11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ekolizinq” vətəndaşı necə “soyub”? – ŞİKAYƏT

06 İyul 2021, 15:38
Manşet
A A
“Ekolizinq” vətəndaşı necə “soyub”? – ŞİKAYƏT

“Ekolizinq” MMC müxtəlif bəhanələrlə məndən əlavə pul qoparmağa çalışır. Faktiki olaraq dələduzluq əməli ilə üzləşmişəm”.

Bu sözləri HİT.Az-a Bakı sakini Mehdi Muradov deyib.

Şikayətçi bildirib ki, 28 dekabr 2018-ci il tarixində onunla “Ekolizinq” MMC arasında lizinq müqaviləsi bağlanıb. “Mənə 15 400 manat aldığlıma dair imza atdırsalar da, əslində mən 12 000 manat almışam. 3400 manat müxtəlif adlar altında ilk gündən tutulub  Müqavilədən irəli gələn öhdəliklərə görə mən “Ekolizinq” MMC-yə hər ay 621 manat olmaqla ümumilikdə 22 329 manat ödəməliydim. Bunun 15 400 manatı əsas, 6928 manat 75 qəpiyi faiz borcudur. 2019-cu ildən başlayaraq hər ay vaxtlı-vaxtında, bəzən vaxtından əvvəl ödəniş etmişəm. Ödənişlərdə hər hansı problem yaranmayıb. Təsəvvür edin, mən bu pula avtomobil almışam və hər ay krediti ödəyəndən sonra “Ekolizinq” MMC mənə maşın üçün etibarnamə verirdi. Yaxşı müştəri kimi tanındığımdan bəzən etibarnamə bir neçə ay üçün verilirdi. Bu faktı ona görə diqqətinizə çatdırıram ki, mənim tərəfdən hər hansı problemin olmadığına əmin olasınız”, – deyə Mehdi Muradov əlavə edib.

Onun sözlərinə görə, 2020-ci ilin mart ayına qədər hər şey öz axarınca davam edib. “2020-ci ilin mart ayında koronavirus infeksiyasına görə Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib. Ölkə qapanmaya gedib və mart ayının ödənişini edə bilməmişəm. Lakin bununla bağlı nə ödəniş etdiyim “Bank Respublika”dan, nə də “Ekolizinq” MMC-dən hər hansı xəbərdarlıq almışam. Aprel ayından isə yenidən ödəniş etməyə davam etmişəm. Bu fakt da göstərir ki, üzərimə düşən öhdəlikdən yayınmaq fikrim olmayıb. Sadəcə düşünmüşəm ki, xüsusi karantin rejimi olub, Prezidentin sərəncamına əsasən kredit borclarının faizləri dayandırılıb və mən aprel ayında ödəniş edərkən bunu mart ayı üçün hesablaya və yeni qrafik tuta bilərlər. Amma sən demə, “Ekolizinq” MMC mənə cərimə və əlavə faiz yazıb”, – deyə şikayətçi vurğulayıb.

Mehdi Muradov bildirib ki, 2020-ci il başa çatana qədər hər hansı problem yaranmayıb. 2021-ci ildə isə məlum olub ki, şikayətçinin əlavə “borcu” var: “Cərimə və faizlə birgə 2300 manat borcumun olduğunu dedilər. “Ekolizinq” MMC-nin əməkdaşı yaxşı müştəri olduğuma mənə güzəşt ediləcəyini dedi. Güzəşt isə belə idi ki, mən yanvar ayının da ödənişini etməyim. Fevral ayında isə 2000 manat ödəməklə əlavə borcu bağlayım və yenidən qrafik uyğun olaraq ödənişləri davam etdirim. Razılaşdım və deyilən kimi 2000 manatı ödədim”.

Şikayətçi 2000 manatı ödəyəndən sonra isə ona yenidən bildirib ki, əlavə faiz borcu var. Mehdi Muradov iddia edilən borcu da ödəyib. Lakin “Ekolizinq” MMC-nin faizləri və borcları bitməyib: “Bütün bunlardan sonra məcbur qalıb məsələni ictimailəşdirdim. “Ekolizinq” MMC-nin qanunsuz olaraq məndən əlavə pul aldığını bəyan etdim. Qeyd edim ki, söylədiklərim havadan götürülməyib. Etdiyim ödənişlərin qəbzləri məndədir. Onları sizə də təqdim edəcəm. Özünüz görəcəksiniz ki, mən müqavilədən əmələ gələn öhdəliklərə əməl etmişəm”.

Mehdi Muradovun şikayətindən sonra “Ekolizinq” MMC-nin rəhbrəliyi qəzəblənib: “Bu dəfə “Ekolizinq” MMC-dən mənə xəbərdarlıq məktubu gəldi ki, bəs 1350 manat əlavə borcunuz var. Xəbərdarlıq məktubu mayın 21-də tərtib edilib. Mən isə onu mayın 27-də almışam. Məktubda qeyd edilmişdi ki, göstərilən məbləğ 10 gün ərzində ödənilməlidir. Mən də mayın 31-də həmin məbləği ödədim. Düşündüm ki, bununla da məsələ qapandı. Yenidən iyun ayı üçün 700 manat ödəmişəm”.

Şikayətçi deyir ki, bundan sonra yenidən ona borc yazılıb. “700 manatı ödədikdən sonra maşını üçün etibarnamə verilməsini istədim. Bu dəfə də dedilər ki, 515 manat əlavə borcun var. Mən “Ekolizinq” MMC-nin rəhbərliyi ilə əlaqə saxlayaraq, bu borcun haradan yarandığını soruşdum. Pandemiya vaxtı mart ayında ödəniş etmədiyim əsas gətirildi. Bildirdim ki, axı mən buna görə bir neçə dəfə artıq pul ödəmişəm. 2000 manat, daha sonra 1350 manat ödədiyimi xatırlatdım. Hələ bəzi aylar artıq ödənişlər etdiyimi bura daxil etmirəm. Lakin nəticəsi olmadı. Əlavə borcun necə yarandığını izah edə bilmirlər. Verdikləri sənədlər üzrə hesablama apararkən onların dedikləri ilə sənədlərdə əksini tapan rəqəmlər ziddiyyət təşkil edir. Bunları izah etməkdənsə, mediaya şikayət etdiyimi mənə xatırladaraq faktiki olaraq şantaja keçdilər. Bu günə qədər 3000 manata yaxın əlavə pul ödəmişəm”, – deyə Mehdi Muradov bildirib.

Mehdi Muradov əlində olan sənədləri redaksiyamıza təqdim edib. Sənədlər onun dediklərini təsdiq edir. Vətəndaş deyir ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək niyyətindədir.

Əvvəlki yazı

Vüqar Səfərlinin məhkəməsi BAŞLAYIR

Sonrakı yazı

İcra başçısı şəhid anasını döyüb – Əhəd Abıyevə qarşı sensasion ittihamlar

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.