ki, həmin offşor şirkətin əsl sahibi Anar Mahmudov olub.

Onun biznesi isə dövlət miqyası alıb: 2015-ci ildə “Caspian Telecommunication Ltd”-nin törəmə şirkəti “Cartburg Networks Corp” Bakıda Belarusun “Beltelekom” şirkəti ilə beynəlxalq rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb. Təntənəli imza mərasimində Azərbaycanın o vaxtkı Rabitə və Yüksək Texnologiyalar naziri də iştirak edib. Mahmudovun oğlunun offşor şirkətinin törəməsi ilə Azərbaycanın bir sıra dövlət şirkətləri də müqavilələr bağlayıblar və onun razılığı olmadan Azərbaycanın telekommunikasiya bazarında işləmək mümkün deyildi.

Lakin Mahmudovun oğlunun offşor şirkəti təkcə “Beltelekom”u cəlb etməmişdi. FinCEN-in sənədlərinə əsasən, Rusiyanın telekommunikasiya nəhəngi MTS 2015-ci il noyabrın 20-dən etibarən (Mahmudov vəzifədən çıxarılandan az sonra) bir neçə köçürmə ilə “Caspian Telecommunication Ltd”-ə 5.3 milyon dollardan çox pul ödəyib. Bu köçürmələrdən cəmi bir ay sonra – 2015-ci ilin dekabrında Ayaz Kərimov barəsində cinayət işi qaldırılıb.

Şirkətin rəhbəri Ayaz Kərimov 2016-cı ildən axtarışa verilib. O, iri məbləğlərdə vəsaitin mənsimsənməsində və talanmasında ittiham olunur.

MTS şirkətindən bildiriblər ki, onların Azərbaycanda heç vaxt biznesləri olmayıb və indi də yoxdur. Ödəmələri isə 2013-cü ildə MTS-lə “Caspian Telecommunication Ltd” şirkəti arasında beynəlxalq rabitə xidmətlərinə dair imzalanmış müqavilə ilə əsaslandırıblar. Həmin müqavilə üzrə MTS-in Rusiya, Ukrayna və Ermənistandakı nömrələrinə, habelə Azərbaycandakı mobil və fiksə edilmiş nömrələrinə səs trafikinin ötürülməsi həyata keçirilib. MTS bildirib ki, müqavilə 2014-2015-ci illərdə fəaliyyətdə olub və onun çərçivəsində trafik mübadiləsinə görə hər iki tərəf ödəmələr edib.

Əvvəlki yazı

Bacısını öldürən məmur oğlu polisə təslim oldu

Sonrakı yazı

Kərəm Həsənovun bacısı falçıların tələsinə necə düşüb?

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.