10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Eldar Mahmudovun həbsdəki komandasına mesajı: “Məni satmayın!”

02 May 2018, 08:33
Gündəm
A A
Eldar Mahmudovun həbsdəki komandasına mesajı: “Məni satmayın!”

Eldar Mahmudovun komandasına daxil olan sabiq MTN-çilərin işi üzrə məhkəmə prosesləri yekunlaşdı. Bakı Hərbi Məhkəməsində keçirilən proseslərdə Eldar Mahmudovun komanda üzvlərindən yalnız biri sabiq nazirin əleyhinə tövsif oluna biləcək ifadələr verdi. Qalanları isə Eldar Mahmudovun adını çəkmədilər, onun əleyhinə 1 kəlmə belə danışmadılar.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, komanda üzvləri həbs olunandan sonra da Eldar Mahmudovun əlaqələri qalıb. Həbsdəki komanda üzvlərinə mesaj yollayan sabiq nazir onlara “məni satmayın” ismarıcı çatdırıb, ailələrinə hər cür dəstək vəd edib. Bildirib ki, onların tezliklə azadlığa çıxmaları üçün əlindən gələni edəcək. Sabiq nazirin bu mesajına, demək olar ki, 99 faiz əməl olundu. Eldar Mahmudovun generalları, onun tapşırıqlarının sözsüz icraçıları olan əlaltıları məhkəmə qarşısında adını çəkmədilər.

məhkəmə ile ilgili görsel sonucu

Beləliklə, sabiq nazir istintaqdan və məhkəmədən kənar qala bildi. Müşahidələr də göstərir ki, gələn məlumatlar  gerçəklikdir. Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, özünü qorumağı bacardı. O, həbsdə olan, azadlıqda qalan, bu gün də vəzifə daşıyan komanda üzvlərinə hələ də təsir imkanlarını saxlayır. Yazmışdıq, bir də xatırladaq ki, Eldar Mahmudov məhkəmədə sanki hakimlərlə hazırda dəmir qəfəsdə olan əlaltılarının arasında dayanmışdı.

çovdarov ile ilgili görsel sonucu

Ötənlərdə bu haqda yazdıqlarımızdan sitat: “10 iyul 2017-ci ildə Bakı Hərbi Məhkəməsində, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi, polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V.Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb. Məhkəmənin hökmü ilə V. Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib. Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib. Bundan başqa, məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib. V.Ələkbərovun məhkəməsində E.Mahmudov və M.Şıxəliyev barəsində xüsusi qərardad çıxarılandan sonra Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimləri Akif Çovdarov və digərlərinin işi üzrə prosesdə çox böyük narahatlıq keçirməyə başladılar. Səbəb isə o idi ki, Akif Çovdarov aylardır davam edən sükutu pozub aksenti dəyişmişdi. O, üstüörtülü, işarəli, göz-qaşlı, şəhadət barmağını yuxarı qaldıraraq fikirlərini izah etmək taktikasını hər şeyi olduğu kimi çılpaqlığı ilə danışmaq taktikasına güzəştə getmişdi. Dedikləri də bir anın içində günün 1 nömrəli mövzusuna çevrilib hakimiyyəti silkələdi”.

Yəni komandası Eldar Mahmudovun barəsindəki xüsusi qərardada bu şəkildə təpki belə verməkdən çəkinmədi.

Eldar Mahmudov üçün “Axilles dabanı”na çevrilən yalnız MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev oldu.

Bakı Hərbi Məhkəməsində Elçin Quliyevin və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin işi üzrə keçirilən proseslər zamanı mərkəz rəhbəri sabiq rəhbərinə qarşı istifadə edilə biləcək ifadələr işlədirdi. Lakin həmin ifadələr üzrə araşdırmalar aparılıb konkret nəticəyə gəlinmədi. Elçin Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edildilər. Bundan öncə nazirliyin Nəqliyyat və Energetika sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov və 3 işçisinin, İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun və Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərovun ayrı-ayrılıqda məhkəmələri keçirilmişdi. Aralarında daha 3 MTN generalının da olduğu, 12 nəfərin mühakiməsi də bir müddət əvvəl sona çatdı. Elçin Quliyevdən savayı sabiq nazirin komanda üzvlərindən kimsə əleyhinə danışmadı. Ötən ilin noyabrında həbs olunan sabiq MTN-çi, Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudovun onun əleyhinə ifadə verdiyi bildirilsə də, sonradan bu məlumat təsdiqini tapmadı. Vüqar Mahmudov bu gün də istintaq altındadır.

Ümumilikdə isə 2015-ci il oktyabrın 17-də MTN-dəki əməliyyatla başlayan həbslər, istintaq və məhkəmə prosesləri Eldar Mahmudovun bir addımlığına qədər uzansa da, bu günə qədər onun həbsi ilə nəticələnməyib. Ona 2015-ci ilin oktyabrından – işdən çıxarılandan sonra dəymirdilər. İstintaqa çağırıb dindirmirdilər. 2017-ci ilin noyabrına qədər taleyi qeyri-müəyyən olaraq qalırdı. Yada salaq ki, 2016-cı ilin oktyabrında baş prokuror Zakir Qaralov Eldar Mahmudovun həbs olunması ehtimalı barədə sualı cavablandırmışdı.

Demişdi ki, ləğv olunmuş MTN əməkdaşları haqda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində də istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır.

Sitat:  “Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinə baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. Kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”.

E.Mahmudov 2 il sonra – 2017-ci ilin noyabrında istintaqa çağırılaraq dindirildi və sərbəst buraxıldı. Maraqlıdır ki, Eldar Mahmudovun özü  bu günə qədər haqqında səslənən ittihamlara cavab verməyib.

E.HÜSEYNOV,
“Yeni Müsavat”

Əvvəlki yazı

Ayaz Salayev: “İstəmirəm ki, filmlərimi Azərbaycan telekanalları göstərsin”

Sonrakı yazı

Prezident Tokay Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıb

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.