19-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“ELƏ BİLİRDİLƏR BİZİMLƏ ZARAFAT ETMƏK OLAR…” – Sarqsyan Xocalı qətliamı haqda… (FOTOLAR)

28 Fevral 2019, 10:47
Seçmə
A A
“ELƏ BİLİRDİLƏR BİZİMLƏ ZARAFAT ETMƏK OLAR…” – Sarqsyan Xocalı qətliamı haqda… (FOTOLAR)

Rusiyanın populyar “Lenta.ru” saytı bugünkü buraxılışında Xocalı soyqırımından bəhs edən maraqlı məqalə dərc edib. “Azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar” sərlövhəli məqalənin müəllifi Dmitri Plotnikov bu sitatı Ermənistanın keçmiş prezidenti Serj Sarqsyandan gətirir.

“AzPolitika” “WorldMedia.Az”-a istinadla məqalənin tərcüməsini təqdim edir:

Dağlıq Qarabağdakı hərbi münaqişə erməni və Azərbaycan xalqlarının yaddaşında dərin yaralar buraxıb. Üç ildən bir qədər artıq davam etmiş toqquşmalar zamanı on minlərlə əsgər və dinc insan həyatını itirib. Lakin bu müharibənin bütün epizodları arasında Xocalı faciəsi ayrıca bir dramatizmlə seçilir. Erməni ordusunun strateji vacib yaşayış məntəqəsini tutmaq məqsədilə keçirdiyi bu əməliyyat kütləvi qırğınla nəticələnib. 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda 600-dən çox insan, əsasən də dinc sakinlər – qoca, qadın və uşaq qətlə yetirilib.

O vaxtdan illər keçməsinə baxmayaraq, münaqişə tərəfləri bu gün də bir-birini günahlandırmaqdadır. Xocalı faciəsi qurbanlarını yad edən Lenta.ru 27 il əvəllin hadisələrini xatirələrdə canlandırmağa çalışıb.
“Dairəvi pəncərədən (illüminator) baxıram və inanılmaz, dəhşətli mənzərəni görüb diksinirəm. Artıq bozarmış qar talalarının əriməkdə olduğu dağın döşündə, sarı otların üzərinə meyitlər səpələnib. Üfüqədək uzanan nəhəng bir sahədə qadın, qoca, südəmər körpədən tutmuş, yeniyetməyədək bütün yaşlarda uşaq meyitləri görünür”. Rusiyalı jurnalist Yuri Romanov özünün “Mən müharibəni çəkirəm”kitabında Xocalı faciəsinin baş verdiyi əraziyə səfərini belə xatırlayır.

Qarabağ münaqişəsi açıq müharibə mərhələsinə 1991-ci ildə keçib. Avqust qiyamının iflasından sonra İttifaq hakimiyyəti iflic olmuş, erməni qüvvələri tədricən Azərbaycan kəndlərinə hücuma başlamışdı. O zaman hələ cəbhə xətti kimi bir anlayış yox idi. Sadəcə, Azərbaycan yaşayış məntəqələri yaxınlığında lokal döyüş zonaları yaranırdı. Bu məntəqələrin ən böyüyü Şuşa və Xocalı şəhərləri idi.

Xocalı Stepanakertdən (Xankəndi – WM) 9 kilomatr şimal-şərqdə yerləşirdi. Əhalisinin sayına görə, Qarabağın ən böyük şəhərlərindən biri, azərbaycanlı əhalinin sayına görə isə ikinci böyük şəhəri idi. Xocalı hər iki tərəf üçün strateji vacib məntəqə sayılırdı. Stepanakerti Əsgəran və Ağdamla birləşdirən dəmir yolu xətti və avtomobil yolları məhz buradan keçirdi. Dağlıq Qarabağın vertolyot və təyyarə qəbul edə bilən yeganə böyük hava limanı da Xocalıda idi.

Xocalı ətrafında toqquşmalar hələ müharibənin qaynar fazasından xeyli əvvəl başlamışdı. Hələ 1980-ci illərin sonlarında Azərbaycan SSR hakimiyyəti bu şəhərdə intensiv mənzil tikintisinə başlamışdı. Bu mənzillər Ermənistandan və digər Sovet respublikalarından gəlmiş qaçqınlara, o cümlədən mesxeti türklərinə paylanırdı. Ermənilərsə bu siyasətə etirazını bildirir və hesab edirdilər ki, Azərbaycan hökuməti bölgədə demoqrafik balansı dəyişməyə çalışır. Şəhər əhalisinin sayı doğrudan da böyük sürətlə artırdı. Əgər 1988-ci ildə orada 2135 nəfər yaşayırdısa, Sovet İttifaqının süquta uğradığı dövrə əhalinin sayı 6300 nəfərə çatmışdı.

xocali2

Erməni qüvvələri Xocalının mühasirəsinə 1991-ci ilin payızından başlamışdı. SSRİ Daxili Qoşunlarının bölmələri Dağlıq Qarabağdan çıxarıldıqca, şəhər ətrafında halqa daralırdı və oktyabrın sonuna yaxın o, tam qapandı. Artıq ermənilər Xocalını Ağdamla birləşdirən son yolu da bağlamışdılar. İndi, şəhərə yalnız vertolyotla çatmaq mümkün idi. Ağdamdan buraya uçmaq çox vaxt almasa da, oraya yollanan vertolyotlar vaxtaşırı yerdən atəşə tutulurdu.

1992-ci ilin yanvarında artıq Xocalı humanitar fəlakətin astanasında idi. Şəhərə elektrik enerjisi və su verilmir, istilik sistemi və telefon rabitəsi işləmirdi. Şəhərin rəhbəri Elman Məmmədov mütəmadi olaraq mərkəzi hakimiyyətdən mülki əhalinin təxliyə edilməsini, yerli qarnizonun gücləndirilməsini xahiş etsə də, onun xahişləri cavabsız qalırdı. Sonuncu vertolyot Xocalıya 1992-ci il fevralın 13-də enib və bundan sonra pilotlar həyatlarını riskə atmaqdan imtina ediblər.

Bundan əvvəl, hələ yanvarda Azərbaycan qüvvələri Xocalını blokadadan qurtarmaq üçün Əsgərana əks-hücum cəhdi etmiş, lakin əməliyyat baş tutmamışdı. Bundan sonra ermənilər Xocalı qarnizonunun rəhbərliyinə şəhərə hücum edəcəkləri barədə xəbərdarlıq göndərmişdi (“Bakinski raboçi” qəzetinin materialları bunu təsdiq edir). Hücum fevralın 25-nə təyin olunmuşdu.

Tərəflərin bu hücumun əsl səbəbləri haqda versiyaları bir-birinə ziddir. Erməni tərəfi iddia edir ki, Stepanakertin yaşayış məhəllələri Xocalıdan vaxtaşırı atəşə tutulmuş. Azərbaycanlılar isə öz növbələrində, şəhərə hücumu Sumqayıt hadisələrinə görə qisas aktı kimi qiymətləndirir. O, Sumqayıt hadisələrinin növbəti ildönümünə təyin edilmişdi…

Kimin haqlı olduğu hələ də aydın deyil. Bir tərəfdən görünən odur ki, azərbaycanlılar Xocalı ərazisindən Stepanakerti atəşə tuta bilməzdi. Hər halda, yerli qarnizon mütəmadi olaraq Azərbaycan komandanlığına silah və sursat çatışmazlığından əziyyət çəkdiyi haqda məlumat verirdi. Şəhərdəki Azərbaycan qüvvələrinin sərəncamında cəmi bir artileriya qurğusu, bir avtomatik qumbaraatan və üç zirehli texnika var idi.

O ki qaldı ermənilərin Sumqayıt hadisələrinin qisasını almaq və hücumu məhz həmin halisələrin ildönümünə həsr etmək niyyətinə, buna da məlum səbəblərdən inanmaq çətindir. Yalnız Merkor Melkonyanın “Qardaşımın yolu” kitabı dolayısıyla bunun təsdiqi sayıla bilər. Kitabda o, Qarabağ müharibəsi zamanı bölmələrdən birinə rəhbərlik edən qohumunun xatirələrini paylaşır. Məhz o, Xocalıya hücumun tarixinin təsadüfən seçilmədiyini, bunun Sumqayıtın ildönümü ilə bağlı olduğunu iddia edirdi.

Hücum

Hücum zamanı Xocalıda iki mindən dörd minədək insan olub. Qarnizon isə cəmi bir neçə yüz nəfərdən ibarət idi. Üstəlik, onların çoxu döyüş görməmiş yerli özünümüdafiə dəstəsinin döyüşçüləri olub. Peşəkar hərbçilər (Azərbaycan Milli Ordusunun hərbçiləri və “OMON”çular) orada azlıq təşkil edib. Şəhərin müdafiəsinə “OMON”un komandiri və aeroportun komendantı Əlif Hacıyev rəhbərlik edib.

Erməni tərəfindən hücumun iştirakçıları haqda məlumat daha azdır. Onların da sıraları əsasən yerli döyüşçülərdən ibarət olsa da, döyüşə zirehli texnikanın – tankların, zirehli transportyorların və piyada döyüş maşınlarının dəstəyilə gediblər. Bundan başqa, Azərbaycan tərəfi bildirir ki, Xocalıya hücumda o zaman artıq Rusiya Müdafiə Nazirliyinin tabeliyinə keçmiş 366-cı motoatıcı alay da iştirak edib. Bu fikrin dəqiqliyini yoxlamaq da çətindir – alay rəhbərliyi ölən və yaralananlar barədə heç bir məruzə etməyib, öldürülmüş hərbçilər arasında isə Rusiya geyimində olanlara rast gəlinməyib.

Bu arada onu da qeyd etmək vacibdir ki, 366-cı alayda xeyli etnik erməni xidmət edirdi və onlar yerli erməni döyüşçülərinə rəğbətlərini gizlətmirdilər. Məlumat var ki, 366-cı alayın hərbçiləri bir neçə dəfə guya “mühasirə”yə düşərək, hərbi texnikalarını ermənilərə təhvil vermişdilər. Hərbçilər bu hərəkətlərini onunla əsaslandırırdılar ki, erməni milisilə toqquşmadan və qan tökülməsindən yalnız döyüş maşınlarını təhvil verməklə yayına bilərdilər. Həmin alayda xidmət etmiş sıravi Aleksey Bondarevxatırlayırdı ki, zabitlər hər gecə zirehli transportyorları hərbi hissədən tam döyüş dəstilə təhciz edilmiş vəziyyətdə çıxararaq, hansısa gecə növbəsinə yollanırmışlar. Səhər geri qayıtdıqda isə deyirlərmiş ki, bütün döyüş sursatı, o cümlədən qumbaralar sərf olunub.

xocali03

Erməni komandirlərindən Xocalıya hücum əmrini məhz hansının verdiyi də indiyədək məlum deyil. Lakin fevralın 25-i gecə 23:00-da şəhər artileriya atəşinə tutulmağa başlayıb. Bu zaman ermənilər toplarla yanaşı, zirehli texnika və yaylım atəşi sistemlərindən də istifadə edib. Artileriya zərbələri nəticəsində ön müdafiə zolağında yerləşən kazarma və əksər istehkam qurğuları sıradan çıxarılıb.

Gecə saat 01:00-da erməni piyadası şəhərə daxil olub. Son müqavimət nöqtələri fevralın 26-sı səhər saat 07:00 radələrində susdurulub. Dağıntıların çox olmamasından belə qənaətə gəlmək olardı ki, şəhərdə küçə döyüşləri olmayıb – Xocalının taleyi elə artilleriya zərbələrilə həll olunub.

Gecə kabusu

Şəhərdən Ağdam istiqamətinə çıxış açıq olub. Erməni tərəfi deyir ki, onlar bu yolu bilərəkdən dəhliz kimi saxlayıblarmış. Onlar Xocalını silahsız tərk edənlərə atəş açmayacaqlarına söz veriblərmiş. “Dağlıq Qarabağ Respublikası”nın (işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış qondarma qurum – WM) nümayəndələri də Xocalı sakinlərinin bu dəhlizin mövcudluğu haqda xəbərdar edildiyini deyir. Lakin rəyi soruşulan qaçqınlardan heç birinin bundan xəbərdar olmadığı üzə çıxıb. Ermənilərin şəhərdə dəhliz saxlandığı haqda xəbərdarlıq vərəqələri yaydığını da təsdiqləyən heç nə yoxdur.

Beləliklə, artilleriya zərbələri başlayan zaman insanlar təlaşda şəhəri tərk etməyə başlayıb. Onlar hətta ən lazımlı əşyalarını belə, özlərilə götürə bilməyib, çoxlarının əynində isti paltarı, üzərində sənədləri belə, olmayıb. Əlif Hacıyev mülki insanları qorumaq üçün bir dəstə “OMON-çu” ayırıbmış. Bəlkə elə faciəyə də Azərbaycan milisinin erməni silahlı dəstələrindən birilə qarşılaşması səbəb olub. Hər halda, “DQR hakimiyyəti”nin (dırnaq işarəsi bizə aiddir – WM) mövqeyi belədir. Onların sözlərinə görə, hücum başlayan kimi, Azərbaycan dəstələri Ağdamdan erməni mühasirəsini yarmağa, xocalılara köməyə gəlməyə çalışıb. Bu zaman döyüş başlayıb. Elə həmin vaxt Xocalıdan “OMON-çu”ların müşayiətilə bir qrup qaçqın çıxıb və milis işçiləri ermənilərə arxadan atəş açıb. Sağ qalmış köçkünlər belə bir döyüşün olduğunu xatırlayır. Lakin onlar deyir ki, ilk atəşi ermənilər açıb. Erməni döyüşçülərindən hansınınsa arxadan silahlı insanların yaxınlaşdığını başa düşdüyünü ehtimal etsək bu, tam mümkündür. Hadisənin səhəri gün çəkilmiş fotolardan görünür ki, öldürülənlər arasında doğrudan da hərbi geyimdə insanlar var, lakin meyitlərin əksəriyyəti mülki insanlardır. Üstəlik, onların arasında uşaq və qadınlar da az deyil.

xocali4

“Səhər saat doqquz radələri idi. Biz çöllük əraziyə çıxdıq. Orada çoxlu meyit var idi. Bəlkə də yüz nəfər, saymamışam. Hacıyev Əlifə güllə dəymişdi və mən ona kömək etmək istəyirdim. Bu zaman məni də yaraladılar. Güllə qarnıma dəydi. Mən onların haradan atdığını görürdüm. Ətrafda çoxlu meyit var idi. Hamısı yenicə öldürülmüşdü, çünki dərisinin rəngi dəyişməmişdi”, – deyə Hicran Ələkbərova 26 fevral səhərini xatırlayır.

Xocalının rus sakini Sergey Bondaryov isə olanları belə nəql edir: “Birdən Əsgəran tərəfdən atəş səsləri eşidildi. Qarşıda bir sıra ilə gedən insanlar bir-birinin ardınca yıxılmağa başladı. Qadın və uşaqlar arasında gözüm həyat yoldaşıma sataşdı. Qışqırdım ki, yerə uzansınlar. Çox dəhşətli bir mənzərə idi, heç vaxt yadımdan çıxmaz: dişinə, dırnağına kimi silahlanmış möhkəm cüssəli erməni kişiləri qarın içində vurnuxan müdafiəsiz qadın və uşaqları güllələyirdi”.

Britaniyalı jurnalistlərin hadisə yerində gördükləri: “Bir-birinin yaxınlığında iki qrup uzanmışdı. Görünür iki ailə idi. Qadın əllərilə uşaqları gizlətməyə çalışırmış. Onların bəzilərinin, o cümlədən balaca qızcığazın başında dəhşətli yaralar var idi: demək olar ki, yalnız sifətləri görünürdü. Sağ qalanlar danışırdılar ki, hətta yerə yıxılanların öldüyünə tam əmin olmaq üçün onlara bir də yaxından güllə sıxırlarmış”.

Azərbaycan tərəfinin məlumatlarına görə, Xocalı faciəsi zamanı 613 insan həlak olub. Onlardan 63-ü uşaqdır. 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə hər ikisini itirib. 487 nəfər yaralanıb, onlardan 76-sı uşaqdır. Daha 150 insan itkin düşüb.

xocali05

Xocalıdan olan 56 nəfərin bədənində işgəncə izləri aşkarlanıb. “Le Monde” nəşrinin müxbirləri bildirir ki, öldürülənlər arasında gözü çıxarılmış, başının dərisi soyulmuş, başı kəsilmiş insanlara, qarnı yarılmış hamilə qadınlara belə, rast gəlinirmiş. Bundan başqa, şəhəri tərk etmiş xocalıların bir qismi güllələrdən qaça bilsə də, Ağdama keçməyə çalışarkən dağlarda donaraq ölüb.

Xocalıda qalanların da aqibəti faciəvi olub. “İzestiya” qəzetinin müxbiri danışırdı ki, ermənilər hücum zamanı həlak olmuş insanların meyitlərini əsir düşmüş ermənilərlə dəyişmək üçün Ağdama gətirirlərmiş: “Bunu heç gecə kabusunda da görmək mümkün deyil: çıxarılmış gözdər, kəsilmiş qulaqlar, dərisi soyulmuş və kəsilmiş başlar. Kəndirlə zirehli transportyorların arxasına bağlanaraq sürüdülmüş meyit topaları. İşgəncələrin sonu yox idi”.

“DQR-in Ali Soveti” (dırnaq işarəsi – WM) Xocalının alınması zamanı vəhşiliklərin baş verdiyini inkar etmir. Lakin buna görə hələ də heç kəs cəzalandırılmayıb. Ermənilər mümkün qəddarlıq hallarına görə məsuliyyəti Sumqayıtdan gəlmiş və qohumları azərbaycanlılar tərəfindən öldürülmüş ayrı-ayrı hərbi qulluqçuların, həmçinin kriminal keçmişi olan şəxslərin üzərinə atır.

Lakin o zaman səhra komandirlərindən biri, sonradan Ermənistan prezidenti olmuş Serj Sarqsyan əvvəl ermənilərin bu haqda “ucadan danışmamağa çalışdığını”, “qurbanların sayı da daxil olmaqla, bir çox şeyin şişirdildiyini” desədə də, sonradan daha açıq danışıb: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar. Onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmaz. Biz bu stereotipi sındırdıq. Baş verən bax, bu idi”.

Faciədən 27 il keçsə də, onu nə Azərbaycanda, nə də çoxsaylı Azərbaycan diasporunda unudurlar. Hər il dünyanın bir çox ölkəsində Xocalı hadisələrinə həsr olunmuş tədbirlər keçirilir. Xocalının zərər çəkmiş sakinləri və onların qohumları“Xocalıya ədalət” kampaniyada birləşərək, illərdir BMT və digər beynəlxalq təşkilatlardan 1992-ci ilin fevralında baş vermiş hadisənin soyqırım kimi tanınmasını tələb edir. Onların təşəbbüsü ilə Xocalı faciəsilə bağlı rəsmi sənədlər və faciəni yaşamış insanların xatirələrindən ibarət kitab da nəşr olunub.

Lenta.ru, Rusiya

27.02.2019
Müəllif: Dmitri Plotnikov

Əvvəlki yazı

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı- Prezident fərman imzaladı

Sonrakı yazı

Kaspşik Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndə təyin edildi – 23-cü dəfə

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.