Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu sözləri deputat, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev parlamentin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, elə siyasi partiya var ki, adındakı hərflərin sayı üzvlərinin sayından çoxdur:
“Hesab edirəm ki, yeni qanun layihəsinin əsas qayəsi ondan ibarətdir ki, bu məsələlər həllini tapsın. Siyasi partiyatara hörmət olmalı və nüfuzu qalxmalıdır”.