04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Eks-deputat Nəriman Əliyevin işi prokurorluğa göndərilib – Fotolar

10 Yanvar 2022, 15:01
Araşdırma, Banner
A A
Eks-deputat Nəriman Əliyevin işi prokurorluğa göndərilib – Fotolar

Milli Məclisin 70 saylı Masallı şəhər dairəsindən keçmiş deputatı və “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyev haqda uzun müddətdir ki, saytlarda və sosial şəbəkələrdə qalmaqallı xəbərlər paylaşılmaqdadır. Eks-deputat qanunsuz əməllər törətmək, qanundankənar işlər görməklə dəfələrlə gündəmdə olub.

Ən son isə keçmiş işçisi Abutalıb Ağayev tərəfindən deputata məxsus olan Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanındakı torpaq sahəsində 37 ədəd bir neçə illik ağacın kəsilməsində təqsirləndirilir.

Şikayətçi açıqlamalarında bu barədə aidiyyəti orqanlara məktubla müraciət etdiyini və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının əraziyə baxış keçirdiyini bildirib.

Bu məsələ yanvarın 6-da ölkə mətbuatında səs-küy yaratdıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktı təsdiqləyərək toplanmış materialların artıq Baş prokurorluğa göndərildiyini qeyd edib.

Bütün bunlardan sonra vəziyyətin ciddiləşdiyini, etdiyi hərəkətlərin çox ciddi qanun pozuntusu olduğunu bilən sabiq millət vəkili məsuliyyətə cəlb oluna biləcəyini anladığından, cəzadan yayınmaq üçün müxtəlif yollar fikirləşməyə başlayıb. Saytlara verdiyi açıqlamada əvvəllər hər şeyi təkzib edən Nəriman Əliyev qarşılıqlı ittihamlarla məsələdən yayınmağa çalışıb, bu mümkün olmadıqda isə yeni və daha ciddi planlara əl atıb.

İlk olaraq ölkənin internet televiziyalarından birinə açıqlama verərək, həmin ərazinin onun tərəfindən 2016-cı ildən icarəyə verildiyini və ağacların da icarədarlar tərəfindən ondan xəbərsiz kəsildiyini iddia edir. Ardınca sonradan bu məsələdən xəbəri olduğunu və şikayət etdiyini vurğulayır. Eks-deputat bu uğursuz açıqlama ilə məsuliyyətdən yaxa qurtara biləcəyini düşünür.

Açıqlamanın uğursuz olduğunu şikayətçi tərəf, yəni Abutalıb Ağayev də öz sözləri ilə təsdiqləyir. Şikayətçi qeyd edir ki, hətta icarə verməsi doğru olsa belə, həmin ərazidə Nəriman Əliyevin 3 mərtəbədən ibarət ofisi fəaliyyət göstərir, eks-deputat, demək olar ki, hər gün bu ofisə gəlib-gedir.

“Ərazi güc strukturlarından birinin akademiyasının düz yaxınlığında olduğundan, dörd tərəfdən kameralarla müşayət olunur ki, istənilən vaxt kamera görüntülərindən də Nəriman Əliyevin obyektə gəlib-getdiyi haqda görüntülər əldə etmək mümkündür. Digər tərəfdən, harada görünüb ki, icarədar yer sahibindən xəbərsiz ağac kəssin? Tutalım, belə olub və eks-deputat bundan xəbər tutan kimi də lazımi orqanlara şikayət edib. Bu şikayətlərin hansı tarixdə və kimlərə edildiyi haqda əlindəki faktları niyə ictimaiyyətə açıqlamır?” – şikayətçi sual edir.

Onun sözlərindən belə məlum olur ki, Nəriman Əliyevin qanundan qaçaraq sığınmaq istədiyi “icarədar” elə onun özünə məxsus olan “Ştutqart” mağazalar şəbəkəsidir. Deməli, Nəriman Əliyev özünə məxsus obyekti elə özünə məxsus şirkətə icarəyə verib və özünə məxsus şirkət özünə məxsus ağacları özündən xəbərsiz kəsib. Maraqlı plandır, amma adamı məsuliyyətdən azad edəcək qədər ağıllı düşünülməyib.

Planın işə yaramayacağını Nəriman Əliyevin özü də hiss etdiyindən bu plan alınmayacağı təqdirdə ikinci bir planla məsuliyyətdən yayınmaq fikrindədir. Bu haqda “Ştutqart” mağazalar şəbəkəsində çalışan və adının çəkilməsini istəməyən mənbə redaksiyamıza məlumat verib. Plan isə sadə və klassikdir – işçilərin içindən “suç keçisi” tapmaq və bütün məsuliyyəti onun boynuna yükləmək.

Nəriman Əliyev neçə illik işçisi, “Ştutqart” mağazalar şəbəkəsinin mühafizə xidmətinin rəisi, bacısı qızının yoldaşı olan Zaidov Nicat Hakim oğlunu yanına çağıraraq baş verənlərdən narahatlığını bildirib. Çıxış yolu qalmazsa, ağacların kəsilməsi ilə bağlı bütün məsələlərin Nicat tərəfindən edildiyini deyəcəyini bildirib. Yaxın qohum və neçə ildir Nəriman Əliyevin hesabına dolanan Nicat isə bütün bunlara hazır olduğunu, məsuliyyəti öz boynuna götürüb həbsə belə getməyə razı olduğunu bildirib. Mənbəmizin bildirdiyinə görə, eks-deputat tərəfindən Nicat Zaidovun “qurban” seçilməsi də təsadüfi deyil. Belə ki, ”Ştutqart” sahibinin bütün qanunsuz işləri məhz bu adamın iştirakı və nəzarəti altında aparılıb. Əlbəttə, bütün tapşırıqlar Nəriman Əliyevdən gəlmək şərti ilə…

Baş prokurorluğun məsələ ilə bağlı açıqlamasından sonra eks-deputatın narahatlığı anlaşılandır. Hadisələri nəzərə alaraq, yaxın vaxtlarda daha bir eks-deputatın məsuliyyətə cəlb olunacağı, hətta həbs oluna biləcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Amma proqnozlardansa, yaşayıb görmək ən yaxşısıdır. Necə deyərlər, yaşayarıq, görərik.

 

 

Əvvəlki yazı

İğtişaşçılar iki polisin başını kəsiblər – Tokayev açıqladı

Sonrakı yazı

SON DƏQİQƏ! Ordumuz Qırmızı Bazara atəş açıb? – RƏSMİ

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.