10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Elçin Şıxlı: “Mətbuat dəyişikliklərə hamilədir”

18 Oktyabr 2019, 12:43
Siyasət, Seçmə
A A
Elçin Şıxlı: “Mətbuat dəyişikliklərə hamilədir”

“AzPolitika.info” Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki sensasion çıxışı, cəmiyyətə verdiyi mesajlar və gözləntilər mövzusunda “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı ilə söhbətləşib.

Müsahibəni təqdim edirik:

– Elçin müəllim, Prezident Əliyevin hökumətin iqtisadi bloku ilə keçirdiyi müşavirə maraqlı nüanslarla yadda qaldı. Prezident çıxışı zamanı bir sıra istiqamətlər üzrə həm cəmiyyətə, həm də hakim komandaya ciddi mesajlar verdi. Bu müşavirənin ümumi ab-havasını necə qiymətləndirirsiniz?

– Öncə deyim ki, çox maraqlı və sıradan olmayan bir toplantı idi. Cənab Prezidentin çıxışı, iqtisadi bloka rəhbərlik edən dövlət məmurlarını istiqamətləndirməsi çox maraqlı idi. Məsələn, fikir verdinizsə, Prezident Şahin Mustafayevə dedi ki, mən bilirəm ölkədə yatırımlar var, amma bu xarici investisiyalardır. Üstəlik, bu investisiyaların böyük əksəriyyəti neft və qaz sektoruna yönəlib. Yəni qeyri-neft sektoruna yönələn yatırımlar azdır və ya yoxdur. Həm də Prezident müşavirədə kilid bir söz işlətdi. Dedi ki, biz bundan belə ancaq təbii ehtiyatlarımıza güvənməməliyik. XXI əsrdə yaşayırıq, indi yeni şərait yaranıb və ölkəmizi yeni şəraitə uyğun istiqamətdə inkişaf etdirməliyik. Məncə, Prezidentin çıxışı çox maraqlı oldu.

– Prezident islahatlardan danışarkən vergi sistemini nümunə göstərdi, bu zaman maraqlı bir qeyd etdi ki, bu sahədə islahatlar keçirməyin mümkünlüyünə çoxları inanmırdı. Amma biz bu islahatı həyata keçirə bildik. Ardınca isə islahatlara mane olmaq istəyənlərin mövcudluğundan danışdı. Sizcə, Prezident bununla hansı mesajı verirdi?…

– Təbii ki, bu sahədə elə dərin məlumatlar var ki, onu biz bilmirik. Prezident daha çox məlumatlıdır. Bu mənada vergi sistemində, vergiyə cəlbetmədə, qanunvericilikdə xeyli dəyişikliklər edildi. Məncə, bunun tam şəkildə hansı nəticələr verdiyi haqda danışmağımız bir qədər tez olardı. Çünki həmin dəyişikliyin nəticəsini bir müddətdən sonra görəcəyik. Amma həqiqətən də bu sahədə xeyli müsbət dəyişikliklər oldu. Bu dəyişikliyi normal həyata keçirsək, yəqin ki, irəliləyişlər qeydə alınacaq. Sözsüz ki, əvvəlki illərlə müqayisədə vergi daxilolmaları artıb. Amma eyni zamanda əskikliklər çoxdur. Prezident nitqi zamanı bir neçə dəfə şəffaflıq ifadəsini işlətdi. Əvvəl bu sahədə şəffaflıq yox idi, indi şəffaflıq faizi artdığı üçün büdcəyə daxilomalarda artıb.

Hesab edirəm ki, Prezidentin çıxışı həm vergi orqanlarında çalışanlara, həm də sosial təminat işinə baxan yeni kadrlara müəyyən dərəcədə dəstək xarakterində idi. Yəni siz düz yoldasınız, çalışın. Amma bu o emək deyil ki, işinizi görüb başa çatdırmısınız. Prezident mesaj verir ki, sizin işlərinizi görürəm, xəbərim var və təqdir edirəm.

– Sözgedən müşavirədə ən maraqlı məqamlardan biri də, Prezidentin bəzi komanda üzvlərinin mətbuat vasitəsilə yeni, islahatçı nazirləri şantaj etməsi, aparılan islahatlara mane olması haqda fikri idi. Prezident açıq ifadə etdi ki, mətbuat daxili mübarizədə sanki bir vasitəyə çevrilib. Həmin fikirlərin Prezident tərəfindən səsləndirilməsinin hökumətin media siyasəti üçün hansı nəticələri ola bilər?

– Məsələyə mətbuatın nöqteyi-nəzərindən yanaşsaq, deyərdim ki, mətbuat xeyli müddətdir ki, dəyişikliklərə hamilədir. Bu, artıq elə həddə çatıb ki, ölkənin ali rəhbəri də açıq şəkildə dilə gətirir, deyir ki, mətbuat vasitəsilə ali rütbəli məmurlar biri digərini şantaj edir. Yəni mətbuatı alətə və oyuncağa çeviriblər. Mətbuat isə belə olmamalıdır. Bu o deməkdir ki, mətbuat öz funksiyasını yerinə yetirə bilmədiyindən Prezident narazıdır. Söhbət bundan gedir. Çünki mətbuat dördüncü hakimiyyətdir, informasiya daşıyıcısı və ötürücüsüdür. Ənənəvi mətbuat, çox təəssüflər olsun ki, ictimai rəyin formalaşmasına təsir edə bilmir. İnsanlar da məhz buna görə sosial şəbəkələrə üz tutub. Sosial şəbəkələrdə isə informasiya yayma sərbəstdir. Amma söhbət keyfiyyətli jurnalistikadan və informasiyadan getmir. Çünki hər bir insan informasiya toplamaq və onu yaymaq hüququna malikdir. Amma söhbət ondan gedir ki, bir var informasiya peşəkarın əlindən çıxsın, bir də var adi vətəndaşın. Prezidentin mətbuat məsələsinə toxunması göstərir ki, əslində, bütün bunları görür və narazıdır. Prezident nitqində xüsusilə vurğuladı ki, hələ dərinə getmək istəmirəm. Fikrimcə, bu xəbərdarlıqdır. O mənadakı hər şeyi bilirəm, özünüzü yığışdırın.
Prezident xüsusilə bəyan etdi ki, aparılan islahatlara mane olanlar bizimlə yollarını ayırmalı olacaq. Bunu da mühüm mesaj hesab edirəm.

– Cəmiyyət bu mesajı necə başa düşməlidir?

– Mesaj ondan ibarətdir ki, artıq belə yaşamaq və belə işləmək olmaz. Biz daha sürətli islahatlara getməliyik. XXI əsrin tələbləri ilə ayaqlaşmalı, dünyadan geri qalmamalıyıq. Bunun üçün həm də yüksək səviyyəli kadrlar olmalıdır. İngiltərənin bir şirkətinin araşırmasından məlum olub ki, Azərbaycanda internetin sürəti Afrika ölkələri səviyyəsindədir. Yəni bizi Ermənistan da, Gürcüstan da, Rusiya da, Türkiyə də qabaqlayır. Normalda informasiyanın sürətlə yayılması üçün güclü internet tələb olunur. Bir neçə il əvvəl internetin sürəti daha yaxşı idi. Biz irəliləmək əvəzinə geriyə düşürük. Bunun da səbəbləri var.

Cənab Prezident çıxışı zamanı qeyd etdi ki, şişirdilən rəqəmlərə son verilməlidir. Bizdə problem odur ki, hər şeyi inhisarlaşdırmışıq. İnternet də tək bir əldə toplandığı və sağlam rəqabət mühiti olmadığı üçün 5 il əvvəlki səviyyədən də geridəyik. Çünki sağlam rəqabətsiz heç nə olmur.

– Prezident bir sıra dövlət strukturlarının büdcənin müzakirəsi zamanı rəqəmləri şişirtdiyini və daha çox pul əldə etmək istəyindən danışaraq onlara ciddi xəbərdarlıq etdi. Bunun nəticələri nə ola bilər?

– Əgər bu sözlər deyilirsə, nəticə olmalıdır. Prezident boş yerə demədi ki, ümidləri ancaq təbii sərvətlərə bağlamamalıyıq. Bu o deməkdir ki, qeyri-neft sektoru inkişaf etməlidir. Bu baxımdan bütün xərclər, xüsusilə dövlət büdcəsindən ayırmalar səmərəli olmalıdır. Əks təqdidə vəziyyət çətin ola bilər. Prezident bu mövqeyi ilə çox uzaqgörənlik nümayiş etdirir. Baxın, hazırda dünyanın aparıcı ölkələri daxili yanma mühərriki ilə işləyən avtomobillərdən imtina edir, elektrik modellərə, hidrogen yanacağı ilə çalışan avtomobillərə keçirlər. Beləliklə, neftə tələbat azala bilər. Biz anlamalıyıq ki, bu gün neftin dəyəri varsa, sabah bu cür olmaya bilər. Qazdan istifadə hələ davam edəcək, çünki elektrik istehsalı üçün qaz vacibdir. Amma neftin əhəmiyyəti getdikcə azalacaq. Həm də bazarda neftin konyukturası dəyişə bilir. Bu baxımdan biz özümüzü hər şeyə hazırlamalıyıq. Azərbaycanın çox çevik əhalisi və çevik hərəkətə imkan verən ərazisi var. Yəni böyük ərazisi və əhalisi yoxdur. Fikrimcə, irəliyə getmək üçün böyük potensial var. Sadəcə bunu düzgün istifadə etmək lazımdır. Prezident də məhz bu məqamlara diqqət yetidi. Eyni zamanda yeni Baş Nazirin qarşısına iqtisadi artımı, islahatları davam etdirməyi hədəf kimi qoydu. Əli Əsədov iqtisadçıdır, SSRİ dövründə ən ciddi təhsil verən ali təhsil ocağını bitirib, uzun müddət Prezident Aparatında çalışıb, təsərrüfat işini bilir. Prezident tərəfindən onun qarşısında konkret vəzifə qoyulubsa, ciddi işləməlidir.

Əvvəlki yazı

Neft Emalı Zavodunda təmir işləri başa çatır

Sonrakı yazı

İraq niyə İrana qarşıdır? – iki şiə arasında ziddiyyət

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.