13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ekologiya Nazirliyində şübhəli tender əməliyyatı: ”Kənan İnşaat və Ticarət” MMC nə iş görüb?

27 Fevral 2019, 11:47
Seçmə
A A
Ekologiya Nazirliyində şübhəli tender əməliyyatı: ”Kənan İnşaat və Ticarət” MMC nə iş görüb?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sifarişçisi olduğu “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası işləri” üzrə tender keçirib. Tender üzrə təkliflər sorğusunda iştirak etmək istəyən şirkətlərin sənədləri 2018-ci il 20 sentyabrına qədər qəbul edilib. 2018-ci ilin oktyabr ayının 9-da isə “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC ilə “Kənan İnşaat və Ticarət” MMC arasında 6,6 milyon (6584179) manatlıq müqavilə imzalanıb.
Həmin ilin (2018) dekabr ayının 5-də isə “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC “Kənan İnşaat və Ticarət” MMC ilə daha bir müqavilə bağlayır. Bu dəfəki tender müqaviləsinin dəyəri isə 804500.00 manat olub.
Şirkətlər arasında bağlanan tender müqavilələrində görüləcək işlərin həcmi barədə və eləcə də tenderdə iştirak edən digər şirkətlər barədə heç bir informasiya yoxdur.
İddialara görə “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC ilə “Kənan İnşaat və Ticarət” MMC arasında 6,6 milyon (6584179) (+ 804500.00) manatlıq tender müqaviləsində görüləcək işlərin həcmi barədə məlumatın verilməməsinə səbəb burada görülən işlərin həddindən artıq şişirdilməsidir.
Qeyd edək ki, sözügedən müqavilənin bağlanılmasından 4 aya yaxın zaman keçsə də, nə rəsmi, nə də qeyri-rəsmi media resurslarında bu barədə informasiya getməyib.
“Kənan İnşaat və Ticarət” MMC haqqında apardığımız araşdırma zamanı isə məlum oldu ki, kifayət qədər ciddi nizamnamə kapitalı (2568950 manat) olan şirkətin rəsmi saytında da qeyd olunan tender üzrə görülən işlər barədə heç bir informasiya yoxdur.
Belə ki, şirkətin rəsmi saytının (http://kenan.az/az/current.php) “layihələr” bölümündə “Bütün layihələr” adlı qrafada göstərilən məlumatlar 2015-ci ilə qədər olan məlumatlardır. “Cari layihələr” adlı qrafada göstərilən məlumatlar isə 2016-ci ilə qədər olan məlumatları əks etdirir. Bununla bağlı cumhuriyyet.az media üzərindən apardığı araşdırmadan əldə etdiyi məlumat isə “Kənan İnşaat və Ticarət” MMC-nin fəaliyyəti ilə bağlıdır. Belə ki, məlumata görə 1996-cı ildə təsis edilən şirkətin məhsuldar fəaliyyəti 2005-ci ildən başlayıb.
2005-2015-ci illər “Kənan İnşaat və Ticarət” MMC-nin tarixində ən “parlaq” dövrdür. “Məlumata görə Kənan İnşaat və Ticarət” MMC-nin ən çox gəlir əldə etdiyi layihələrdən biri dövlətin milyonlarla vəsaitini talan etmiş sabiq deputat Dünyamin Xəlilova məxsus “Qlobus Plaza”-da yerləşən “Harvey Nicols” Brend mağazasının yenidən qurulması və tərtibatı, eyni zamanda otaqların təmiri işlərindən əldə edilib.
Qeyd edək ki, məhkəmə sənədlərindəki materiallara görə “Qlobus Plaza”-nın yenidən qurulması zamanı hazırda 15 il həbs cəzası almış “Beynəlxalq Bank”ın rəhbəri Cahangir Hacıyevlə 13 il həbs cəzasına məhkum edilmiş Dünyamin Xəlilov 150 milyon (o vaxtkı ekvivalentlə 200 milyon dollar) manata qədər vəsaiti mənimsəyiblər.
Bu mənimsəmələrin böyük qismi isə əsasən “Qlobus Plaza”-da görülən işlərin qiymətlərinin və həcmlərinin şişirdilməsi hesabına aparılıb.
Bu məsələ ilə bağlı cumhuriyyet.az eyni zamanda “Azəryaşlandşaft” ASC-nin də rəsmi saytına (http://www.ayl.eco.gov.az/index_4_id159_az.html) görülən işlər barədə məlumat əldə etmək məqsədilə baxış keçirib.
“Azəryaşlandşaft” ASC-nin saytında da sözügedən tender müqaviləsi üzrə görülən işlər barədə heç bir məlumat qeyd edilməyib. Tender qanunvericiliyində şirkətlərə qarşı ixtisas tələblərini şərtləndirən müddəa var. Şirkətin bu işi görmək üçün texniki və texnoloji imkanları və kadr potensialı olmalıdır. Bütün bunlarla yanaşı “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin keçirdiyi tenderlərdə iştirak edən şirkətlərin adları və təklifləri açıqlanmır.
“Kənan İnşaat və Ticarət” MMC-nin profil üzrə hansı işləri görməsi, kadr və texniki imkanları barədə də heç bir məlumata rast gəlinmir.
“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC ilə “Kənan İnşaat və Ticarət” MMC arasında bağlanmış 6,6 milyon (6584179) manatlıq tender müqaviləsində “çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası işləri”nin konkret müddəaları nədən ibarət olması, tenderdə başqa hansı şirkətlərin iştirak etməsi və görüləçək işlərin həcmi barədə Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət etdik.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin Qlobal.az-ın elektron poçtuna ünvanladığı məktubda Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yaxınlığındakı 272 hektar neftlə çirklənmiş ərazinin, qrunt və çirkab sularından əmələ gəlmiş gölün təmizlənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsinin işlənməsi üçün vəsait ayrıldığı deyilir.
“Ekologiya və Təbii Sərvətlər, Maliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinin, eləcə də “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin nümayəndələrinin iştirakı ilə tender komissiyası yaradılmış və tender prosedurları həyata keçirilmişdir. 21 sentyabr 2018-ci il tarixində keçirilən tenderdə 9 şirkət iştirak etmiş və ”Kənan İnşaat və Ticarət” MMC tenderin qalibi olmuşdur. 04 oktyabr 2018-ci il tarixində “Kənan İnşaat və Ticarət” MMC ilə “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC arasında müqavilə bağlanmışdır”-deyə, məktubda qeyd olunur.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC məktubunda daha sonra görüləcək işlər barədə də məlumat verir: “Kənan İnşaat və Ticarət” MMC tərəfindən ərazidə neft şlamı, əhəng daşı, qrunt daşınması, (D 250 mm), (D 500 mm), (D 600 mm), (D 800 mm) polietilen boru kəmərlərinin, (D 1 m), (D 1,5 m), (D 2 m) yığma d/b drenaj quyularının quraşdırılması işləri həyata keçirilir. İşlərin 2019-cu ilin fevral ayının sonuna yekunlaşması planlaşdırılır”.
Onu da qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər nazirliyindən indiyədək hansı işlərin görüldüyü və tenderdə hansı şirkətlərin iştirak etdiyini soruşsaq da, nazirlik bu sualları cavablandırmadı.

Əvvəlki yazı

Jurnalist Zabil Müqabioğlunun ölümündən iki il ötür

Sonrakı yazı

XİN:”Akkreditə olunan diplomatik korpusların rəhbərləri cəbhə bölgəsinə gediblər”

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.