22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

EKSTRASENSLƏRİN III DÜNYA SAVAŞI HAQDA DUYUMLARI:“Müsəlmanlar Avropanı alacaq, bir çox xalqlar yox olacaqlar”

15 Dekabr 2018, 22:02
Araşdırma
A A
EKSTRASENSLƏRİN III DÜNYA SAVAŞI HAQDA DUYUMLARI:“Müsəlmanlar Avropanı alacaq, bir çox xalqlar yox olacaqlar”

Lyubov Stepuşova

pravda.ru, 13.12.2018

 

Üçüncü dünya savaşının  başlanması haqda söhbətlər getdikcə daha tez-tez səslənir, hətta bəziləri iddia edirlər ki, o, artıq hibrid formada aparılır. Bəs gələcəyi xəbər verənlər bu haqda nə deyirlər? Vanqanın peyğəmbərliklərinə Rusiyada yaxşı bələddirlər, amma dünyada ondan təkdənbir sitat gətirirlər – ehtimal ki, russevərliyə görə. Qərbin populyar aydın görənlərinin bu mövzuda öndeyimlərini sizə təqdim edirik.

1.Norveçin ən sayğılı vaiz incilçilərindən biri pastor Emmanuel Tollefsen-Minos (1925-2004) Valdre qəsəbəsindən 90 yaşlı norveçli Gunhild Smelhusun öndeyimlərini 1968-ci ildə qeydə alıb. “Üçüncü dünya savaşı tarixdə ən böyük fəlakət olacaq, siyasi böhranlarla yadda qalmayacaq və birdən başlanacaq, – Smelhus deyib. – Avropanın çiçəklənməsi və ilğımlı güvənlik duyğusu adamları dindən aralanmağa vadar edəcək: məbədlər boşalacaq və əyləncə yerinə dönəcək”.

Habelə dəyərlər sistemi dəyişiləcək: “Adamlar nigahda olmasa da, ər-arvad kimi yaşayacaqlar”, “nigahöncəsi atalıq və ailə xəyanəti adiləşəcək”, “televizor zorakılıqla dolu olacaq – o qədər ki, adamları öldürməyə öyrədəcək”.

Smelhus mühacir dalğasını savaşın yaxınlaşma bəlirtilərindən biri adlandırıb: “Adamlar yoxsul ölkələrdən Avropaya gələcəklər, Skandinaviya və Norveçə də gələcəklər”. “Mühacirlərin varlığı gərginlik və sosial çaxnaşmalara gətirəcək”. “Qısa və olduqca amansız savaş olacaq və atom bombasıyla bitəcək”. “Hava o qədər çirklənəcək ki, nəfəs ala bilməyəcəyik. Amerikada, Yaponiyada, Avstraliyada – varlı ölkələrdə su və torpaq məhv olacaq”.

Norveç pastorunun qeydlərində deyilir: “Və varlı ölkələrdə yaşayanlar yoxsul ölkələrə qaçacaqlar, amma onlar onlara qarşı olduğumuz kimi bizə qarşı amansız olacaqlar”.

2.Kremna kəndindən kəndli, serb bəsirətlisi Mitar Tarabiç (1899-da ölüb) Balkanlarda çox məşhurdur. O deyirmiş ki, başında xalqının və dünyanın taleyindən danışan səslər eşidir. O da öz peyğəmbərliklərində “Serbiya sərhədlərində qaçqın dəstələri” görüb.

Tarabiç deyib: “Alimlər bu müharibədə ən müxtəlif və qəribə top mərmiləri icad edəcəklər. Onlar partlayanda öldürmək əvəzinə bütün canlıları – adamları, qoşunları, heyvanları ovsunlayacaq. Onlar bu ovsunun təsiriylə döyüşmək əvəzinə yuxuya gedəcəklər, amma sonra təzədən ayılacaqlar”. “Biz (serblər-red.) bu savaşda döyüşməli olmayacağıq, başımızın üstündən başqaları vuruşacaqlar”.

Görücünün sözlərinə görə, son münaqişə Yer kürəsinin böyük hissəsini bürüycək: “Təkcə dünyanın o başında dənizlərlə çevrələnən və bizim Avropa qədər böyük olan bir ölkə sülh içində və problemsiz yaşayacaq”.

Bu hansı ölkədir – özünüz tapın.

Maraqlıdır ki, onun 2014-də ölmüş törəməsi Yovan Tarabiç xəbər verib ki, əsas savaş Rusiya və Türkiyə arasında gedəcək. Sonda Konstantinopol yenə də pravoslav olacaq, “rus adamı isə bütün pravoslavları və serb torpaqlarını azad edəcək”.

3.Bavariya peyğəmbəri Mattias Ştromberger (Matthias Stormberger, 1753-?) adi çoban olub. O, xəbər verib ki, İkinci böyük savaşdan sonra “üçüncü ümumi yanğın” gələcək. Ştromberger savaşsonrası dünyanı təsvir edib: “Üçüncü savaş bir çox xalqların sonu olacaq. Dünyanın, demək olar, bütün olkələri, milyonlarla adam buna qatılacaq… əsgər olmadıqlarına baxmayaraq öləcəklər. Silah isə tamamilə özgə sayaq olacaq”. “Son böyük savaşdan sonra böyük bir ferma iki, ya da üç qızıl sikkəyə alına bilər”.

4.Başqa bir alman bəsirətlisi – yenə də Bavariyadan –  fəvvarə ustası Alois İralmayer (1894-1959) – savaşda itkin düşənləri aramağa yardım göstərib. İddia edib ki, gələcək hadisələrin “mənzərələrini” görüb. O deyib: “Dünya birdən partlayacaq, amma bundan qabaq son dərəcə bərəkətli il gələcək”.

İki rəqəm savaşın başlanma tarixiylə bağlı olmalıdır – 8 və 9.

“Şərqin yaraqlı gücləri (müsəlman qoşunları-red.) geniş cəbhəylə Qərbi Avropaya irəliləyəcək, Monqolustanda döyüşlər baş verəcək… Çin Xalq Respublikası Hindistanı alacaq. Pekin bu savaş zamanı özünün bakterioloji silahını işlədəcək… Hindistanda və qonşu ölkələrdə beş milyon adam həlak olacaq. Şərqdə Türkiyə və İran vuruşacaq. Rusiyada inqilab və vətəndaş savaşı baş verəcək. Küçələrdə çoxlu meyid olacaq, heç kim onları yığışdırmayacaq. Ruslar yenidən Tanrıya inanacaq və xaş işarəsini qəbul edəcəklər. Bütün bunların nə qədər çox çəkəcəyini bilmirəm. Üç doqquz görürəm, üçüncüsü barışıq gətirir. Hər şey bitəndə adamların bir hissəsi öləcək, qalanı isə Tanrıdan qorxacaq”.

5.Amerika əsgəri, şair və yüksəkməqamlı mason, “İblis kilsəsi”nin qurucusu, bəsirətli Albert Payk (1809-1891) ABŞ-da çox populyardır. Payk İtaliya masonu və inqilabçısı Cuzeppe Madziniyə 1871-ci il 15 avqust mətkubunda üçün dünya savaşının gizlinlərini təsvir edib. O, Birinci və İkinci dünya savaşlarını illüminatların icadı kimi xəbər verib. Payk Üçüncü dünya savaşını İsrail və müsəlman dünyası arasındakı münaqişədə görüb.

“Bu savaş elə qaydada aparılmalıdır ki, İslam və İsrail dövləti bir-birini tam məhv etsin”.

Bəziləri illüminatların varlığına sui-qəsd nəzəriyyəsi kimi baxsa da, Payk XIX yüzilliyin sonunda bildirib: “Biz islama nəzarət edirik və ondan Qərbi məhv etmək üçün yararlanacağıq”.

Payka görə, dünya Üçüncü dünya savaşından sonra Lütsifer səltənətini təmsil edəcək. “Xristianlıqdan əli soyumuş, ideya ruhu bu andan sonra kompassız yön göstərəcək xalq Lütsiferin xalis təlimini əldə edəcək”.

6.İcmalı hər halda bolqar bəsirətlisi Vanqanın öndeyimləriylə bitirək. Rusiyalılar ona inanırlar, çünki onun öndeyimləri təəccüblü şəkildə dəqiq çıxıb. Üçüncü dünya savaşına gəlincə, o, ölümündən qabaq savaş başlanması haqda sualı cavablandırıb: “Suriya hələ dağılmayıb”. Buradan çıxan sonluq – Suriyaya yıxılmağa imkan vermək olmaz, Rusiya bunu da edir.

Bəzilərinin iddia etdikləri kimi, Üçüncü dünya savaşının qopmağa hazırlaşıb-hazırlaşmadığından asılı olmayaraq, o, artıq daha xırda münaqişələr formasında aparılır. O, şübhəsiz, insanlığı sivilizasiyanın məhvinə gətirəcək. Albert Eynşteyn bu haqda sıradakını deyib: “Üçünücü dünya savaşında hansı silahın işlədiləcəyini bilmirəm, amma dördüncüsü dəyənək və daşla gedəcək…”

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

“Bizi 20 illik durğunluq gözləyir…” – Yavlinskinin proqnozu

Sonrakı yazı

Dünyanın ən xoşbəxt məkanı məlum olub- Tokio şəhərindəki “Disneyland” əyləncə parkı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.