ABŞ-ın Corciya ştatının Valdosta şəhərində magistral yolda qəza baş verib. Sürətlə hərəkət edən avtomobilin sürücüsü dayanmış traktoru görməyib və onun enişinin üstündən uçub.
Təxminən 36 metr getdikdən sonra avtomobil havada aşıb və yan zolaqda olan digər avtomobilə çırpılıb. Ağır zədələnmiş avtomobil bir neçə metrdən sonra dayana bilib. Bu zaman hadisə yerinə gələn polis qrupu sürücünün köməyinə qaçıb.
Polisdən verilən açıqlamada mayın 24-də baş verən qəzada qadın sürücünün ağır yaralanaraq xəstəxanaya aparıldığı bildirilib.