05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ELDAR ƏZİZOV DYP RƏİSİNİN QANUNSUZ TİKİNTİSİNİ DAYANDIRDI! – Prezidentin xəbərdarlığından dərhal sonra… (Fotolar)

14 Noyabr 2018, 18:01
Seçmə, Banner
A A
ELDAR ƏZİZOV DYP RƏİSİNİN QANUNSUZ TİKİNTİSİNİ DAYANDIRDI! – Prezidentin xəbərdarlığından dərhal sonra… (Fotolar)

“Bir neçə dəfə “Prado” markalı avtomobildə özü də gəlib tikintinin gedişi ilə maraqlanmışdı”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əvəzi Eldar Əzizov (BŞİH) Bakıda daha bir qanunsuz tikintinin dayandırılması haqda göstəriş verib.

Ətrafda yaşayan sakinlərin “AzPolitika.info”ya verdiyi məlumata görə, Bakının T.Şərifli küçəsində iki yaşayış binasının qarşısındakı yaşıllıq ərazidə qanunsuz tikinti yay aylarında başlayıb, bu yaxınlarda isə BŞİH əməkdaşları hadisə yerinə gələrək tikintinin dayandırılmasını tələb ediblər.

Sakinlər iddia edirlər ki, BSİH əməkdaşlarının yoxlaması zamanı arxasında yüksək rütbəli polis zabitinin – Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nuşirəvan Səfərovun durduğu tikintinin tamamilə qanunsuz aparıldığı üzə çıxıb və bu səbəbdən də tikinti dərhal dayandırılıb.

Ətrafda yaşayan sakinlərin müraciəti əsasında əməkdaşımız hadisə yerində olub, müşahidə edib ki, həqiqətən də yaşayış binalarının qarşısındakı yaşıllıq ərazidə aparılmış tikinti yarımçıq dayandırılıb. “Bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətindən gəldilər və tikintini dayandırdılar”, – ərazidə ticarətlə məşğul olan və adının çəkilməsini istəməyən vətəndaş əməkdaşımıza bildirib.

nusirevan02

O, təsdiq edib ki, tikinti BDYP rəisi Nuşirəvan Səfərova məxsusdur: “Hə, deyirlər onundur. Bir neçə dəfə “Prado” markalı avtomobildə özü də gəlib tikintinin gedişi ilə maraqlanmışdı. Amma tikintiyə 2 nəfər mülki geyimli şəxs nəzarət edirdi. İndi deyirlər qanunsuz imiş. Ona görə dayandırıblar”.

Mənbə həmçinin bildirib ki, ətrafda yaşayan sakinlər ilk gündən yaşıllıq ərazidəki bu tikintiyə qarşı olublar, ancaq kütləvi etirazlar olmadığından tikinti aparılıb. “Baxın, tikinti arxadakı binanın az qala pəncərələrinin qabağını kəsib. Əlbəttə ki, sakinlər narazı idi, axı bura bina tikmək yeri deyil. Ancaq kimdir indi şikayətə baxan?! Söhbət yayılanda ki, işin arxasında polis var, heç kim səsini çıxarmadı. Ərazidə bir neçə cavan ağac da var idi, gecəylə məhv edib tikintiyə başladılar…”

Qeyd edək ki, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunduqdan sonra (16 iyul 2018) Prezident İlham Əliyevin tapşırığı əsasında paytaxtda qanunsuz tikintilərlə mübarizəyə başlayıb. Artıq bir neçə qanunsuz tikili sökülüb, ərazi əvvəlki vəziyyətinə qaytarılıb. Belə tikintilərin əksəriyyətinin arxasında isə yüksək postlar tutan məmurların durduğuna heç bir şübhə yoxdur – ya ərazini satan, qanunsuz tikintiyə şərait yaradan onlardır, ya da elə tikən.

ilham-eliyev

Bu barədə Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da çox sərt danışmışdı.

“Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz”, – O, bildirmişdi.

Prezident xəbərdarlıq etmişdi ki, bundan sonra sərt cəza tədbirləri olacaq. Sitat: “Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.

İ Əliyev vətəndaşlara müraciətində isə deyirdi: “Bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır”.

Maraqlıdır ki, yuxarıda barəsində danışdığımız tikinti də məhz Prezidentin bu xəbərdarlığından dərhal sonra dayandırılıb.

Nusirevan04

T.Şərifli küçəsindəki tikintinin qanunsuz olduğu və bu səbəbdən dayandırıldığı ilə bağlı BŞİH-ə ünvanladığımız sorğu cavabsız qaldığından rəsmi təsdiq və ya təkzib ala bilmədik.

Tikintisi dayandırılan obyektin sahibi kimi təqdim olunan BDYP rəisi Nuşirəvan Səfərovun özü ilə birbaşa əlaqə saxlamaq mümkün olmadığından onun mövqeyini öyrənmək, qanunsuz tikintinin ona məxsus olub-olmadığını dəqiqləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Rüfət Quliyevə müraciət etdik. O, BDYP-nin özünün mətbuat xidməti olduğunu qeyd edərək, ora müraciət etməyimizi tövsiyə etdi. BDYP-nin mətbuat xidmətindən isə sorğumuza cavab ala bilmədik.

Qeyd edək ki, Nuşirəvan Səfərovun polkovnik rütbəsində xidmətin son yaş həddinə çatdığı üçün yaxın vaxtlarda istefaya göndəriləcəyi gözlənilir. Onun general rütbəsi almaq və vəzifəsini saxlamaq üçün bütün imkanlarını səfərbər etdiyi bildirilir. Görünür hələ yarımçıq işləri çoxdur…

Rasim ƏLİYEV
AzPolitika.info

nusirevan05nusirevan03

Əvvəlki yazı

Daşkəsən yanğınında tələf olan uşaqlar – Fotoda

Sonrakı yazı

“HƏMİN PULLAR XALQIN, DÖVLƏTİN PULUDUR…” – Deputat sabiqlərin əmlakını satmağı təklif edir

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.