11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Eldar Həsənov, “Quska” və… daha kimlər? – Sensasion şəbəkə

17 Avqust 2020, 10:13
Gündəm
A A
Eldar Həsənov, “Quska” və… daha kimlər? – Sensasion şəbəkə

Eks -prezident Heydər Əliyevin komandasının ambisioz fiqurlarından biri – səfir Eldar Həsənov Serbiyadan ayağı ilə gətirələrək qandallandı. Bu həbs qərarı bir günün, bir ilin işi deyil, dərinə getmək, keçmişə boylanmaq lazımdır. Niyə E.Həsənov, nə üçün, nə etmişdi…

Anaxeber.info əvvəlcə yada salır ki, 2000-ci ildə danlanaraq baş prokuror kimi böyük postdan uzaqlaşdırmaqla Eldar Həsənov mövcud hakimiyyətə olan qisasçılıq fəaliyyətini düz 20 il davam etdirə bildi. Yəni, səfir göndərilməsini (siyasi sürgün) heç cür həzm etmirdi.

Söylənə bilər ki, onun iqtidarın yüksək eşelonuna qarşı fəaliyyəti təsbit olunmuşdusa, nə üçün bu günə qədər göz yumulurdu.  Məsələnin mürəkkəbliyi də ondan ibarətdir ki, köhnə qvardiyanın ağır artilleriyalarından biri olan E.Həsənovu vəzifəsiz qoymaq istəmirdilər.

Bu, onun daha iri çaplı hücumlara keçmək, gizli şəkildə apardığı işin daha da böyüməsinə səbəb ola bilərdi.
Çünki incik məmur sıradan kadr deyildi və böyük ambisiyaları, hakimiyyətdə daha yüksək vəzifə tutmaq arzuları varıydı.

Məsələn, bir zamanlar Eldar Həsənov MTN rəhbəri, sonra Baş nazir olmaq xəyalına düşmüşdü. Amma onu yaxına buraxmadılar, bu, cəza idi. Getdikcə hikkəsi artan sabiq baş prokuror öz nüfuzu, çevrəsi və resursları hesabına iqtidar əleyhinə samizdat işini gücləndirməyə başladı.

Bu həbsin dərinliyinə nəzər yetirəndə 2003 hadisələrini də unutmaq olmaz. Bəli, E.Həsənov o zaman müxalifətin hakimiyyətə gəlməsinə gizli dəstəyini vermiş, bəzi tənqidçi qəzetləri yemləmişdi. Odur ki, səfir Serbiyadan gətirilib niyə həbsə göndərildi demək üçün son 20 ilə baxmaq vacibdir.

İkincisi, Eldar Həsənovun Təhlükəsizlik Şurasının katibi, keçmiş daxili işlər naziri Ramil Usubovla münasibətləri yaxşı olmasa da, (serb rəsmilərlə görüşdə yan-yana oturmuşdular – müəllif) köhnə qvardiya üzvüydü, Ramiz Mehdiyev klanı ilə əlaqələri mehriban-düşmənçilik idi.

Amma onun son illərdəki fəaliyyəti artıq bağışlanmaz həddə çatmışdı və bir gün sonra həbs ediləcəyini bilmədən Bakıya gəlir, rəsmi görüşdə iştirak edilir və barəsində cinayət işi açılır.

Əslində, onun aldadıldığını, ya da ələ keçməsinin çətinliyini söyləmək absurddur. E.Həsənov daha əvvəllər də Bakıya gəlib – gedib, onda tutardılar, habelə, istəsələr Belqraddan ekstradisiya oluna bilərdi.

Sadəcə, hər şey Xarici İşlər Nazirliyindəki həbslər və prezidentin bəzi səfir-diplomatların dövlətə, vətənə xəyanət etdiyini söyləməsindən sonra baş verdi. Nəticədə ilk kəlləsi gedən E.Həsənov oldu.

Heç də istisna olunmur ki, neçə-neçə səfirlər olduqları ölkədə siyasi sığınacaq istəyəcək, konsulluq əməkdaşları qaçıb gizlənəcək, həmçinin daha neçə səfir həbs olunaraq Bakıya gətiriləcək.

Çünki xəyanətkar şəbəkənin miqyası böyükdür və E.Həsənovla məhdudlaşa bilməz. Xəyanətkar şəbəkə demişkən, sabiq baş prokurorla yanaşı hakimiyyət əleyhinə oxşar dəstəyi digər sabiqlər də verib.

Almaniyada sığınacaq almış keçmiş deputat Hüseyn Abdullayevin (Quska) Türkiyədə tutularaq gətirilməsindən sonra verdiyi ifadələrdə oradakı yutuberlərə, söyüşcül bloqerlərə maliyyə dəstəyi verdiyini etiraf etdiyi bildirilir.

Bəzi kluarlarda, qeyri-rəsmi söhbətlərdə səslənən iddialara görə, prezidentin keçmiş köməkçisi Əli Həsənov da iqtidar rəhbərinə qarşı xaricdən söyüş, təhqir püskürən mühacir şəbəkənin əsas dayaqlarından olub.

Elə bunun nəticəsidir ki, prezident onu işdən azad edəndə heç qəbula çağırıb göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirmədi. Eynilə Eldar Həsənovun da Serbiyada otura-otura həm kəlbəcərlilərə, həm mühacirlərə, simvolik olaraq “söyüş müxalifəti” adlanan virtual fəallara maliyyə səstəyi göstərdiyi iddiaları yer almaqdadır.

Ona görə də E.Həsənovun həbsinin real motivinin səfirlikdəki maliyyə maxinasiyaları ilə bağlı olması az səbəbdir.
Düzdür, ona verilən rəsmi ittihamlar sırf maliyyə yeyintiləridir. Ancaq barmağını qatlayın, görək hansı korrupsiya yoxdur?!

Sadəcə, 2000-ci ildən iqtidara qarşı əlindən gələn pisliyi əsgirməyən, siyasi iddiaları olan, 2003-də istəyinə nail ola bilmədikdən sonra axır illərdə mühacir şəbəkəni prezident İlham Əliyevə qarşı təşkilatlandıran E.Həsənovun gec-tez dörd divarlıq hücrəyə salınacağı gözlənilən idi.

Əslində prezidentin sabiq köməkçisi Əli Həsənovun da həbs ehtimalı yüksək idi. Amma onun bütün maliyyə rıçaqlarının əlindən alınması ilə tam tərki-silah ediblər, səksəkə içində yaşamaqdadır.

Bəli, hakimiyyət rəsmilərinin leksikonundan düşməyən “xaricdəki bəzi dairələr”, “5-ci kolon”, “xəyanətkar şəbəkə” və s. adlandırdığı qüvvələr deyərkən təkcə Avropadakı təsisatlar, fondlar, Avropa Parlamentində və AŞ PA-dakı deputatlar deyil, həm də hakimiyyətdən küskün, intiqam və revanş hissi ilə yaşayan sabiqlərdən söhbət gedir.

 

Və bu keçmiş məmurların başında Baş nazirin sabiq müavini Abbas Abbasovun da olduğunu qeyd etməliyik.
Onun 2013-də “Milyarderlər ittifaqı”nı yaratması, üstəlik, Eldar Həsənovla yaxşı münasibətləri gözdən qaçırıla bilməz.

Çox maraqlıdır ki, 2019-ci ildə də E.Həsənovun adı ölkəni qarışdırmaqda hallanırdı.
Ötən il SOCAR əməkdaşlarının üzərinə hücum çəkənlərin heç də hamısının Qarabağ qaziləri olmadığı üzə çıxmışdı.

Media yazırdı ki, “saxta qazilər”in adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin kökü Rusiyaya bağlanır. Rusiyanın bu təxribatını isə Azərbaycana tanınmış bir fiqur ötürür!

Bu, əslən Kəlbəcərdən olan, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur.

Ən nəhayət, prezident İlham Əliyevin iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söylədiyi fikirləri xatırlamaq yerinə düşür:

“Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var.

Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir.

Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər.

Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik”.

Əvvəlki yazı

“Barsa” baş məşqçini qovdu

Sonrakı yazı

Yağış yağdı, Bakıda yenə tıxaclar – Fotolar

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.