Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Əbülfəz Elçibəy – 80” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Modern.az-ın məlumatına görə, müsabiqədə tanınmış jurnalistlər Ləman Ələşrəfqızı (1-ci yer), Jalə Mütəllimova (2-ci yer), Səbuhi Məmmədli (3-cü yer) Kəramət Böyükçöl, Cəlil Cavanşir, Azad Qaradərəli, Hikmət Orhun (həvəsləndirici) və başqaları qalib olublar.
Müsabiqə üçün nəzərdə tutulmuş mükafat fondu 1-ci yer üçün 1500 manat, 2-ci yer üçün 1000 manat, 3-cü yer üçün 500 manat, qalan 10 həvəsləndirici yer üçünsə 100 manatdır.
***
Beynəlxalq Mətbuat Mərkəzində “Əbülfəz Elçibəy 80″ İctimai Təşkilat Komitəsi tərəfindən Elçibəyin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilir. Musavat.com xəbər verir ki, tədbirdə müxalifət nümayəndələri, Elçibəyin yaxın silahdaşları, deputatlar, türkçülər və digər ictimai şəxslər iştirak edirlər.
Tədbirdə Elçibəyin əsərlərindən ibarət yeni çap olunmuş 1000 səhifəlik kitabın da təqdimatı olacaq. Eyni zamanda “Elçibəy-80″ yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar. Bildirilib ki, müsabiqəyə 44 yazı təqdim olunub. Yazılar münsiflər heyəti tərəfindən yoxlanılıb. Əsas müəlliflər Azərbaycandandır, amma Türkiyədən də yazanlar var.
Tədbir davam edir.


























